Mezoterapiya nədir?
Mezoterapiya – ilk dəfə 1952-ci ildə Dr.Michel Pistor tərəfindən estetik məqsədlə həyata keçirilən tibbi prosedurdur. Mezoterapiya dərini yeniləmə, anti-aging, hissəvi arıqlama, sellülit, çatlar (striyalar), üzdə ləkələr, saç tökülməsinin müalicəsində istifadə olunur. Bu metod dəridə kollagen və elastin sintezini stimulə edir.
Bəs mezoterapiya nədir?
Adı çəkilən prosedur vitamin, mineral, amin turşuları, fermentlərin tək və ya qarışıq formada dərinin orta təbəqəsinə mikroinyeksiya ilə yeridilməsidir.
Mezoterapiya nədir və hansı hallarda tətbiq olunur?
Mezoterapiya fərqli vəziyyətlərdə yerinə yetirilir:
- Dərinin yaşlanması və sallanması
- Piqment ləkələri
- Dəri çatları (striyalar)
- Sellülit
- Çəki itkisi, sürətli arıqlama
- Saç tökülməsi, keçəllik
- Gözaltı qaralar və torbalanmalar
Saçda mezoterapiya nədir?
Saç mezoterapiyası həm qadınlarda, həm də kişilərdə saç tökülməsinin qarşısını alır. Bununla birlikdə saçın uzanmasını da sürətləndirir. Keçəllik problemi yaşayan insanların baş dərisinə zəruri vitamin, mineral və qidalı maddələr yeridildikdə müsbət nəticələr əldə edilir.
Mezoterapiya hüceyrə metabolizmini tənzimləyir, infeksiyaları yox edir və baş dərisinə qan axınını artırır. Prosedur əsnasında preparatlar kiçik ölçülü, nazik iynələrlə baş dərisinin 2-3 mm dərinliyinə yeridilir.
Üzdə mezoterapiya nədir – mezoliftinq
Günəş şüalarının təsiri kollagen itkisi ilə birgə dərinin strukturunu və görüntüsünü pozur. Mezoliftinq dərini yeniləyən, dəri qırışları və sallanmalarında effektiv sayılan təbii üsuldur. Effektiv anti-aging müalicədir.
Prosedur dəridə kollagen sintezini stimulə edir, ona canlılıq və parlaqlıq bəxş edir. Mezoterapiyadan sonra dəri yenilənmiş, təravətli və cavan görünür. Mezoliftinq – dəriyə kiçik iynələrlə hialuron turşusu, antioksidantlar, vitaminlər, minerallar, amin turşularının yeridilməsinə əsaslanır.
İynəsiz mezoterapiya nədir?
Dəriyə iynə tətbiq etmədən aparatla yeniləmə üsuludur. Mezopilinqin ən önəmli xüsusiyyətlərindən biri istifadə edilən qarışığın yüksək təsirə malik olmasıdır. Müəyyən edilmiş dozada TCA (trikarboksil turşusu) və H2O2 kombinasiyası dəriyə zərər vermədən fibroblast böyümə faktorlarını stimulə edir, hüceyrələri yeniləyir.
Bu metodun köməyilə iynədən istifadə etmədən biogücləndirmə və canlandırma mümkündür. Prosedurdan sonra dəri altında kollagen sintezi və liftinq effekti davam edərək, dərinin müxtəlif növ problemlərini aradan qaldırır.
Mezoterapiya istəyən, ancaq iynədən qorxan insanlar üçün ideal seçim mezopilinqdir. Ondan üz, boyun, sinə və dekolte bölgələrində dəri sallanması, elastikliyin azalması, çapıq, çatlar və ləkələrin yox edilməsində istifadə olunur.
Mezoterapiya nədir və onun əks-göstərişləri
Proseduru aşağıdakı hallarda tətbiq etmək olmaz:
- hamiləlik və südvermə dövrü;
- şəkərli diabet
- hemofiliya
- allergik övrə
- istifadə olunan dərmanlardan hər hansı birinə hiperhəssaslıq.
Mezoterapiya nədir – əlavə təsirlər
Bəzən inyeksiya nahiyəsində müvəqqəti xarakterli qızartı, göyərmə əmələ gəlir. Bu əlamətlər 1-2 gün içində keçib gedir.
Mezoterapiya nədir – effekt nə zaman bilinir?
Müalicənin effekti yaşdan və dərinin strukturundan asılıdır. Adətən 2 və 3 seansdan sonra təsiri bilinir.
Mezoterapiya sonrası nələrə diqqət etmək lazımdır?
Seansdan öncə və sonra qanı durulaşdıran dərmanlar qəbul etmək qadağandır. Prosedurdan sonra inyeksiya nahiyəsinə 10-15 saat su dəyməməlidir. Həmçinin 20 saat müddətində makiyaj etmək icazəli deyil.
1 seans mezoterapiyanın qiyməti nahiyə və preparatdan asılı olaraq, 50-100 AZN təşkil edir.