Saç tökülməsinin müalicəsi

Güclü saç tökülməsindən əziyyət çəkirsinizsə, bu problemin kökünü aydınlaşdırmaq üçün mütləq dəri həkiminə və ya trixoloqa müraciət etməlisiniz. Müayinədən keçib, müvafiq müalicə almalısınız. Saç tökülməsinin müalicəsi üçün sxemlər əksər hallarda fərdi xarakter daşıyır. Ancaq ümumilikdə aşağıdakı metodlar tətbiq olunur.
Xalq təbabəti ilə saç tökülməsinin müalicəsi
Təbii vasitələrdən saç tökülməsi üçün maskalar, pilinqlər, baş dərisini qidalandırıcı vasitələr hazırlanır. Onların köməyilə tükləri möhkəmlətmək, seyrəkləşmənin qarşısını almaq mümkündür. Lakin davamlı saç tökülməsi və dazlaşma zamanı xalq təbabəti effekt vermir. Daha ciddi metodlara ehtiyac yaranır.
Dərman preparatları ilə saç tökülməsinin müalicəsi
Həkim tüklərin seyrəkləşməsinin səbəbini müəyyənləşdirdikdən sonra saç tökülməsinə qarşı dərman təyin edir. Onlar arasında Minoksidil məşhur olsa da, preparatın əlavə mənfi təsirlərini mütləq nəzərə almaq lazımdır. Bəzi istifadəçilərdə allergik reaksiyalar, aritmiya yarana bilər.
Hormonal fonun pozulması ilə bağlı keçəllikdə bu disbalansı aradan qaldıran dərmanlar – Finasterid, Siproteron asetat məsləhət görülür. Xüsusilə, kişilərdə saç tökülməsində bu müalicə sxemi effektiv sayılır. Lakin adı çəkilən preparatlar erektil disfunksiyaya (cinsi zəiflik) səbəb ola bilər. Siproteron asetat isə qadınlarda kökəlmə, süd vəzilərinin böyüməsi, menstruasiya pozğunluğu yarada bilər.
Fizioterapevtik prosedurlarla saç tökülməsinin müalicəsi
Saçların tökülməsinin kompleks müalicəsində fizioterapiya xüsusi rol oynayır. Aşağı tezlikli cərəyanla baş dərisinə tətbiq olunan qalvanizasiya, darsanval, elektroforez mikrosirkulyasiyanı yaxşılaşdırır, maddələr mübadiləsini normaya salır.
Saç tökülməsinin müalicəsi – inyeksiyon terapiya
Baş dərisinə müxtəlif preparatların mikroinyeksiyası 50% hallarda müsbət nəticələr verir. İnyeksiya məqsədilə qlükokortikosteroidlərə üstünlük verilir. Prosedurun nəticəsi 2 aydan sonra bilinir. Əgər 6 ay ərzində arzuolunan effekt əldə edilməzsə, mikroinyeksiya dayandırılır, preparat venadaxili yeridilir.
Saç tökülməsinin mezoterapiya ilə müalicəsi
Mezoterapiya zamanı istifadə olunan vitamin-mineral kokteyli baş dərisinin vəziyyətini yaxşılaşdırır. Saç tökülməsinin qarşısını alır. Müalicə kursu 1 aydır. Allergik reaksiyalar və iltihabi dəri xəstəliklərində bu metod qadağan olunur.
Saç tökülməsinin transplantasiya ilə həlli
Yuxarıda sadalanan metodlar qeyri-effektiv olduqda yeganə çıxış yolu saç əkilməsidir. Bu müalicə üsulu ilk dəfə XIX əsrdə Yaponiyada həyata keçirilmiş və uğur qazanmışdır.
Saç əkilməsi zamanı bir çoxlarının düşündüyü kimi tük deyil, tük follikulu və tük olan kiçik dəri fraqmenti köçürülür. Əkilmənin digər növü isə FU follikulyar birləşmədir. Bu metodda skalpelə ehtiyac qalmır, follikul iynə ilə çıxarılır.
Saç tökülməsinin müalicəsi sayılan transplantasiyanın 3 forması
- FUT (strip-metod) – donor zonadan tük follikulları qrupu dəri parçası şəklində kəsilir və bir neçə hissəyə bölünür. Tük əkilən zonada skalpellə kanal formalaşdırılır, dəri fraqmenti daxilə mikropinsetlə köçürülür. Bu əməliyyat geniş nahiyəyə saç köçürməyə imkan verir.
- FUE (kombinə olunmuş) – dəri parçasının əməliyyatsız əldə olunmasıdır. Xüsusi alətlə tük dəstəsi dəri ilə birlikdə götürülür. Kiçik kəsiklərlə düzəldilmiş kanala yerləşdirilir. Bu metoddan sonra həlqəşəkilli çapıqlar müşahidə edilir. Əkilmiş saçlar isə qalın və gur olmur.
- HFE (əməliyyatsız) – saç tökülməsinin müalicəsi iynəcikli mikroalətlərlə tam manual (əllə) aparılır. Tük transplantatı mikropançla (xüsusi alət) götürülüb, choi implanteri (alət) ilə tük tökülmüş zonaya daxil edilir. Ondan sonra çapıq və iz qalmır. 90-98% hallarda əkilmiş saçlar inkişaf edir. Metodun üstünlüyü ondadır ki, əkilmiş saç təbii görünür. Saçlar sıxlaşır və gurlaşır.
Saç tökülməsinin transplantasiya ilə müalicəsi metodlarının müqayisəsi
Üsul |
FUT | FUE |
HFE |
Göstəriş |
Aydın şəkildə görünən keçəllik | Keçəlliyin çox bəlli olması | Keçəlliyin müxtəlif formaları: ocaqlı, çapıqlı alopesiya. Saçların zədələnməsi |
Tükün götürülməsi |
Əməliyyatla | Əməliyyatsız |
Əməliyyatsız |
Dəriyə yeridilməsi | Əməliyyatla | Əməliyyatla |
Əməliyyatsız |
Əlavə mənfi təsirlər |
Şişkinlik, müdaxilə yerində dəri hissiyatının itməsi, çapıqlar |
Şişkinlik, müdaxilə nahiyəsində dəri hissiyatının itməsi, çapıqlar | 5-7 günə sağalan mikroyaralar |
Görünən nəticə | Tüklərin hissəvi bərpası, yüksək olmayan sıxlıq, uzun xətti çapıq və kiçik çatlar | Tüklərin tam bərpa olmaması, saçın sıx görünməməsi, çoxsaylı həlqəvi çapıqlar, yeridilmə nahiyəsində kiçik çatlar |
Saçın təbii sıxlığının bərpası, çapığın formalaşmaması |
Üstünlükləri | Nisbətən sərfəli qiymət | Birinci metodla müqayisədə daha az zədələnmə |
Zədələnmə yoxdur. Tük öz istiqamətində böyüyür və 90-98% hallarda saçın təbii sıxlığı bərpa olur. |
Diqqət yetiriləsi məqamlar | Çapıq əmələgəlməyə meylli xəstələrə tövsiyə edilmir. Proseduru bir neçə dəfə aparmaq olar. | Çapığa meylli şəxslərə məsləhət görülmür. Tüklərin yaşama qabiliyyəti daha aşağıdır. Proseduru 1 dəfə aparmaq olar. |
Proseduru çox sayda aparmaq mümkündür. Onun köməyilə xarici görünüş xeyli yaxşılaşır. |
Xülasə
Saçlarınızın tökülməsinin müalicəsi üçün vaxtında dermatoloqa müraciət edin ki, probleminizi aradan qaldıra biləsiniz.