Saç tökülməsi üçün maskalar
Saç tökülməsi həm kişilərdə, həm də qadınlarda müşahidə edilir. Ancaq zərif cinsin nümayəndələri bu məsələyə daha həssas yanaşır. Qadınlarda saç tökülməsinin səbəbləri müxtəlifdir. Bunlara vitamin çatışmazlığı, hormonal pozğunluqlar, stress hallarını misal göstərmək olar.
Həkimə getməyə imkan tapmadıqda ev şəraitində saç tökülməsi üçün maskalar hazırlamaqla, tük follikullarını gücləndirə bilərsiniz.
Saç tökülməsi üçün yumurtalı maskalar
Yumurta bütün saç tiplərinə uyğundur. Protein deposu olan yumurta tükləri möhkəmləndirir, tökülməni azaldır. Tərkibindəki B vitamini saçları sürətlə uzadır.
İnqrediyentlər
- 1 ədəd yumurta
- 1 stəkan süd
- 2 xör. qaş. limon suyu (şirəsi)
- 2 xör. qaş. zeytun yağı
Bütün komponentləri qarışdırıb, saçınıza çəkin. Dəsmal bağlayıb, 20 dəqiqə gözləyin. Sonda başınızı soyuq su ilə yuyun.
Saç tökülməsi üçün maskalar – növbəti resept
Əgər 1-ci reseptdə sadalanan ərzaqların çoxu evdə yoxdursa, yumurtanı da saçınıza çəkə bilərsiniz.
Bunun üçün 3 yumurtanı yaxşıca qarışdırın. Saçınıza və baş dərinizə masaj hərəkətləri ilə sürtün. 15-20 dəqiqə saxlayıb, ilıq su ilə təmizləyin.
Yumurta maskasının faydaları
- tərkibindəki zülallar və amin turşuları saçları qidalandırır;
- saça parlaqlıq verir;
- saç tökülməsini azaldır;
- saçın uzanmasını sürətləndirir.
Saçların tökülməsi üçün bananlı maskalar
Banan kalium, təbii yağlar və vitaminlərlə zəngin olduğundan bu maska zəif saçlar üçün effektiv sayılır.
Tərkibi
- 2 ədəd yetişmiş banan
- 1 xör. qaş. zeytun yağı
- 1 xör. qaş. kokos yağı
- 2 xör. qaş. bal
Ərzaqları yumşaq konsistensiya alınana qədər qarışdırın. Maskanı saçlara və tük diblərinə masaj hərəkətləri ilə çəkin. 10 dəqiqə saxlayıb, ilıq suda çimin.
Saçların tökülməsi üçün banan və badam yağından maskalar
İnqrediyentlər
- 2 banan
- 8 damcı badam yağı
Bananları yaxşıca əzin. Üzərinə badam yağı əlavə edib qarışdırın. Maskanı saçınıza çəkin. Başınıza sellofan kulok keçirdib, 1 saat gözləyin. Soyuq su ilə yaxaladıqdan sonra şampunla yuyun. Balzam çəkməyi də unutmayın.
Banan maskasının saça faydaları
- saçınızı parıldadır və yumşaldır;
- kəpəkləri itirir;
- yüksək temperatur (fen), günəş şüası və saç boyalarının verdiyi zərəri aradan qaldırır;
- saçları nəmləndirir.
Qatıqla saç tökülməsi üçün maskalar
Qatıqda olan B və D vitaminləri saçların sağlam uzanmasına yardımçı olur.
Tərkibi
- 1 stəkan qatıq
- 2 x.q. alma sirkəsi
- 2 x.q. bal
Məhsulları bir-birinə qatıb, qarışığı saç kökündən uclarına qədər çəkin. 15 dəqiqədən sonra soyuq su ilə yuyun.
Qatıqlı saç maskasının faydaları
- saçları nəmləndirir, qidalandırır;
- tükləri möhkəmləndirir və qırılmanı azaldır.
Saç tökülməsi üçün maskalar – avokado
Omega-3 yağı ilə zəngin olan avokado maskası saçların sağlam uzanmasını və strukturunun bərpasını təmin edir. Onun sayəsində saçlarınız daha canlı və möhkəm olur.
Tərkibi
- 1 ədəd yetişmiş avokado
- ½ stəkan süd
- 2 x.q. zeytun yağı
- 2 x.q. badam yağı
Bütün komponentləri həmcins kütlə alınana qədər qarışdırın. Maskanı saç köklərindən uclarına doğru çəkin. 15 dəqiqədən sonra soyuq su ilə yuyunun.
Avakadolu maskasının faydaları
- tüklərin qırılmasını azaldır;
- saçları nəmləndirir.
Saç tökülməsi üçün gənəgərçək yağından maskalar
Gənəgərçək yağı zülallala zəngin olduğundan saçları qidalandırır. Baş dərisinin qurumasının qarşını alır.
Tərkibi
- 2 x.q. gənəgərçək yağı
- 1 yumurta
Bütün komponentləri qarışdırıb, saçlarınıza masaj hərəkətlər ilə sürtün. 30 dəqiqədən sonra soyuq su ilə başınızı yuyun.
Gənəgərçək yağının saça faydaları
- saçların uzanmasına yardımcı olur;
- ağ tüklərin qarşısını alır.
Saç tökülməsi üçün yaşıl çaylı maskalar
Evdə hazırladığınız yaşıl çay maskası antioksidant qaynağı olub, saç tökülməsini azaldır.
Tərkibi
- 1 yumurta sarısı
- 2 çay qaşığı yaşıl çay tozu
İnqrediyentləri kremşəkilli konsistensiyaya alınana qədər qarışdırın. Maskanı baş dərinizə çəkin. 15-20 dəqiqədən sonra saçlarınızı soyuq su ilə yaxalayın.
Yaşıl çay maskasının faydaları
- baş dərisini qidalandırır;
- saç tökülməsini azaldır.
Xülasə
Sadalanan maskalardan effekt görmədikdə saç tökülməsinin müalicəsi üçün mütləq həkimə müraciət edin.