Hydrafacial

Parlaq, işıldayan, sağlam və gözəl dəriyə sahib olmaq üçün hüceyrələr normal şəkildə nəmlənməlidir. Dərinin sağlamlığı üçün məsamələrin açıq olması önəmlidir.
Müxtəlif dəri tiplərində tətbiq edilən Hydrafacial proseduru dərinin aparat vasitəsilə təmizlənməsini, nəfəs alma və nəmlənməsini həyata keçirir. Prosedur inyeksiyasız, ağrısız şəkildə icra olunur.
Hydrafacial nədir?
Yaşlanmanın qarşısını alan bu üsul dərini yeniləyir, üzdə ləkələri müalicə edir. Aparat vakuum prinsipi ilə çalışaraq, dəri qatlarını dərindən təmizləyir. Hydrafacial Vortex texnologiyası sayəsində dəriyə zərər vermədən, gənc görünüşə sahib olmaq istəyən qadınlar üçün ideal seçimdir.
Bir seansda dərinin nəmləndirilməsi, antioksidant müdafiə, üzün təmizlənməsi, hüceyrələrin yenilənməsi prosesləri yerinə yetirilir. Vakuumlu Vortex başlığı dərini ölmüş hüceyrələrdən mikroskopik səviyyədə azad edir, məsamələri yağlardan və qara nöqtələrdən təmizləyir.
Hydrafacial necə aparılır?
Əvvəlcə dəri tipinə uyğun məhlul çəkilir. Dəri səthi və məsamələr yumşaldılır, vakuumla təmizlənilir. İkinci mərhələdə dəri tipi və problemdən asılı olaraq, xüsusi məhlulla qidalandırılır. Radiodalğalı başlıqla məhlul dəriyə yeridilir.
Prosedur əsnasında istifadə olunan məhlul kollagen sintezini stimullaşdırır. Tərkibindəki peptid, antioksidant və hialuron turşusu dərinin nəmlənməsini, bərpasını, yenilənməsini təmin edir. Soyuducu başlıqla məhlul dəriyə tam hopdurulur. Son mərhələdə isə LED terapiyası dəri toxumasındakı məsamələri daraldır.
Hydrafacial proseduru niyə lazımdır?
Ətraf mühit faktorlarının, o cümlədən günəş şüalarının təsiri, gündəlik makiyaj, dəri tipinə uyğun olmayan vasitələr məsamələri qapayır, dərini qocaldır. Bütün bunlarla yanaşı dərinin alt qatlarında ölü hüceyrələrin toplanması nəticəsində üz dərisi daha yaşlı və yorğun görünür.
Hydrafacial sayəsində bütün bu problemlər 30 dəqiqə ərzində həll olunur. Ümumilikdə hydrafacial prosedurunun aşağıdakı effektləri var:
- Vakuumlu Vortex sistemi ilə dəri dərin qatlara qədər təmizlənir;
- Məhlul və vakuumla dərini zədələmədən akne, sızanaqlar, piqment ləkələri kənarlaşdırılır;
- Kiçik qırışlar, yaşlanma, yorğunluq əlamətləri aradan qaldırılır;
- Üz dərisi sürətlə nəmlənir, kollagen sintezi sürətlənir;
- LED texnologiyası dərini dartır, bakteriyaları yox edir.
Hydrafacial prosedurunun üstünlükləri nələrdir?
- Hər yaş kateqoriyasına və dəri tipinə tətbiq edilə bilər;
- Prosedur ağrısızdır;
- Dəri qıcıqlanmır, qızartı, şişkinlik, ödem yaranmır;
- Üz dərindən təmizləndiyindən effekt uzunmüddətlidir;
- Prosedur sonrasında üz yumşaq, hamar və parlaq şəkil alır;
- Dəri nəfəs alır, sağlam görünüş əldə edilir;
- Üz dərisinin rəng tonundakı fərqlər aradan qalxır;
- Genişlənmiş məsamələr daralır, sızanaqlar, komedon və aknelər təmizlənir;
- Səthi büküş və qırışlar açılır;
- Dərinin nəm balansı qorunur, yağlanmanın qarşısı alınır;
- Dərinin elastikliyi artır;
- Prosedurdan sonra normal həyat ritminə qayıdılır;
- Prosedur müddəti qısadır (30 dəqiqə).
Hydrafacial neçə seans aparılmalıdır?
Müalicə məqsədilə 4-6 seans aparılır. Hər seans arasında 1 həftəlik interval olmalıdır. Kosmetik məqsədlə ayda 1 dəfə təkrarlana bilər.
Hydrafacial prosedurundan sonra nələrə riayət edilməlidir?
Prosedurun tətbiq edildiyi gün üzü yumaq olmaz. Yaxşı olar ki, makiyajdan da istifadə etməyəsiniz.
Hydrafacial qiyməti
1 prosedurun qiyməti 125-140 AZN arasında dəyişir.