Üzdə ləkələrin təmizlənməsi
Hamiləlik səbəbilə üzdə ləkələr əsasən alında və yanaqların orta hissəsində əmələ gəlir. Bəzən isə üst dodaq və boyunda müşahidə edilir. Bu ləkələr estrogenlərin melanin sintezini artırması ilə əlaqəlidir.
Ləkələrə həmçinin sızanaqlardan sonra və hamiləlik əleyhinə bəzi dərmanları qəbul edərkən təsadüf olunur. Həkim kosmetoloqlar üzdə ləkələrin təmizlənməsi üçün bu prosedurları məsləhət görürlər:
- Qızıl iynəli RF SCARLET S
Mikroiynəli fraksiyalı radiodalğa sistemidir. Son illərdə hazırlanmış yeni texnologiyadır. Proseduru yerinə yetirərkən uc hissəsində kiçik ölçülü qızıl iynələrin olduğu başlıqdan istifadə edilir. Radiodalğalar bu iynələrin köməyilə dərinin dərin qatlarına çatdırılır. Həmin enerji toxumaları isidir. Kollagen sintezini, toxumaların bərpasını stimulə edir.
- Fraksiyalı lazer
Fraksiyalı lazer dərinin üst və alt təbəqələrinə təsir göstərir. Lazer şüaları dəriyə kiçik dəstələrlə göndərilir. Bu hissələrdə yeni kollagenlər sintez olunur. Nəticədə dəri sürətlə yenilənir.
- Dermapen
Bu üsulun mahiyyəti kiçik epidermal zədə ilə dəridə çox kiçik yara əmələ gətirərək, yenidən qurma mexanizmini aktivləşdirməkdir. Prosedur zamanı 0.5-2.5 mm uzunluqda iynələrlə dərinin üst qatında 1sm2-də 250-500 mikrokanal açılır. Onların hər biri dəri tərəfindən yara kimi qəbul olunur. Dəri bu yaraları bağlamaq üçün o bölgədə qan dövranını artırıb, böyümə faktorları sintez edərək, özünü bərpa etməyə çalışır. Proses əsnasında müxtəlif vitaminlər, fermentlər bu mikrokanallarla dəri altına yeridilir. Nəticədə hialuron turşusu kollagen və elastin sintezini stimulə edir. Həmin nahiyədə dəri yenilənir.
- Kimyəvi pilinq
Onun 3 forması vardır: səthi, orta və dərin. Meyvə və qlikol turşuları ilə səthi, orta; fenol və 3-xlor-sirkə turşusu ilə dərin pilinq aparılır.
Üzdə ləkələrin təmizlənməsi üçün maskalar
Estetik prosedurlarla yanaşı ləkələrə qarşı üz maskaları da effektiv sayılır.
- 2 çay qaş. soda
- 1 çay qaş. vazelin
- 1 yumurtanın qabığı
- 1/2 ədəd orta ölçülü kartof suyu
Yumurta qabığını əzib, toz halına gətirin. Bütün inqrediyentləri qarışdırıb, üzünüzə sürtün. 25 dəqiqə gözlədikdən sonra, ovaraq təmizləyin. Ardınca dərinizə günəş əleyhinə krem çəkin.
Üzdə ləkələrin təmizlənməsi – kartof maskası
- 1 ədəd kartof
- 1 xör.qaş. bal
- 1 xör.qaş. qatıq
Kartofu sürtkəcdən keçirib, digər məhsullarla qarışdırın. Üzünüzə sürtün və 15 dəqiqə saxlayın. Maskanın təmizlənməsi üçün gül suyundan istifadə edin. Sonda günəşdən qoruyucu krem çəkin.
Üzdə ləkələrin təmizlənməsi üçün nə etməli?
- dərinizdə ton fərqi varsa, həftədə 1-2 dəfə skrab pilinq maskalarından istifadə edin. Onların tərkibində dəri səthini yeniləmək üçün süd turşusu vardır. Eyni zamanda C vitamini, hialuron turşusu kimi canlandırıcı və nəmləndirici maddələr mövcuddur.
- ləkələri müalicə edən vasitələrin faydasını artırmaq üçün dərinin ölü hüceyrə təbəqəsini kənarlaşdıran meyvə turşuları və salisil turşusu kimi keratolitikləri (soyucu) bu dərmanlarla qarışdırın.
- dərini ləkələrdən təmizləyən ən önəmli maddələr – şəkər qamışından əldə edilən qlikol turşusu, süd turşusu, A vitamin (retinol), salisil turşusu, biyan kökü ekstraktı, yaşıl çay ekstraktıdır.
- dodaq üstü nahiyədə yerləşən ləkələrə qarşı günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir. Onların tərkibində bitki tərkibli ləkə təmizləyicilərin: arbutin, biyan kökü və yaşıl çay ekstraktları olması daha məqsədəuyğundur.
- qara nöqtələr və akneləri təmizlədikdən sonra ləkələrin də tədricən azalmasını təmin edən salisil turşulu pedlərlə səhər-axşam saatlarında dərinizi silə bilərsiniz.
- yaşlanma, hamiləlik dövrü və ya günəşlə əlaqəli tünd ləkələrə qarşı qlükol və azelaik turşulu serumlar antibakterial xüsusiyyətləri və tərkibindəki güclü antioksidantlar sayəsində dərini sıxlaşdırır, itirilmiş təbii parlaqlığı geri qaytarır.
Üzdə ləkələrin təmizlənməsi – sodalı maska
- 4 çay qaş. soda
- 6 çay qaş. su
İnqrediyentləri qarışdırdıqdan sonra dərhal üzünüzə çəkin. 10 dəqiqə gözləyib yuyun.
Üzdə ləkələrin təmizlənməsi – xiyar maskası
- 1 stəkan xiyar suyu (xiyarı doğrayıb, əlinizdə də sıxa bilərsiniz)
- 1 ç.q. qatıq
- 1 ç.q. yulaf əzməsi
Məhsulları qarışdırıb üzünüzə çəkin. Quruduqdan sonra ilıq su ilə yuyun.
Üzdə ləkələrin təmizlənməsi üçün digər xiyar maskası
- 1 stəkan xiyar suyu
- 2 ç.q. şəkər tozu
Şəkəri xiyar suyu ilə qarışdırın. Üzünüzə sürtün və quruyana qədər gözləyin. Sonda üzünüzü ilıq su ilə təmizləyin.
Xülasə
Ev şəraitində üzdə ləkələrin təmizlənməsi mümkün olmadıqda mütləq həkim-kosmetoloq və ya dermatoloqa müraciət edin.