Revanesse
Revanesse – Kanadanın “Aurora” şirkəti tərəfindən istehsal olunan, sintetik mənşəli, şəffaf su əsaslı iysiz, rəngsiz geldir. Tərkibinə retikuləolunmuş hialuron turşusu və effektin qalıcılığını artıran fosfat buferi daxildir.
Revannesse nə üçündür?
Preparatın inyeksiyasına tibbi və kosmetik göstərişlər mövcuddur:
- Tibbi göstərişlərə toxumaların həcmli rekonstruksiyası aiddir. Məsələn, anatomik deformasiyalar fonunda konturun pozulması;
- Kosmetik göstərişlərə üzdəki qırışların korreksiyası, dodaq dolğusu, kontur korreksiyası daxildir.
Revanesse gelinin yeridilmə və dozalanma qaydası
Prosedur yalnız həkim-kosmetoloq tərəfindən aparılmalıdır. Qutudakı iynələr birdəfəlik istifadəyə yararlıdır. Eyni iynənin təkrar istifadə olunması infeksiyalaşma riskini artırır. İnyeksiyadan öncə preparat 30 dəqiqə otaq temperaturunda qalmalıdır. İnyeksiyanın dərinliyi və dozası həkim tərəfindən dəqiqləşdirilir.
Revannesse preparatının əlavə mənfi təsirləri varmı?
Həkim konsultasiya zamanı pasiyenti inyeksiyadan sonra bəzi arzuolunmaz halların ehtimal olunması barədə xəbərdar etməlidir. Belə ki, inyeksiyadan bir neçə saat və ya dərhal sonra aşağıdakı hallar baş verə bilər:
- Eritema, dərinin qaşınması, gelin yeridildiyi hissədə şişkinlik, dəri rənginin solğunluğu və ağrı;
- İynənin vurulduğu nahiyədə bərkimə və düyünlər;
- Absess və ya qranuloma.
Lakin qeyd etmək lazımdır ki, bu fəsadlara hamıda rast gəlinmir.
Revanesse inyeksiyasına əks-göstərişlər
- Hipertrofik çapıqlaşmaya meyllik;
- Anamezdə streptokokk infeksiyası;
- Hamiləlik və süd vermə dövrü;
- Dəridə sızanaq, akne və ya digər iltihabi xəstəliklər;
- Preparatın komponentlərinə qarşı fərdi həssaslıq;
- Antibiotik və ya kortikosteroidlərdən istifadə;
- Laxtalanmanın pozulması və və ya antikoaqulyant terapiya.
Revanesse gelinin ehtiyat tədbirləri
- Preparat göz ətrafı, göz qapağı nahiyəsinə vurulmamalıdır;
- Gel yalnız dəridaxili (intradermal ) inyeksiya üçündür. Onun damara yeridilməsi tromb və embol törədə bilər;
- Bu prosedurun Lazer müalicəsi, şüa terapiyası, kimyəvi pilinqlə eyni zamanda aparılması qadağandır;
- Preparatı digər filler olan nahiyəyə, süd vəzilərinə, əzələyə yeritmək olmaz;
- İnyeksiya olunan hissəyə 12 saat ərzində toxunmaq icazəli deyil;
- Prosedurdan öncə aspirin, antibiotik, iltihabəleyhinə dərmanlar və vitamin preparatlarının qəbulu hematoma, eləcə də qanaxma riskini artırır.
Revanesse qiyməti
Gelin qiyməti 290 AZN-dir. Qutuda 2×1.0 ml preparat və 4 steril iynə vardır. Preparatın konsentrasiyası 25mq/ml təşkil edir.
Qiymət kosmetoloq xidmətindən, gözəllik və ya tibb mərkəzindən, preparatın dozasından asılı olaraq dəyişə bilər.