Üz üçün bal maskaları

10 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 12532
Üz üçün bal maskaları foto 3
3.6/5 - (7 səs)

Bal – möcüzəvi təsirli müalicəvi vasitədir. Mikrob və göbələk əleyhinə, eləcə də antioksidant xüsusiyyətləri sayəsində dərinin sağlamlığını qoruyur. Bu məhsul dəridəki iltihabi prosesləri zəiflədir, quruluğu aradan qaldırır.

Baldan həmçinin ekzema, göbələk xəstəliyipsoriazın buraxdığı ləkələrin itirilməsində də istifadə edilə bilər. Ümumiyyətlə, üz üçün bal maskaları dərini cavanlaşdırır və təravətləndirir.

Üz üçün yüngül gecə losyonu

2 ç.q. balı 2 ç.q. ilıq suda əridin. Soyuduqdan sonra göz ətrafına çəkin. Losyonu gecə yatmazdan əvvəl dəridəki piqment ləkələrinə sürtün. Səhər oyandıqda üzünüzü ilıq su ilə yuyun. 1 həftədən sonra ləkələrin təmizləndiyini görəcəksiniz.

Üz üçün zeytun yağlı bal maskaları

Hərəsindən 2 ç.q. götürməklə zeytun yağı ilə təbii balı qarışdırın. Üzərinə 1 yumurta sarısı əlavə edib, üzünüzə çəkin. 15-20 dəqiqə saxlayıb, ilıq su ilə təmizləyin. Maska üz dərisini qidalandırır, onu ölü hüceyrələrdən və artıq yağlardan azad edir.

Üz üçün bal maskaları foto

Üz üçün gilli bal maskaları           

2 ç.q. balla eyni miqdarda limon şirəsini qarışdırın. Üzərinə 1 ç.q. gil töküb, pasta halına gətirin. Üzdə maskanı 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Gilli maska dərinin yağlılığını xeyli azaldır.

Üz üçün limonlu bal maskaları

2 xör.qaş. balla ½ limon şirəsini qarışdırın. Gözətrafı nahiyə istisna olmaqla, üzün hər bir hissəsinə çəkin. 15-20 dəqiqədən sonra ilıq su ilə yuyun. Limon dəridə pilinq effekti yaradır. Tərkibindəki antioksidantlar ləkələri təmizləyir. Son nəticədə üz dərisi ağarır.

Üz üçün darçınlı bal maskaları

1 ç.q. darçın tozunu 1 x.q. balla qarışdırın. Maskanı üzünüzə bərabər şəkildə çəkərək, 15-20 dəqiqə gözləyin. Vaxt tamam olduqda ilıq su ilə dərinizi yuyun. Darçın sızanaqlar və dəri infeksiyalarına qarşı effektiv vasitə sayılır.

Üz üçün yumurta və avokadolu bal maskaları

Yetişmiş avokadonin içini çıxarın. Ondan 2 xör.qaş. götürüb 1 qaba tökün. Üzərinə 4 xör.qaş. bal və 1 yumurta sarısı əlavə edib qarışdırın. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin. Maskanı ehmalca ilıq su ilə yuyun. Bu qarışıq antibakterial və iltihabəleyhinə təsir göstərir, üz dərisini sağlam formada parıldadır.

Üz üçün bal maskaları foto 1

Üz üçün almalı bal maskaları

1 ədəd almanı sürtkəcin xırda gözündən keçirin. Sonra onu 4 xör.qaş. balla qarışdırıb, 10 dəqiqə soyuducuda saxlayın. Qarışığı üzünüzə çəkib, 30 dəqiqə gözləyin. Vaxt bitdikdə ilıq su ilə yuyun. Bu maska dəri relyefini hamarlaşdırır.

Üz üçün qatıqlı, badamlı bal maskaları

Bunun üçün 2 xör.qaş. bal, 1 xör.qaş. qatıq, 1/2 çay qaş. badam yağı və 1 yumurta sarısı tələb olunur. İnqrediyentləri yaxşıca qarışdırıb, dərinizə çəkin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maska quru dərini nəmləndirmək üçündür.

Yulaflı bal maskaları

Yulaf əzməsini yumşalana qədər suda saxlayın. Sonra üzərinə 4 xör.qaş. bal və 2 çay qaş. limon şirəsi əlavə edin. Məhsulları qarışdırıb, üzünüzə sürtün. 20 dəqiqə başa çatdıqda ilıq su ilə yuyun. Maska ölü hüceyrələri kənarlaşdırır, dəriyə parlaqlıq bəxş edir.

Banan və ballı maskalar      

Bananın yarısını əzib, üzərinə 1 yumurta, 1 xör.qaş. bal, 6 xör.qaş. süddə bişirilmiş yulaf tökün. Həmcins kütlə alınana qədər qarışdırın. Maskanı dərinizə nazik qatla çəkib, 15 dəqiqə ərzində üzünüzü masaj edin. Qarışığı yuduqdan sonra nəmləndirici kremdən istifadə edin. Bu maska həssas dərini qidalandırır, ona parlaqlıq verir.

Üz üçün bal maskaları foto 2

Bal və kökdən hazırlanılan üz maskaları

2 ədəd kökü bişirib, püre halına gətirin. Soyuduqdan sonra 6 xör. qaş. balla qarışdırın. Üzünüzdə 10-15 dəq. saxlayıb, soyuq su ilə yuyun. Maska qırışları açır, ləkələri azaldır.

Südlü, xiyarlı bal maskaları      

4 x.q. südü 2 x.q. bal və 4 x.q. rəndələnmiş xiyarla qarışdırın. Maskanı 10-15 dəqiqə üzünüzdə saxlayıb, ilıq su ilə yuyun. İstifadədən sonra dərinizin xeyli nəmləndiyini hiss edəcəksiniz.

Xiyar, banan və limonlu bal maskaları                

Maskanın tərkibinə 6 x.q. doğranmış xiyar, 1 x.q. limon şirəsi, 1 yumurta ağı, 1 x.q. bal və 1 ç.q. təzə nanə daxildir. Bütün inqrediyentləri blenderdə qarışdırıb, dərinizə sürtün. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska yağlı dəri tipinə uyğundur.

Qeyd

Əgər bala qarşı allergiyanız varsa, məqalədəki maskaları tətbiq etməyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.6/5 - (7 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir