Dəriyə qulluq üçün maskalar

18 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 936
Dəriyə qulluq üçün maskalar foto
5/5 - (1 səs)

Gözəl dəriyə sahib olmaqdan ötrü kimyəvi tərkibli bahalı kosmetikaya pul xərcləməyə gərək yoxdur. Təbii vasitələrdən dəriyə qulluq üçün maskalar hazırlamaqla, eyni nəticəni əldə etmək mümkündür.

Dəriyə qulluq edən maskalar

Sızanaqlardan sonra üzdəki ləkələri azaldır və ya tamamən itirir.

Tərkibi

  • 3 ədəd aspirin;
  • 1 çay qaş. su;
  • 2 xörək qaş. bal.

Aspirin tabletlərinin üzərinə su damcıladın. Onlar yumşaldıqda bal əlavə edib qarışdırın. Üzünüzdəki ləkələrə bu maskanı sürtün və 15-20 dəqiqə gözləyin. Vaxtın tamamında dərinizi ilıq su ilə yuyun. Maskanı istədiyiniz nəticəyə çatana qədər həftədə 2-3 dəfə təkrarlayın.

Dəriyə qulluq üçün maskalar foto 1

Limonla dəriyə qulluq üçün maskalar

Dəri rəngini bu maska ilə ağartmaq mümkündür.

İnqrediyentlər

  • 1/2 çay qaşığı limon suyu (şirəsi);
  • 1/2 ədəd orta böyüklükdə pomidor.

Pomidoru püre halına gətirin. Üzərinə limon suyu əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib, 15 dəqiqə saxlayın. Sonda dərinizi soyuq su ilə yuyun. Arzuladığınız dəri tonu alınana qədər maskanı həftədə 2 dəfə təkrarlayın.

Dəriyə qulluq üçün bananlı maskalar

Bal və bananın qidalandırıcı, nəmləndirici və məsamələri daraldıcı təsirləri nəticəsində dəri daha cavan görünür.

Tərkib hissələri

  • 1/2 banan;
  • 2 xör. qaş. bal.

Bananı çəngəllə əzib, balla qarışdırın. Maskanı üzünüzə sürtün. 20 dəqiqədən sonra dərinizi ilıq su ilə təmizləyin. Proseduru həftədə 1 dəfə tətbiq edin.

Dəriyə qulluq üçün maskalar foto 2

Yulafla dəriyə qulluq üçün maskalar

Məsamələri sıxlaşdırmaq, dərini tonuslandırmaq üçün bu maska effektiv seçimdir.

İnqrediyentlər

  • 2 xör.qaş. yulaf əzməsi;
  • 1 yumurtanın ağı;
  • 2 xör.qaş. limon suyu (şirəsi).

Məhsulları bir yerə qatıb qarışdırın. Maskanı üzünüzdə 30 dəqiqə saxladıqdan sonra soyuq su ilə təmizləyin. Bu proseduru həftədə 2 dəfə təkrarlayın.

Darçınla dəriyə qulluq maskaları

Dərini təravətləndirir, üz relyefini hamarlaşdırır.

İnqrediyentlər

  • 1 çay qaş. darçın;
  • 2 çay qaş. bal.

Balla darçını qarışdırın. Üzünüzü təmizləyib qurutduqdan sonra maskanı dərinizə çəkin. Qarışığı 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edin.

Dəriyə qulluq üçün maskalar foto 3

Dəriyə qulluq üçün düyülü maskalar

Yaponların üz maskalarından sayılan bu resept dərinı cavanlaşdırır, gənc dərini isə tonusda saxlayır.

Tərkibi

  • 1 xör. qaş. bal;
  • 1 xör.qaş. süd;
  • 3 çay qaş. düyü.

Düyünü qaynadıb süzün. Ayrı bir qabda südü ilıq hala gələnə qədər isidin və düyünün üzərinə tökün. Bura bal da əlavə edib qarışdırın. Qarışığı maska şəklində üzünüzə sürtün. 15 dəqiqədən sonra maskanı düyü suyu ilə təmizləyin. Proseduru həftədə 1 dəfə tətbiq edin.

Dəriyə qulluq üçün qatıqlı ballı maskalar

Bu maskanın botoksa bənzər effekti vardır. Onun sayəsində dəri ölü hüceyrələrdən təmizlənir, nəmlənir, qırışların yaranma ehtimalı azalır.

İnqrediyentlər

  • 2 xör. qaş. bal;
  • 1 banan;
  • 6 çay qaş. qatıq.

Bananı çəngəllə yaxşıca əzin. Üzərinə qatıq və bal tökün. Qarışığı üzünüzə sürtüb, 15 dəqiqə gözləyin. Vaxt bitdikdə dərinizi ilıq su ilə yuyun.

Dəriyə qulluq üçün maskalar foto 4

Süd və qarşığıdalı unu ilə dəriyə qulluq maskaları

Bu maska komedon və qara nöqtələrlə mübarizədə effektivdir.

Tərkibi

  • 2 xörək qaşığı qarğıdalı unu;
  • 1 yumurtanın ağı;
  • 3 çay qaşığı süd.

Məhsulları qarışdırıb, üzünüzə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Xülasə

Dəriyə qulluq üçün qeyd etdiyimiz maskalar allergen tərkibli deyildir. Onlardan rahatlıqla istifadə edə bilərsiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir