Sellülitə qarşı yağlar

01 Dekabr 2019 Kateqoriya: Sellülit Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1066
Sellülitə qarşı yağlar foto 2
5/5 - (1 səs)

Qadınları narahat edən estetik qüsurlardan biri də “portağal qabığı” görüntüsüdür. Sellüliti azaltmanın yolları müxtəlifdir. Ev şəraitində efir yağlarından istifadə etməklə, bu problemi aradan qaldırmaq mümkündür.

Sellülitə qarşı yağlar hansılardır?

Sitrus meyvələrinin (portağal, qreyfrut, limon, limon otu – simbopoqon) efir yağları effektiv hesab olunur. Bundan başqa qərənfil, alma (qəhvəyi zolaqlı sort), ardıc yağlarının tətbiqi də müsbət nəticələr verir. Həkim kosmetoloqlar sellülitin II və III mərhələsində məhz bu yağları məsləhət görürlər.

Sellülitə qarşı yağlar necə istifadə edilir?

Efir yağlarından sellülit üçün maskalar, skrablar, vannalar, masaj üçün qarışıqlar hazırlamaq mümkündür. Bu reseptlərlə tanış olun.

Sellülitə qarşı yağlar ilə masaj

Sellülit masajının faydası hər kəsə məlumdur. Bu zaman dərinin qan dövranı sürətlənir, dəri qızışır, sellülit itməyə başlayır. Özünü masaj əllə və xüsusi ləvazimatlarla (silikon əlcək, massajor, rolikli applikatorlar, sellülit fırçası) ilə aparılır.

Yağlar təmiz halda istifadə edilməməlidir. Çünki belə vəziyyətlərdə allergik dermatit və ya yanıq ehtimalı yüksəlir. Efir yağını baza yağı ilə qarışdırmaq lazımdır. Bu məqsədlə üzüm çəyirdəyi, badam və ya adi zeytun yağı götürülə bilər.

Sellülitə qarşı yağlar foto 1

Sellülitə qarşı yağlar – resept №1

Hərəsindən 3 damcı olmaqla limon otu və qreyfrut yağı götürün. Üzərinə 50 ml baza yağı əlavə edin. Qarışdırdıqdan sonra problemli nahiyəyə çəkin. İntensiv şəkildə 10 dəqiqə massaj edin. Sellülitin ilkin mərhələlərində arzuolunan nəticələr əldə edilir.

Resept №2

Baza yağı, portağal və ardıc yağlarını eyni nisbətdə qarışdırın. Miqdarı problemli zona və sellülitin yayılmasından asılı olaraq, gözə yarı seçin. Hər zonanı 5 dəqiqə müddətində masaj edin. II və III dərəcəli, həmçinin yayılmış formalarda effektivdir.

Sellülitə qarşı yağlar – resept №3

Sellülitin müxtəlif inkişaf mərhələsində tətbiq olunur. Bərabər nisbətdə qərənfil, limon, berqamot və ardıc yağlarını qarışdırın. Üzərinə alınmış qarışıqdan 3 dəfə çox həcmdə istənilən baza yağı qatın. Ən azı 25 dəqiqə masaj edin.

İlk baxışda çox asan görünsə də sellülitə qarşı yağlar ilə müalicə davamlılıq və səbr tələb edir. Burada ən vacib şərt prosedurun 1 gündən 1 təkrarlanmasıdır. Standart kurs 10-15 prosedurdan ibarətdir. Massaj hərəkətləri intensiv və orta tempdə olmalıdır.

Sellülitə qarşı yağlar foto

Sellülitə qarşı yağlar barədə daha bir nuans

Efir yağlarının sellülitə dərindən təsir göstərməsi üçün onları gigiyenik prosedurlardan sonra çəkmək lazımdır. Təmizlənməmiş dəriyə sürtülən yağ faydasız olur. Bu səbəbdən problemli zonaları masaj etməzdən əvvəl vanna qəbulu məsləhətdir.

Sellülitə qarşı yağlar ilə vannalar

Vanna üçün nəzərdə tutulan suya efir yağlarını təmiz halda əlavə etməyin. Baza qismində soda, dəniz duzu, süd, bal, quru qırmızı və ya ağ şərab uyğundur. Belə vannalar dərini nəmləndirməklə yanaşı artıq çəkini də azaldır. Efir yağının ətri isə insana xüsusi rahatlıq bəxş edir.

Suyun temperaturu 38ºC-dən aşağı olmamalıdır. Prosedurlar 10 gün müddətində 2-3 dəfə təkrarlanmalıdır. Vanna qəbulu 15-20 dəqiqə olmalıdır.

Bir neçə efir yağı deyil, 1-2 yağ ilə bazanı qarışdırmaq daha effektiv sayılır.

Ən çox istifadə olunan reseptlər aşağıdakılardır:

  • 150 q soda + 3 damcı darçın və ya qərənfil yağı;
  • 1 litr süd + 5 damcı limon yağı;
  • 6 damcı portağal yağı + ½ stəkan bal.

Komponentləri yaxşıca qarışdırıb, suya əlavə edin.

Sellülitə qarşı yağlar foto 3

Sellülitə qarşı yağlar ilə bürünmələr

  • Hər birindən 3 damcı olmaqla qreyfrut, portağal və ardıc yağı götürün. Üzərinə 35 ml baza yağı əlavə edib, dəriyə sürtün. Bir qədər masaj etdikdən sonra həmin nahiyəni sellofanla örtün. 45 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyunun. Dəriyə nəmləndirici krem çəkin.
  • Antisellülit kreminə hər birindən 2 damcı olmaqla qərənfil və darçın yağı əlavə edin. Hesabınızı 4 damcı yağa 2 x.q. krem nisbətində götürün. Nazik qatla dəriyə çəkin. 1 saat saxladıqdan sonra ilıq su ilə yuyunun.

Bürünmə zamanı dəri intensiv şəkildə tərləyir, toksinlərdən azad olur. Təsiri gücləndirmək üçün sellofanın üzərindən isti paltar geyinməlisiniz. Müalicə kursu 15 prosedurdan ibarətdir. Onlar 3 gündən bir təkrarlanır. Hər bürünmənin müddəti 30-60 dəqiqədir.

Xülasə

Sellülitə qarşı yağlardan hər hansı birinə qarşı allergiyanız varsa, onlardan istifadə etməyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir