Sellülit masajı

06 Yanvar 2020 Kateqoriya: Sellülit Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1329
Sellülit masajı foto 3
5/5 - (1 səs)

Qeyri-düzgün qidalanma, qan dövranının pozulması, irsi meyllik kimi bir çox faktorlar sellülitin əmələ gəlməsinə səbəb olur. Portağal qabığı görüntüsünə əsasən qadınlarda rast gəlinsə də, ona bəzən kişilərdə təsadüf edilir. Sellülitin çəki ilə birbaşa əlaqəsi yoxdur. Arıq insanların bud, sağrı və qarın hissələrində çökəkliklərin olması bunu sübut edir.

Sellülit problemini həll etmək üçün müxtəlif üsullar irəli sürülmüşdur. Onlar arasında sellülit masajı geniş tətbiq edilir.

Sellülit masajı nədir?

Sellülitin formalaşmasında dərialtı qan dövranının pozulması mühüm rol oynayır. Yəni təkcə qidalanma vərdişlərini normaya salaraq, sellülitin yox olmasını gözləmək düzgün deyil.

Müalicə prosesində qan dövranını artıran üsullara, məsələn masaja ehtiyac yaranır. Onun sayəsində sellülitin inkişafı əngəllənir, yağların parçalanma vaxtı qısalır. Problemli nahiyədə qan axınının sürətlənməsi buradakı sərt piy toxumalarının əriməsinə təkan verir.

Masaj zamanı sellülitə qarşı yağlardan istifadə edilir. Arzuolunan nəticənin əldə edilməsi üçün dərin qatlara nüfuz edə bilən yağ növü seçilməlidir.

Sellülit masajı şəkil 6

Sellülit masajı necə aparılır?

Masajın məqsədi əzələlərə deyil, sellülitli nahiyəyə təsir göstərməkdən ibarətdir. Bununla əlaqədar masaj texnikası dərinin üst təbəqəsinə tətbiq olunur. Tıxanmış hissələrin oksigenlə təmasının artması və həmin bölgənin əvvəlki sağlam halına qayıtması üçün ilk növbədə qan dövranı tənzimlənməlidir.

Güclənən mübadilə ilə birgə qan axını sürətlənir. Hüceyrələrə oksigen daşınması artır. Masaj əsnasında dərinin üst təbəqəsində əmələ gələn istilik toplanmış yağ hüceyrələrinin parçalanmasına şərait yaradır.

Masaj prosesində qan dövranının ayaqlardan sinəyə doğru istiqamətlənməsinə fikir verilir. Belə ki, sellülit daha çox bud və sağrı nahiyəsində nəzərə çarpır. Bu isə adı çəkilən hissələrdə piy toxumasının çox olması, qanın isə zəif sürətlə dövran etməsi ilə bağlıdır.

Masaj zamanı 3 hərəkət tətbiq edilir:

  • dərini hamarlama. Yüngül və zərif toxunuşların tədricən tempi artırılır.
  • sürtmə. Saat əqrəbi boyunca aşağıdan yuxarıya doğru xüsusi intensivliklə dəriyə təsir göstərilir.
  • çimdikləmə. Dərini azacıq dartaraq, qəfil buraxırlar.

Sellülit masajı foto

Sellülit masajı ilə nə əldə olunur?

Portağal qabığı görüntüsündən əziyyət çəkirsinizsə və ondan qurtulmaq istəyirsinizsə masajı sınayın. Sellülit masajı mütəxəssis tərəfindən yerinə yetirilməlidir. Dəri altındakı təbəqənin qıcıqlandırılması, qanın hüceyrələrə daşınaraq, onları oksigenlə təmin etməsi və buradakı axının davamlı ola bilməsi üçün masaja ehtiyac yaranır.

Periodik tətbiq olunan sellülit masajı ilə estetik görünüşü pozulan hissələrdəki piy yığınları parçalanır, onların təkrar əmələ gəlməsinin qarşısı alınır.

Sellülit masajının faydaları

  • Sellülitli bölgədə qanın sirkulyasiyasını normaya salır;
  • Dərinin alt təbəqəsində mübadilə pozulması nəticəsində azalan qan axını və bununla əlaqəli hüceyrələrin oksigenlə az qidalanması problemini aradan qaldırır;
  • Qan dövranın sürətini artırmaqla, dəriyə sağlam və parlaq görünüş bəxş edir.

Sellülit masajı foto 1

Sellülit masajına əks-göstərişlər

  • Mexaniki təsirlərdən dəridə yaranan allergik hallar, səpkilər;
  • Virus xəstəliklərinin kəskinləşmə mərhələləri (yüksək temperatur, baş ağrısı, zəiflik);
  • Qanın laxtalanma pozğunluğu, varikoz və ürək-damar sisteminin digər xəstəlikləri;
  • Artrit və oynaqların digər patologiyaları;
  • Hamiləlik və südvermə dövrü.

Ev şəraitində sellülit masajı

Sellülit fırçasının köməyilə evdə özünüzü masaj edə bilərsiniz. Gün ərzində 5 dəqiqəlik masajla 1-2 aya nəticəni görmək mümkündür. Sadəcə masajın bu forması ağır dərəcəli sellülitlərdə az effektivdir. Daha doğrusu gecikmiş mərhələlərdə portağal qabığının azalması üçün çox uzun vaxt tələb olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir