Antisellülit kremi

Dəridə portağal görüntüsünü aradan qaldıran antisellülit kremi seçərkən onun tərkibinə və xüsusiyyətlərinə fikir vermək lazımdır. Sellülit kreminin müxtəlif formaları vardır. Onlar aktiv komponentləri və göstərişlərinə görə fərqlənirlər.
Antisellülit kremi və onun növləri
Soyuducu effektə malik
Bu krem həm də varikoz damar genişlənməsi və kapilyar problemlərindən əziyyət çəkənlər üçün faydalıdır. Dərini hamarlaşdırır, ona zəriflik və yumşaqlıq bəxş edir. Sellüliti azaldır. Dərialtı mayeni və şişkinliyi kənarlaşdırır
İsidici təsirli
Sellülitli hissələrdə qan axınını sürətləndirir, limfa dövranını aktivləşdirir. Onun sayəsində orqanizm metabolizm tullantıları və dərialtı mayenin artıq hissəsindən azad olur. Varikoz xəstələrinə bu krem qadağandır.
Masaj üçün
Adından göründüyü kimi masajla birgə tətbiq olunur. Nəticədə piy depoları parçalanır, dəri hamarlaşır.
Bürünmə üçün
Bu antisellülit kremini çəkib, büründükdə arzuolunan nəticə əldə edilir. Onların istifadəsi müntəzəm qaydada olmalıdır.
Antisellülit kremi istifadəsinə əks-göstərişlər
- Venaların varikoz genişlənməsi (isidici olanlara aiddir)
- Tərkibindəki aktiv inqrediyentlərə həssaslıq
- Dəridə yara və kəsiklər
- Hipertoniyaya (yüksək təzyiq) meyllik
- Çox həssas dəri
- Hamiləlik və zahılıq dövrü
12 ən yaxşi antisellülit kremi
FLORESAN aktiv
Soyuducu təsirə malikdir. Aktiv maddəsi detoks xassəsi olan laminariyadır. Dəridəki nahamarlıqları azaldır. Fitneslə məşğul olduqda nəticə daha tez bilinir.
VİTEKS
İsidici kremdir. Tərkibinə kofein və acı bibər kimi yağyandırıcı komponentlər daxildir. Qan dövranını sürətləndirir, sellüliti azaldır.
ЧИСТАЯ ЛИНИЯ МОДЕЛИРУЮЩИЙ СИЛУЭТ
Soyuducu vasitədir. Əsas komponenti kofeindir. Dərini hamarlayır, dartır. Ən əsası paltarda iz buraxmır.
BIELITA SPA kremi
İsidici xassəlidir. Qırmızı acı bibərin ekstraktı və təbii kofein əsasında hazırlanır. Yağların yanmasını stimulə edir. Portağal qabığı görüntüsünü xeyli azaldır.
ORGANIC SHOP sufle kremi
Sitrus və arqan yağlı xoşətirli kremdir. Tərkibinə muskat qozu, portağal, darçın da daxildir. Problemli nahiyələrə çəkdikdə asanlıqla sorulur. Dərini elastikləşdirir, hamarlayır. Qutusu böyük və həcmi çoxdur.
EVELINE COSMETICS antisellülit kremi
Əsas komponenti kofein, laminariya və E vitaminidir. Həssas və qurumağa meylli dəri üçündür. Masajla tətbiq etdikdə effekti yüksək olur. Dəri tədricən əvvəlki hamar görünüşünə qayıdır.
ARAVIA ORGANIC SLIM SHAPE
Salon prosedurları və ev şəraitində istifadəyə uyğundur. Portağal görünüşlü nahiyələrdə yağları parçalayır, dərinin elastikliyini artırır. Çəkildiyi hissələri incəldir.
VELINIYA masaj üçün antisellülit kremi
Dərialtı piy qatını parçalayır, liftinq və limfodrenaj effekti verir.
PALMER`S antisellülit kremi
Doğuşdan sonrakı sellülit, eləcə də dəri çatları (striyalar) ilə mübarizədə effektivdir. Aktiv inqrediyentləri kakao yağı, koenzim Q10, jenşen, şi yağı, E vitaminidir. Dərinin elastikliyini və hamarlığını bərpa edir.
ARAVIA ORGANIC INTENSIVE antisellülit kremi
Bürünmə üçün krem həm sellüliti azaldır, həm də dərini nəmləndirir. Soyuducu təsirlidir. Müntəzəm istifadə olunduqda dəridəki kələ-kötürlüklər hamarlaşır. Hüceyrələr regenerasiya edir, dəri parlaq şəkil alır.
Slim masaj üçün BE-FIT antisellülit kremi
Qara bibər və yaşıl çay formulası ilə ilk masajdan sonra təsiri görünməyə başlayır. Yağlar parçalanır, sellülit daha az nəzərə çarpır.
LITALINE kofeinli antisellülit kremi
Tərkibindəki kofein metabolizmi stimulə edir, yağları parçalayır. Bu maddə orqanizmdən artıq suyu qovur. Dərini dartır, elastikliyini artırır, sellüliti azaldır.
Xülasə
Nəticənin yaxşı olması üçün kremlər mütəmadi qaydada çəkilməlidir. Əgər seçdiyiniz antisellülit kremi fayda vermirsə, o zaman həkim-kosmetoloqa müraciət edin. Sellülit problemini digər alternativ üsullarla aradan qaldırın.