Sellülit kremi

Sellülit – dəri altında piy hüceyrələrinin qeyri-bərabər toplanması nəticəsində meydana çıxan estetik qüsurdur. Portağal qabığı görüntüsündən qurtulmağın bir çox üsulları vardır. Məsələn, idman, sellülit fırçası ilə masaj, sellülit kremi, bəzi invaziv estetik prosedurlar və s.
Yüksək effektivliyi ilə seçilən sellülit kremləri
Anne Semonin Lipoliss – Anti-Cellulite Gel
Su zanbağı ekstraktı əsasında hazırlanır. Dəriyə qulluq kremi yağ toksinlərini parçalayaraq, sellülit problemini azaldır.
Murad Firm and Tone Serum – sellülit kremi
Bu krem kapsulvari liposomlarla sellülitə qarşı mübarizə aparır. Müntəzəm qaydada istifadə olunduqda portağal qabığı görüntüsünü zəiflədir. Həmçinin dərinin elastikliyini artırır.
Sisley Cellulinov Intensive Anti-Cellulite Body Care
Kofein və faydalı yağlarla zəngin formula dəri relyefini hamarlaşdırır, kiçik çuxurları hamarlayır.
Clarins Body Fit Anti-Cellulite Contouring Expert kremi
Sellülit, dəri çatları (striyalar), dəri sallanması və digər dermatoloji problemlər əleyhinə güclü baxım kremidir.
ELEMIS Cellutox Active Body Oil
Tərkibinə ardıc, limon, çətirçiçək, yemişan yağları daxildir. Aktiv komponentlər sayəsində dərini aktivləşdirir, qan dövranını sürətləndirir. Nəticədə sellüliti yox edir.
Shiseido Advanced Body Creator Super Slimming Reducer kremi
Sürtdükdə buz kimi soyuq hiss buraxan təravətləndirici sellülit kremi dərini nəmləndirir. Portağal qabığı görüntüsünü azaldır, problemli bölgələrdə yeni piy hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Dr. Brandt Cellusculpt Body Shaper; Cellulite Smoothing Cream
Tərkibində təmiz kofein mövcuddur. Tubikin ucundakı masaj başlığı ilə ikiqat təsir göstərir. Dr. Brandtın sellülit kremi dəridəki girintili-çıxıntılı görünüşü sürətlə azaldır.
Lierac Body Slim sellülit kremi
Serum gel qatılıqlı, tərkibində alkoqol olmayan vasitə dərini sıxlaşdırır. İlk mərhələdə piy hüceyrələrinin depolanmasının qarşısını alıb, ölçülərini kiçildir. İkinci mərhələdə piy hüceyrələrinin daxili tamamən boşalır. Onlar passiv hala gəldiyindən yağ ifrazı dayanır. Son mərhələdə kollagen sintezi güclənir, dəri daha sıx və elastik görünüş qazanır.
Institut Esthederm Morpho Fitness Slimming Activator Serum
Portağal qabığı görüntüsünü azaldır. Dərini hamar, elastik, yumşaq hala gətirir. Gün-gündən bədən siluetinin incəlməsinə səbəb olur. Fiziki aktivliyin və sellülit masajının faydalı təsirlərini artıran bu vasitə idmanla birlikdə istifadə edildikdə nəticə həm sürətli, həm də uzunmüddətli olur.
Darphin Anti-Cellulite Contouring Gel
Keratin və çiçək ekstraktları hesabına sağrı və bud nahiyələrinin nazilməsinə, dərinin girintili-çıxıntılı hissələrinin hamarlaşmasına kömək edir. Bədəni formalaşdıran tərkib sayəsində lipoliz (yağların əriməsi) yüksəlir. Piy hüceyrələrinin depolanmasının qarşısı alınır. Piy qatının həcmi azalır.
Biotherm Celluli Eraser kremi
Biotherm’in yeni vasitəsi Celluli eraser kofein, at şabalıdı və salisil turşusu ilə zəngindir. İlk 2 komponent yağların yanmasını, salisil turşusu isə dərinin hamarlaşmasını təmin edir. Kremi dəriyə sürtdükdə yerli qan axını sürətlənir, o cümlədən piy qatları sürətlə parçalanır.
MBR – Medical Beauty Research Cell Power Anti-Cellulite Treatment
Gel-emulsiya şəklində krem problemli bölgələri dartır, sıxlaşdırır. Sellüliti bəlli dərəcədə azaldır. Bədəni toksinlərdən azad edir. Qan dövranını stimulə edir, yağların əriməsini asanlaşdırır. Dəridəki nahamarlıqları itirir.
Xülasə
Sellülit kremi apteklərdə və parfümeriya mağazalarında satılır. Bəzi kremlər yalnız internet vasitəsilə sifariş edilir. Hər bir halda Sizə uyğun kremi alıb, istifadə edin. Effektini mütləq görəcəksiniz.