Sellülit fırçası

06 Yanvar 2020 Kateqoriya: Sellülit Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 792
Sellülit fırçası foto
5/5 - (1 səs)

Sellülit fırçası hamar dəriyə sahib olmağa kömək edir. Fırçadan gündəlik istifadə etdikdə müsbət nəticələr əldə olunur.

Sellülit fırçası dərini ölü hüceyrələrdən azad edir. Quru fırçalama texnikasında dəri nəfəs alır və yenilənir.

Sellülit fırçası məsamələri təmizləyir

Fırça bədəndən artıq yağ və kiri uzaqlaşdırır, dolu məsamələri boşaldır. Nəticədə dəri relyefi hamarlaşır.

Sellülit fırçası qan dövranını sürətləndirir

Quru fırçalama qanın sirkulyasiyasını artırır. Maddələr mübadiləsinin son məhsullarını azaldır, hüceyrələri yeniləyir. Nəticədə dəri cavan və təravətli görünür.

Sellülit fırçası limfa dövranını tənzimləyir

İmmunitetin önəmli hissəsi sayılan limfa sistemi fırça vasitəsilə stimulə olunur. Bədən toksinlərdən sürətli və effektiv şəkildə qurtulur. Dəri detoks edir.

Sellülit fırçası foto 2

Fırça sayəsində sellülitlə sağollaşın

Qan dövranının sürətlənməsi və sellülit masajı nəticəsində dərialtı piy qatı azalır. Fırçalama hərəkətləri dərialtı piy qatını yumşaldır. Onun köməyilə yağ molekulları sistematik formada paylanır.

Sellülit fırçası necə istifadə olunur?

  • Fırçanı gündə 2 dəfə tətbiq edin;
  • Prosedura başlarkən dəri və fırça quru olmalıdır;
  • Hərəkətlər aşağıdan yuxarıya, yəni ürəyə doğru süpürmə kimi olmalıdır. İrəli-geri və dairəvi hərəkətlərdən qaçın;
  • Ayaqlardan başlayaraq yuxarı, qollardan isə sinəyə doğru fırçalayın. Çox sərt fırçalamaq olmaz;
  • Dəri canlanmalı və qıcıqlanmalıdır. Lakin ağrı, qızartı olmamalıdır;
  • Fırçanı problemli nahiyələrə bir neçə dəfə çəkin. Digər yerlərə 1 dəfə sürtmək kifayətdir;

Sellülit fırçası foto 1

  • Fırçalama zamanı tozabənzər elementlər çıxa bilər. Narahat olmağa dəyməz. Bu, ölmüş dəri hüceyrələridir;
  • Fırçanı üz nahiyənizdə istifadə etməyin;
  • Limfa düyünləri olan hissələrdə (dizaltı, dirsək çuxuru, qasıq) ehtiyatlı davranın;
  • Başlanğıcda 3 dəqiqə istifadə edin, sonra müddəti tədricən artırın;
  • Prosedurdan əvvəl duş qəbul etməsəniz də olar. Fırçaladıqdan sonra çimib, dərinizə nəmləndirici krem çəkin. Nəticəni 1 aya görəcəksiniz.

Sellülit fırçası necə olmalıdır?

Fırçanın materialı taxtadan olsa daha yaxşıdır. Plastik fırça almayın. Həm də tüklərinin keyfiyyətli olmasına diqqət yetirin. Çünki fırçalar müxtəlif ceşidlərdə olur. Uzun qulplu fırçadan istifadə etmək çox rahatdır. Qısa qulplu fırçalar da satılır. Əsas odur ki, əldə rahat tuta biləsiniz.

Fırçaya qulluq və onun qiyməti

Həftədə 1 dəfə fırçanın tüklərini sabunla yuyun. Onu quru yerdə saxlayın.

Fırçanın qiyməti istehsalçı firma və brenddən asılı olaraq,  6-50 AZN arasında dəyişir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir