Sellülit fırçası
Sellülit fırçası hamar dəriyə sahib olmağa kömək edir. Fırçadan gündəlik istifadə etdikdə müsbət nəticələr əldə olunur.
Sellülit fırçası dərini ölü hüceyrələrdən azad edir. Quru fırçalama texnikasında dəri nəfəs alır və yenilənir.
Sellülit fırçası məsamələri təmizləyir
Fırça bədəndən artıq yağ və kiri uzaqlaşdırır, dolu məsamələri boşaldır. Nəticədə dəri relyefi hamarlaşır.
Sellülit fırçası qan dövranını sürətləndirir
Quru fırçalama qanın sirkulyasiyasını artırır. Maddələr mübadiləsinin son məhsullarını azaldır, hüceyrələri yeniləyir. Nəticədə dəri cavan və təravətli görünür.
Sellülit fırçası limfa dövranını tənzimləyir
İmmunitetin önəmli hissəsi sayılan limfa sistemi fırça vasitəsilə stimulə olunur. Bədən toksinlərdən sürətli və effektiv şəkildə qurtulur. Dəri detoks edir.
Fırça sayəsində sellülitlə sağollaşın
Qan dövranının sürətlənməsi və sellülit masajı nəticəsində dərialtı piy qatı azalır. Fırçalama hərəkətləri dərialtı piy qatını yumşaldır. Onun köməyilə yağ molekulları sistematik formada paylanır.
Sellülit fırçası necə istifadə olunur?
- Fırçanı gündə 2 dəfə tətbiq edin;
- Prosedura başlarkən dəri və fırça quru olmalıdır;
- Hərəkətlər aşağıdan yuxarıya, yəni ürəyə doğru süpürmə kimi olmalıdır. İrəli-geri və dairəvi hərəkətlərdən qaçın;
- Ayaqlardan başlayaraq yuxarı, qollardan isə sinəyə doğru fırçalayın. Çox sərt fırçalamaq olmaz;
- Dəri canlanmalı və qıcıqlanmalıdır. Lakin ağrı, qızartı olmamalıdır;
- Fırçanı problemli nahiyələrə bir neçə dəfə çəkin. Digər yerlərə 1 dəfə sürtmək kifayətdir;
- Fırçalama zamanı tozabənzər elementlər çıxa bilər. Narahat olmağa dəyməz. Bu, ölmüş dəri hüceyrələridir;
- Fırçanı üz nahiyənizdə istifadə etməyin;
- Limfa düyünləri olan hissələrdə (dizaltı, dirsək çuxuru, qasıq) ehtiyatlı davranın;
- Başlanğıcda 3 dəqiqə istifadə edin, sonra müddəti tədricən artırın;
- Prosedurdan əvvəl duş qəbul etməsəniz də olar. Fırçaladıqdan sonra çimib, dərinizə nəmləndirici krem çəkin. Nəticəni 1 aya görəcəksiniz.
Sellülit fırçası necə olmalıdır?
Fırçanın materialı taxtadan olsa daha yaxşıdır. Plastik fırça almayın. Həm də tüklərinin keyfiyyətli olmasına diqqət yetirin. Çünki fırçalar müxtəlif ceşidlərdə olur. Uzun qulplu fırçadan istifadə etmək çox rahatdır. Qısa qulplu fırçalar da satılır. Əsas odur ki, əldə rahat tuta biləsiniz.
Fırçaya qulluq və onun qiyməti
Həftədə 1 dəfə fırçanın tüklərini sabunla yuyun. Onu quru yerdə saxlayın.
Fırçanın qiyməti istehsalçı firma və brenddən asılı olaraq, 6-50 AZN arasında dəyişir.