Sellüliti azaltmanın yolları
Sellülit – bud, sağrı və qarın nahiyəsində dərialtı piy yığıntıları ilə xarakterizə olunur. Qadınların əksəriyyəti bu problemə həssas yanaşaraq, ondan qurtulmağa çalışırlar. Sellüliti azaltmanın yolları müxtəlifdir. Gəlin onlara nəzər yetirək.
Vakuum banka ilə sellüliti azaltmanın yolları
Vakuumla sellülit masajı xüsusi bankaların köməyilə aparılır. Xüsusi polimer-şüşə bankalar dəri reseptorlarına və aktiv nöqtələrə təsir göstərir. Bankaların ucu xüsusi aparata birləşdirilir. Masaj zamanı aparatın daxilindəki oksigen toxumalarda qan dövranını və maddələr mübadiləsini artırır. Nəticədə dərinin portağal qabığı görüntüsü hamarlanır.
Akustik dalğa terapiyası ilə sellüliti azaltmanın yolları
Akustik dalğalarla müasir müalicə üsuludur. Lokal piy yığıntıları, dəri sallanması və sellülit problemini həll edir. 1 kurs həftədə 2 dəfə olmaqla 21 gün davam edir. Təcrübələrə əsasən bu aparatla müalicə əsnasında qanda sərbəst yağ turşuları və qliserolun səviyyəsi kəskin artır. Bu sıçrayış piy toxumasının parçalanmasından xəbər verir.
Sellüliti tripollarla azaltmanın yolları
Radiodalğaların təsirinə əsaslanan prosedur piy qatını nazildir, dərini ağrı hissi olmadan dərhal dartır. Enerji 3 nöqtə arasında davamlı dövr edərək, dəri hüceyrələrini və onların daxilindəki su molekullarını hərəkətə gətirir, yəni sıxlaşdırır. Dəri və dərialtına verilən qısa dalğalar kollagen sintezini artırır, piy hüceyrələrini isə azaldır. Müalicə prosesində sinir və damarlara heç bir zərər toxunmur.
Dalğalar sadəcə dəri altındakı piy toxumasını isitdiyindən bu metod hər yaş və dəri tipindən olan şəxslərə tətbiq edilə bilər. Prosedur orta hesabla 30-45 dəqiqə çəkir. Nəticənin uzun müddətli olması üçün müalicə kursunu 7 gün intervalla 6-8 həftə təkrarlamaq məsləhət görülür. Seansdan sonra dəridə yüngül qızartı və istilik əmələ gəlir.
Sellüliti azaltmanın yolları – LPG CELLU M6 KEY MODULE
Aparatın təsir etdiyi hissələrdə qan və limfa axını sürətlənir, metabolizmin son məhsullarının bədəndən çıxması tezləşir. Fibroz bağlar sərbəstləşdiyindən, dəri elastikləşir. Dəri qatından əzələlərə qədər bütün dərialtı toxumalar yenidən formalaşır.
Prosedur tamamən ağrısızdır. Onun həmçinin stress azaldıcı və sakitləşdirici təsirləri vardır. Bir seans 35 dəqiqə sürür. Müalicə müddəti fərdi xarakter daşıyaraq, 10-20 seans arasında dəyişir. Terapiya zamanı pasiyentə xüsusi corab geyindirilir.
BEAUTYTEK ilə sellüliti azaltmanın yolları
Aparat kosmetologiyasının yeni üsullarından sayılır. Bu metod sellüliti yox etməklə yanaşı, həm də sinənin dikləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Mikrocərəyan terapiyası piy mübadiləsini, qan və limfa dövranını aktivləşdirir. Kollagen sintezini stimulə edir.
Hər seans 45 dəqiqə davam edir. Tam kurs 6-12 seansdır. Müalicədən sonra effektin qalıcı olması üçün ayda 1 prosedur tövsiyə edilir.
Sellüliti azaltmanın yolları – mezoterapiya
Mezoterapiya lokal arıqlama və dərinin sıxlaşması məqsəsilə aparılır. Prosedurun mahiyyəti qan dövranını gücləndirən, piyləri parçalayan xüsusi dərmanların nazik iynələrlə dərialtına yeridilməsindən ibarətdir.
Mezoterapiya bel, sarğı, bud, qarın, ümumilikdə piy toxumasının toplandığı hər bir nahiyədə icra oluna bilər. İlkin kurs üçün 6-12 seans kifayətdir. Bu metodla bədən ayda 1-2 ölçü incəlir. Seanslar təxminən 10-15 dəqiqə çəkir.
Sellülitə qarşı qida əlavələri
“Nestle” qidalanma araşdırmaları və “L’Oreal” dermatoloji analizlərinin nəticələri əsasında hazırlanan “Inneov” qida əlavəsi dərini daxildən formalaşdırır. Çiyələk dadlı toz gündə 2 dəfə 1 stəkan suda həll edilərək içilir. Onu yemək zamanı qəbul etmək lazımdır. Məhsul drenaj təsirinə malikdir.
Sellülitə qarşı kremlər
Kosmetoloji bazarda isidici, soyuducu xüsusiyyətlərə malik müxtəlif antisellülit kremi mövcuddur. Həmçinin portağal görüntüsü əleyhinə masaj və bürünmələr üçün sellülit kremi də vardır. Onlardan mütəmadi qaydada istifadə etdikdə, dərinin görünüşü xeyli yaxşılaşır.
Fırça ilə sellüliti azaltmanın yolları
Sellülit fırçası quru və təmiz dəriyə tətbiq olunur. Quru fırçalama yerli qan dövranını artırır, artıq yağ və kiri bədəndən uzaqlaşdırır. Nəticədə dəri hamar görünüş əldə edir.
Sadaladığımız aparat prosedurları və inyeksiyalar həkim kosmetoloq tərəfindən yerinə yetirilməlidir. Həmçinin sellüliti azaltmanın yolları sırasına bol maye qəbulu, duzlu və şəkərli qidalardan imtina daxildir.