Sellülit üçün maskalar
Sellülit – arıq və kök olmasından asılı olmayaraq, əksər qadınların qarşılaşdığı problemdir. Sellüliti azaltmanın yollarından biri də ev şəraitində xüsusi maskalar hazırlayıb tətbiq etməkdir.
Sellülit üçün maskalar – resept №1
Hərəsindən 1 xör.qaş. olmaqla bibəriyyə (rozmarin), dəfnə və limon yağlarını qarışdırın. Sonra onu sellülitli nahiyələrə masaj hərəkətləri ilə yeridin. 1 saat saxlayıb ilıq su ilə yuyunun.
Sellülit üçün maskalar – resept №2
Alma sirkəsi və bu meyvənin şirəsini bərabər nisbətdə qarışdırın. Həmin qaba 4-5 damcı limon və ya nanə yağı əlavə edə bilərsiniz. Qarışığı sellülitli bölgəyə sürtün və üzərini streç klyonka ilə bağlayın. 1 saat gözləyib yuyun.
Sellülit üçün maskalar – resept №3
Bal və sirkəni eyni həcmdə qarışdırın. Üzərinə bir miqdar buğda unu əlavə edib, xəmir qatılığına gətirin. Sellülitli nahiyəyə tətbiq edib, üzərini streç klyonka ilə bağlayın. 1 saatdan sonra yaxalanın.
Sellülit üçün maskalar – resept №4
Suya bir miqdar gil tökün, qarışdıraraq krem qatılığına gətirin. Ora 4-5 damcı portağal yağı və 4 xör.qaş. darçın əlavə edin. Problemli bölgəyə sürtün və streç klyonka ilə sarıyın. 30 dəqiqədən sonra yuyunun. Maskanı həftədə 2 dəfə təkrarlayın.
Sellülitə qarşı maskalar – resept №5
- 1 fincan qəhvəyi şəkər tozu
- 1 stəkan üzüm çəyirdəyi yağı
- 1 ç.q. vanil ekstraktı
- ½ fincan üyüdülmüş qəhvə
Bütün məhsulları qarışdırdıqdan sonra sellülit olan hissələrə masaj hərəkətləri ilə çəkin. 10 dəqiqə gözləməyiniz kifayətdir. Proseduru həftədə 1-2 dəfə tətbiq edin.
Sellülitə qarşı maskalar – resept №6
Bal və sirkəni bərabər miqdarda qarışdırın. Həmin qaba bir qədər buğda unu əlavə edin, xəmir şəklinə salın. Qarışığı sellülitli nahiyəyə yaxın. Plyonka ilə örtüb, 2 saat saxlayın. Sonda ilıq su ilə təmizləyin.
Sellülit üçün maska – resept №7
- 20 ml zeytun yağı (jojoba tapsanız daha yaxşı olar)
- hərəsindən 3 damcı limon, ardıc və lavanda yağları
Yağları bir kasada yaxşıca qarışdırın. Sonra problemli bölgəyə çəkin. Üstünü klyonka ilə bağlayıb, 1 saat saxlayın. Yuyunduqdan sonra dərinizə nəmləndirici krem çəkməyi unutmayın.
Sellülitə qarşı maskalar – resept №8
- 1 paket gil
- hərəsindən 5 damcı limon, portağal və naringi yağı
- 4 x.q. darçın
Gili su ilə qarışdırdıqdan sonra yağları ora əlavə edin. Yenidən qarışdırıb, darçın qatın. Maskanı problemli nahiyədə 30 dəqiqə saxlayın.
Xülasə
Sellülitə qarşı təbii vasitələrdən hazırlanan maskaları müntəzəm qaydada istifadə etrdikdə nəticəsini görəcəksiniz.