Sellülitə qarşı təbii vasitələr

24 Noyabr 2019 Kateqoriya: Sellülit Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 638
Sellülitə qarşı təbii vasitələr foto
5/5 - (1 səs)

Qadınların kabusu olan sellülitlə mübarizə qan dövranının yaxşılaşmasına və toksinlərin orqanizmdən kənarlaşmasına əsaslanır. Portağal qabığı görüntüsündən qurtulmaqda sellülitə qarşı təbii vasitələr köməyə gəlir.

Sellülitin düşməni olan qəhvə

Türk qəhvəsini dəmləyin. Qəhvə dibini isti halda problemli nahiyələrə çəkib, bir qədər masaj edin. Daha sonra polietilen sellofanla sarıyıb, 30 dəqiqə saxlayın. Vaxt bitdikdə qəhvəni ilıq su ilə yuyun. Proseduru həftədə 2 dəfə təkrarlamaqla, sellülit tam azalana və ya itənə qədər davam edə bilərsiniz.

Sellülitin balla aradan qaldırılması

Bal sellülitə qarşı təbii vasitələr arasında ən məşhurudur. Onu maye halına salana qədər qızdırın. Məhsul qaynar olmamalıdır. Sonra balı qarın və bud nahiyələrinə ehtiyatla çəkib, sellofan və ya qida üçün polietilenlə sarıyın. 30-40 dəqiqədən sonra isti duşla yuyunun.

Sellülitə qarşı təbii vasitələr – şokolad

Qara (tünd) şokoladı su hamamında əridin və sellülit olan hissələrə sürtün. Üzərini sellofanla bağlayıb, 1 saat gözləyin. Şokoladı təmizlədikdən sonra dəriyə nəmləndirici krem çəkin. Şokolad maskasından daimi istifadə etdikdə effektini görəcəksiniz.

Sellülitə qarşı təbii vasitələr foto 1

Sellülit əleyhinə gil maskası

Sellülitə qarşı gili aptekdən əldə etmək mümkündür. 400 qram gili mineral su ilə qarışdırıb, qatı xama konsistensiyasına gətirin. Gil maskasını bud, sağrı və qarın hissənizə, ümumiyyətlə problemli hesab etdiyiniz bütün zonalara çəkin. Polietilenlə bağlayıb, yorğanın altında 30 dəqiqə uzanın. Vaxtın tamamında gili isti su ilə yuyun. Gil bürünməsindən sonra dəri zərif, ipək kimi olur, məsamələr daralır.

Sağrı və ayaqların yuxarı hissəsindəki sellülitə qarşı təbii vasitələr

Alma sirkəsi problemli dərini tonuslandırır, sellüliti azaldır. Bunun üçün sirkə və suyu bərabər nisbətlərdə qarışdırın. Üzərinə 3-4 damcı nanə yağı əlavə edin. Qarışığı dəriyə çəkib, üstünü polietilenlə örtün. İsti paltarınızı geyinin və qızınmaq üçün idman hərəkətləri edin. 20 dəqiqə keçdikdə ilıq su ilə yuyunub, nəmləndirici krem çəkin.

Sellülit zamanı yulafın faydası

Sellülitə qarşı təbii vasitələr içərisində yulaf (herkules) çox effektiv hesab olunur. Bu məhsul orqanizmi şlak və toksinlərdən azad edir, bağırsağın hərəkətini tənzimləyir. Yulaf skrab kimi təsir göstərir, həmçinin xolesterini də azaldır. Onu gecə termosda islatsanız, səhər çiy vəziyyətdə yeyə bilərsiniz. Yulafı alma, bal, qoz və ya kişmişlə qəbul etdikdə təsiri xeyli artır.

Digər resept: 6 xörək qaşığı yulaf + 200 qram rəndələnmiş alma + 2 xörək qaşığı duru bal + 15 ədəd qoz + 1 xörək qaşığı kişmiş. Komponentləri qarışdırıb yeyin.

Sellülitə qarşı təbii vasitələr foto 2

Sellülitə qarşı vasitələr – yulaflı skrab

1 x.q. yulafı, 1 x.q. qarğıdalı kəpəyini (kukuruznıe xlopya), 2 x.q. şəkər tozunu, 3 x.q. günəbaxan və ya zeytun yağını qarışdırın. 2 dəqiqə ərzində ehmalca dəriyə sürtün. 5 dəqiqədən sonra isti su ilə təmizləyin.

Sellülitə qarşı təbii vasitələr – süd və yulaf

Yulaf kəpəyini toz halına gətirib, üzərinə su və ya süd tökün. Bu qarışıqla dərini 1-2 dəqiqə masaj edin. Daha sonra yuyun. Davamlı tətbiq etdikdə dəri hamarlaşır və yumşalır.

Sellülitə qarşı daha bir resept

Antisellülit kremini şüşə bankada qırmızı pul bibərlə qarışdırıb, dəriyə çəkin. Üstünü sellofan ilə sarıyın. 30 dəqiqədən sonra yuyun. Bibərə allergiyanız varsa, bu üsuldan istifadə etməyin.

Xülasə

Təbii üsullar, sellülit üçün maskalar, bürünmələri tətbiq etdikdə, rasionunuzdan sellülit yaradan qidaları kənarlaşdırsanız, prosedurların effektini xeyli artırmış olacaqsınız.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir