Revolax deep

Revolax deep – Cənubi Koreya istehsalı olan yüksək sıxlıqlı fillerdir. Tərkibində 24mq/ml hialuron turşusu və 0.3%-li lidokain məhlulu vardır. Dəri relyefini hamarlaşdırılmaq və dərialtı boşluqları doldurmaqla həcm vermək məqsədilə tətbiq edilir.
Bununla yanaşı həkim kosmetoloqlar geldən yanaq və dodaq dolğusu, çənəaltı, burun-dodaq büküşlərinin korreksiyasında istifadə edirlər.
Preparatın təsirindən epitel hüceyrələrində hidrobalans normallaşır, qırışlar hamarlaşır, üz cizgiləri düzgün forma alır.
Revolax deep dərinin aşağıdakı qüsurlarında faydalıdır:
- gözətrafı, qaşarası və digər qırışlar;
- sağalmış sızanağın izi və ya dəridə yaratdığı boşluq;
- posttravmatik izlər və çapıqlar;
- dəri örtüklərinin yaşla bağlı dəyişiklikləri;
- nazik dodaqlar;
- sallanmış, həcmsiz yanaqlar.
Revolax deep gelinin üstünlüyü
Preparat digər vasitələrdən 5 xüsusiyyətinə görə fərqlənir:
- təmiz xammaldan alınır;
- yeridilərkən diskomfort hissi yaranmır. Bu, gelin optimal konsistensiyası ilə əlaqəlidir.
- inyeksiyadan sonra ödem əmələ gəlmə riski minimumdur;
- hipoallergendir;
- hialuronatın 3D-modeli gelin dermada uzun müddət qalmasına imkan yaradır.
Prosedurun gedişatı
Dermal dolğunun yeridilmə prosedurunu şərti formada 3 mərhələyə bölmək olar: hazırlıq, əsas dövr və reabilitasiya.
Hazırlıq
1-ci mərhələ prosedura 1 neçə həftə qalmış başlanır. Orqanizmi korreksiyaya hazırlamaq məqsədilə həkim-kosmetoloqun məsləhətlərinə riayət etmək lazımdır:
- qanın göstəricilərini dəyişən preparatların (məsələn, antikoaqulyantlar) qəbulunu dayandırmaq;
- siqaret və spirtli içkilərdən imtina etmək, yağlı qidaların qəbulunu məhdudlaşdırmaq;
- idmanla məşğul olmamaq;
- aqressiv kosmetik prosedurlardan (kimyəvi pilinq, digər dolğular və s.) uzaq durmaq;
- solyariyə getməmək;
- günəş şüalarının təsirindən özünü qorumaq.
Əsas mərhələ
İlk növbədə inyeksiya nahiyəsi antiseptiklə işlənilir. Anesteziyaedici krem çəkilir. Gel lazımı dozada yeridilir. Yekun dezinfeksiya aparılır.
Revolax deep adətən periorbital (göz ətrafı), perioral (ağız ətrafı), yanaq, çənə, boyun nahiyələrinə vurulur. Kiçik qırışların korreksiyası və biorevitalizasiya 30 dəqiqə davam edir. Mürəkkəb zonalarda prosedur 2 saata qədər uzana bilər.
Reabilitasiya mərhələsi
Prosedurdan sonra yüngül qızartı və iltihab əmələ gələ bilər. 1-2 həftə keçdikdə simptomlar tamamən itir. Gel yeridildikdən sonra bəzi məhdudiyyətlər qoyulur:
- 2 həftə ərzində solyari, sauna, hovuz,idman zalına getmək olmaz
- 10 gün ərzində spirtli içki qəbulu qadağandır
- ilk sutkalarda iynə yerinə əllə toxunmaz, axar su ilə yuyunmaq və dekorativ kosmetikadan istifadə etmək icazəli deyil.
Revolax deep istifadəsinə əks-göstərişlər
Prosedurdan sonra ağırlaşma ehtimalı çox aşağıdır. Ancaq preparatın tətbiqinə bəzi əks-göstərişlər mövcuddur:
- hamiləlik və laktasiya (südvermə) dövrü;
- çapıqlaşmaya meyllik;
- autoimmun xarakterli xəstəliklər;
- dəri patologiyaları;
- korreksiya zonasında iltihab;
- epidermisin qalınlaşması;
- preparatın tərkib hissələrinə qarşı allergiya;
- qanın laxtalanmasının pozulması.
Revolax deep gelinin yan təsirləri
Preparatın qeyri-düzgün tətbiqi və ya prosedurdan öncə kifayət qədər anamnez toplanılmaması nəticəsində bəzi reaksiyalar müşahidə edilə bilər. Bunlara qızartı, ödem, hematoma, dərinin qıcıqlanması, toxumaların nekrozu misaldır.
Revolax deep qiyməti
Preparatın qiyməti 80 AZN-dir. Qutuda gellə doldurulmuş 1,1 ml şpris vardır. Qiymət kosmetoloq xidmətindən və dozadan asılı olaraq dəyişə bilər.