Juvederm volift

28 Noyabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 626
Juvederm volift foto 4
5/5 - (1 səs)

Juvederm volift – Fransanın Allergan şirkətinin Juvederm brendinin istənilən yaş və dəri tipinə uyğun gələn yüksəksıxlıqlı gelidir. Üz üçün kontur plastikada istifadə olunur. Stabilizə olunmuş natrium hialurinat əsaslı həmcins, yumşaq fillerdir.

Orta və dərin qırışların korreksiyası, həmçinin üzdə yumşaq toxuma defisiti zamanı, yəni üz dolğusu qismində tətbiq edilir. Tərkibində hialuron turşusunun molekul çəkisinin azlığı hissəciklərin bərabər paylanmasını və dolğu prosedurunu asanlaşdırır. VYCROSS texnikası ilə hazırlanılan Juvederm volift üz konturunu və həcmini bərpa edir.

Juvederm volift preparatının tərkibi

Gelin tərkibindəki hialuron turşusunun konsentrasiyası 24 mq/ml təşkil edir. Preparat elastikliyi və yüksək konsentrasiyası hesabına dərialtı qatlarda uzun müddət qalır. Mayeni effektiv şəkildə saxlayır, maddələr mübadiləsini sürətləndirir.

Yanaq dolğusu zamanı onların həcmini artırmaqla yanaşı, fibroblastların sintezini fəallaşdıraraq, dəridə təbii bioprosesləri işə salır. Preparatın tərkibinə 3%-li lidokain məhlulu (analgetik) qatılmışdır. Bunun sayəsində həkim kosmetoloqun pasiyentin üzünə əlavə anestetik krem çəkməsinə ehtiyac qalmır.

İlkin prosedurdan sonra

Preparat ilk prosedurdan üzün problemli nahiyələrinə həcm verir, dərini hamarlaşdırır, elastikləşdirir və təravətləndirir. Dəri təbii və sağlam görünür. İnyeksiya prosesi sadədir, yanaşı təsirləri minimaldır.

Juvederm volift foto 2

Juvederm volift gelinin üstünlükləri 

  • toksiki deyil, yəni təhlükəsizdir;
  • gel hialuronidazaya davamlı olub, gec sorulur;
  • effekti dərhal bilinir. Dəri relyefinin dəyişməsi inyeksiyanın ilk saatlarında bəlli olur;
  • prosedur ağrısızdır. Yüksək konsentrasiyalı lidokain ağrı və yanğı hissini xeyli azaldır;
  • 3D effekti verir. Preparat üzün relyefini cavanlaşdırır. Sallanmış yanaqlar və dəri örtüklərini əvvəlki vəziyyətinə qaytarır.
  • nəticə uzunmüddətli olub, minimum 1 il, bəzən isə 15 ay davam edir.

Juvederm volift istifadəsinə göstərişlər

Korrektor üzü çox arıq olan xanımlarda, o cümlədən dermanın yumşaq toxumalarının deqradasiyasında, yəni üzün sallanmasında, onun relyef və formasının yaş dəyişikliklərində göstərişdir. Juvederm volift aşağıdakı məqsədlərlə tətbiq edilir:

  • yanaqların dartılması;
  • üzün orta və aşağı 1/3-nin konturlarının formalaşdırılması;
  • burun-dodaq qırışlarının açılması;
  • ağız bucaqlarının sallanması ilə əlaqədar qəmgin ifadənin aradan qaldırılması;
  • nazik dodaqların həcm və konturlarının korreksiyası;
  • çənə büküşlərinin kənarlaşdırılması.

Juvederm volift foto 1

Juvederm volift inyeksiyasına aid ehtiyat tədbirləri və əks-göstərişlər

Prosedurdan sonra əlavə reaksiyalar müşahidə olunmur. Düyünlər, qızartı, papula, ödem 3-5 gün ərzində itir.

Preparata əks-göstərişlər aşağıdakılardır:

  • lidokain və hialuron turşusuna allergik reaksiya;
  • hemofiliya, qan-damar sisteminin problemləri;
  • şəkərli diabet, epilepsiya;
  • dermatoloji və ya onkoloji xəstəliklər;
  • hamiləlik və süd vermə dövrü;
  • ürək xəstəlikləri, aritmiyalar;
  • infeksion xəstəliklər, kəskin respirator virus infeksiyaları;
  • dəridə iltihabi proseslər.

Prosedurdan sonra aşağıdakı qaydalara riayət etmək lazımdır:  

  • 2 saat ərzində iynə vurulan nahiyəyə əllə toxunmaq olmaz ;
  • 2 gün kosmetik vasitələrdən (makiyaj) istifadə etmək qadağandır;
  • 10-14 gün hamam, çimərlik, sauna, idman zalı, spa salona getmək icazəli deyil.
  • günəş şüaları altında uzun müddət qalmaq məsləhət görülmür.

Juvederm volift qiyməti

Gelin qiyməti 220 AZN-dir. Ödəniş kosmetoloqdan, dozadan, qırışların dərinliyindən, seçdiyiniz gözəllik və ya tibb mərkəzindən asılı olaraq dəyişir.

Juvederm volift preparatının buraxılış forması

Qablaşmada 2 ədəd şpris, 2 iynə, istifadə qaydalarının qeyd olunduğu içlik vərəqəsi yerləşir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir