Səpkilər üçün üz maskaları
Dəridəki səpkilər, ləkələr və sızanaqlar hər zaman narahatlıq doğurur. Müəyyən mazlar və kremlərlə yanaşı, səpkilər üçün üz maskaları da bu problemin həllinə kömək edir. Onlarda müntəzəm istifadə etdikdə səpkilər azalır, üzdə ləkələr itir. Həmçinin akne, ekzema, sızanaqlarla mübarizədə bu maskalar faydalı sayılır.
Səpkilər üçün maskalar – resept №1
Normal və quru dərilər üçündür.
İnqrediyentlər
- 1 ədəd avokado;
- 2 x.q. isidilmiş bal;
- 1 ç.q. limon suyu.
Bütün inqrediyentləri qarışdırıb üzünüzə çəkin. 15 dəqiqə saxladıqdan sonra yuyun. Dəriniz çox qurudursa, limon suyunu kokos yağı ilə əvəzləyin.
Səpkilər üçün üz maskaları – resept №2
Tərkibi
- 2 x.q. isidilmiş bal;
- ½ ç.q. darçın tozu;
- 1 ç.q. limon suyu.
Məhsulları yaxşıca qarışdırıb, dərinizə sürtün. 15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.
Akne, ekzema səpkiləri üçün üz maskaları – resept №3
İnqrediyentlər
- 4 x.q. yulaf unu;
- ½ stəkan isti su;
- 2 x.q. bal;
- 2 x.q. qatıq.
Yulaf ununun üzərinə isti su tökün. 5 dəqiqə müddətində unun yumşalmasını gözləyin. Sonra həmin qaba digər komponentləri əlavə edib, həmcins kütlə alınana qədər qarışdırın. Maskanı üzünüzdə 15 dəqiqə saxlayın. Vaxt tamam olduqda dərinizi ilıq su ilə təmizləyin.
Səpkilər üçün üz maskaları – resept №4
Tərkibi
- 1 ədəd şaftalı;
- 1 çay qaşığı bal;
- 1 ç.q. limon suyu.
Komponentlərin hamısını blenderdən keçirib, püre halına gətirin. Gözətrafı nahiyə istisna olunmaqla üzünüzə sürtün. 15 dəqiqədən sonra ilıq su ilə yuyun.
Səpkilər üçün üz maskaları – resept №5
Bu maska bütün dəri tiplərinə uyğundur.
İnqrediyentlər
- 3 x.q. yeni hazırlanmış qəhvə;
- 3 x.q. kakao tozu;
- 1 x.q. bal;
- 5 x.q. qatıq.
Bütün məhsulları blenderdən keçirib maskanı üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə dərinizi təmizləyin. Maskadan artıq qalarsa, ona bir qədər su qatıb, dirsəyinizə və ya bədəndə ehtiyac duyduğunuz digər nahiyələrə çəkə bilərsiniz.
Səpkilər üçün üz maskaları – resept №6
Bu maska yağlı və problemli dəriyə uyğundur.
İnqrediyentlər
- 10 ədəd orta ölçüdə çiyələk;
- 3 x.q. limon suyu;
- 2 x.q. qatıq;
- 2 x.q. bal.
Bütün məhsulları əzib püre şəklinə salın. Blenderdən istifadə etmək olmaz. Maskanı dərinizə çəkib, 10 dəqiqə gözləyin. Ardınca isti dəsmalla üzünüzü örtüb, əlavə 3 dəqiqə də saxlayın. Sonda soyuq su ilə yuyun.
Səpkilər üçün üz maskaları – resept №7
Bu maska dəridəki qızartını yox edir.
Tərkibi
- 2 x.q. yulaf unu;
- 4 x.q. qatıq;
- 5 x.q. şirin alma sirkəsi;
- 1 ç.q. bal;
- 1 stəkan isti yaşıl çay.
İlk 4 məhsulu bir kasada qarışdırın. Ora isti yaşıl çay əlavə edib, həmcins kütlə halına gələnə qədər yenidən qarışdırın. Maskanı üzünüzə yaxıb, 15 dəqiqə gözləyin. Əvvəlcə isti islaq pambıqla, ardınca isə ilıq su ilə yuyun. Qəti şəkildə sabundan istifadə etməyin.
Səpkilər üçün üz maskaları – resept №8
Bu maska həssas dəri üçündür.
İnqrediyentlər
- 1 ədəd xiyar;
- 4 x.q. qatıq;
- 2 x.q. maya;
- 2 x.q. yulaf;
- 1 ç.q. bal.
Xiyarın qabığını soymadan iri hissələrə bölün. Qatıqla birgə blenderdən keçirin. Sonra ora digər məhsulları əlavə edib qarışdırın. Üzünüzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə təmizləyin.
Səpkilər üçün üz maskaları – resept №9
Bu maska akne və sızanaqları aradan qaldırır.
Tərkibi
- 1 x.q. bal;
- 1 ç.q. darçın.
Sadalanan inqrediyentləri qarışdırıb, üzünüzə sürtün. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə dərinizi yaxalayın.
Səpkilər üçün maskalar – resept №10
Maska dərinin relyefini hamarlaşdırır, qırışları azaldır.
İnqrediyentlər
- 2 x.q. təzə dəmlənmiş yaşıl çay;
- 1 x.q. təmiz bal;
- 1 x.q. qatıq;
- 3 x.q. soda.
Komponentləri yaxşıca qarışdırdıqdan sonra soyuducuda 10 dəqiqə saxlayın. Vaxt tamam olduqda üzünüzə çəkin. 15-20 dəqiqə gözləyin. Soyuq su ilə yuyun.
Xülasə
Nəticənin arzu etdiyiniz kimi olması üçün maskaları mütəmadi şəkildə hazırlamalısınız.