Göz altı qırışlar üçün maskalar

Göz altı qırışlar qocalmanın ilkin əlamətidir. Müasir kosmetoloji bazarda bu prosesin qarşısını almaq məqsədilə müxtəlif krem, losyon, hətta üz üçün maskalar mövcuddur. Lakin bəzi xanımlar bunun tam əksini, yəni “ən effektiv kosmetika öz əllərinlə hazırladığındır” deyə düşünürlər. Bu fikirdən qaynaqlanaraq, Sizi ev şəraitində gözaltı qırışlar üçün maskalar ilə tanış edirik:
Süd kompressi
Pambıq diski isti südə batırıb, gözaltı qırışların üstünə qoyun. Bunu dalbadal 4 dəfə təkrarlayın. Daha sonra üzünüzü ilıq su ilə yuyub, nəmləndirici krem çəkin.
Cəfəri ilə göz altı qırışlar üçün maskalar
Cəfərinin tərkibində A, E və C vitaminləri vardır. Bu bitki dəriyə hamarlaşdırıcı və tonuslandırıcı effekt verir. 1 xörək qaşığı xırda doğranmış cəfərini tənzifin arasına qoyub, göz altı nahiyədə 15 dəqiqə saxlayın. Vaxt bitdikdə üzünüzü soyuq su ilə təmizləyin.
Cəfəri + ½ çiy kartof, cəfəri + 1 xörək qaşığı yağsız xama ilə də maska düzəldə bilərsiniz. Onların hazırlanma və istifadə qaydası yuxarı qeyd olunduğu kimidir.
Göz altı qırışlar zamanı kartof maskası
Kartof qatılmış maskalar göz altı nahiyələr üçün çox effektivdir. 1 ədəd kartofu rəndələyib, üzərinə 1 xör.qaş. yağlı qaymaq əlavə edin. Məhsulları qarışdırıb, göz altına çəkin. 15 dəqiqədən sonra yuyun və nəmləndirici krem sürtün.
Göz altı qırışlar üçün banan
½ bananı əzib, 2 x.q. ərimiş kərə yağına qatın. Maskanı çalın və göz ətrafına çəkin. 25 dəqiqə saxlayın. İstifadədən sonra dərinin tonusunun xeyli artdığını görəcəksiniz.
Çiyələklə göz altı qırışlar üçün maskalar
Çiyələk mikroelementlər və vitaminlərlə zəngin olduğundan dərini mükəmməl formada bərpa edir. Bu məqsədlə 4 ədəd çiyələyi əzib, 2 x.q. balla qarışdırın. Tənzifə çəkib, gözətrafı nahiyədə 15 dəqiqə saxlayın. Maskanı süd hopdurulmuş tamponla silin.
Avakado ilə göz altı qırışlar üçün maskalar
Avakado dərini nəmləndirir və qidalandırır. Rəndələnmiş avakadodan kompress hazırlayın. Pambıq və ya tənzif vasitəsilə gözaltına qoyun. Daha sonra ilıq su ilə yuyun.
Göz altı qırışlarda yumurta sarısından maskalar
Bu maska bəzi mənbələrdə üz üçün limon maskaları başlığı altında qeyd olunur. 1 yumurta sarısını 1 xörək qaşığı limon şirəsi, 1/2 xör.qaş. zeytun yağı və bir qədər limon ləti ilə qarışdırın. Göz ətrafı nahiyədə 30 dəqiqə saxladıqdan sonra süd hopdurulmuş pambıq disk ilə təmizləyin.
Göz altı qırışlar üçün ballı maskalar
Bu maska üz üçün bal maskaları sırasında ən effektiv hesab olunur. Toz halında olan 2 xörək qaşığı herkulesi eyni miqdarda bal və 1 xörək qaşığı çay dəmi ilə qarışdırın. Üzərinə azacıq isti su əlavə edin və su hamamında qızdırın. Qaynar deyil, isti halda göz ətrafı da daxil olmaqla, üzünüzə çəkin. 20 dəqiqədən sonra isti su ilə yuyub, gündüz (nəmləndirici və ya qidalandırıcı) kremi çəkin.
Göz altı qırışlar üçün ərikli maskalar
Əriyin tərkibindəki keratin və C vitamini mövcuddur. 2 ərik lətini 1 xör.qaş. qaymaq və ya xama ilə qarışdırın. Gözaltı nahiyəyə çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun. Qaymağı bitki yağı ilə də əvəzləyə bilərsiniz.
Qazayağı qırışlar üçün ispanaqlı maska
İspanağın yarpaqlarını xırdalayıb tənzifin arasında sıxın. 1 xör.qaş. ispanaq şirəsini 10 qram A vitamini ilə qarışdırın. 30 dəqiqə müddətində gözaltında saxlayın. Daha sonra pambıq diskləri südə batırıb, ehtiyatla maskanı təmizləyin.
Qazayağı qırışlar ilə mübarizədə yağlar
Maskalar ilə yanaşı qırışlara qarşı yağlar da çox effektivdir. Arzuolunan nəticə əldə etmək üçün hər axşam gözaltı nahiyəyə ərik və ya şaftalının efir yağını sürtün. Yağı dəriyə masaj hərəkətləri ilə yeridin.
Eləcə də badam və avakado yağını 30 dəqiqəlik gözaltına çəkin. Qalıqlarını salfetlə ehmalca silin. Yağları yumaq icazəli deyil.
Xülasə
Anladığınız kimi gözaltı qırışlar üçün maskalar əl altında olan ərzaqlardan hazırlana bilər. Meyvə və tərəvəzlərın təbii olması məqsədəuyğundur. Hər hansı məhsula qarşı allergiyanız varsa, həmin maskadan imtina etməyiniz gərəkdir.
teşekkür edirem reçeptler üçün çoh faydalı olduqunu bilirem çü nki özüm de
daim maskalardan isdifade edenem
Təşəkkür edirəm çox sağ olun sizə minatdaram Var olun
Minnətdarıq. Həmişə sağlam və xöşbəxt olun!
Tovuz
Çox sağ olun
Var olun