Üz üçün limon maskaları

26 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 6290
Üz üçün limon maskaları foto
3.2/5 - (4 səs)

Dərini ağartmaq, parıldatmaq və canlandırmaq məqsədilə üz üçün limon maskaları geniş istifadə edilir. Onlar həmçinin sızanaqaknelərin aradan qaldırılmasında mühüm rol oynayır. Ancaq bu maskalardan sonra günəş şüasının birbaşa təsirinə məruz qalmaq olmaz. Əks-təqdirdə üzdə piqment ləkələri yaranır.

Limonun dəriyə faydası

  • Dərinin rəngini ağardır;
  • Qara nöqtələri yox edir;
  • Sızanaq ləkələrinin itirir;
  • Dərinin yağlılığını, kəpəyi azaldır.

Üz qırışları üçün limon maskaları

Tərkibi

  • 2 x.q. yaşıl çay;
  • yarım ovuc sarıkök;
  • ½ ç.q. limon suyu.

Bütün inqrediyentləri qarışdırın. Maskanı çəkməzdən əvvəl üzünüzü yaxşıca təmizləyib qurudun. Sonra pambıq vasitəsilə qarışığı dərinizə sürtün. Quruması üçün 3 dəqiqə gözləyin. Vaxt tamam olduqda yeni pambıq parçası ilə 1 qat da üstündən çəkin. 10 dəqiqədən sonra soyuq su ilə yaxalayın. Maskanı həftədə 1 dəfə tətbiq edin.

Üz üçün limon maskaları foto 1

Parlaq üz üçün limonlu maskalar

Üzünüzü canlandırmaq və dərinizə parlaqlıq vermək üçün bu maskadan istifadə edin.

İnqrediyentlər

  • 5 x.q. bal;
  • ½ x.q. yumşaldılmış kərə yağı;
  • 1 x.q. limon suyu;
  • 5 x.q. şəkər tozu.

Bütün məhsulları qarışdırın. Alınan məhlul durudursa, yenidən bal qata bilərsiniz. Çox qatı olarsa limonun suyunu əlavə edin. Maskanı bütün üz dərinizə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra bol su ilə yaxalayın. Dərinizə losyon və ya nəmləndirici krem sürtün.

Sızanaqlı üz üçün limon maskaları

Dəriniz yağlı və eləcə də sızanağa meyllidirsə, bu maska məhz Sizin üçündür.

Komponentlər

  • 1 yumurta ağı;
  • 1 çay qaşığı limon suyu.

Kiçik bir kasada yumurta ağını köpüklənənə qədər çalın. Limonun təzə sıxılmış suyunu həmin qaba əlavə edin. Maskanı barmaq ucları ilə dairəvi hərəkətlərlə üzünüzə çəkin. 10-15 dəqiqə gözləyib, ilıq su ilə yaxalayın. Bu maskanı tətbiq etdikdən sonra günəş işığına çıxmayın.

Üz üçün limon maskaları foto 2

Qabıqlanan üz üçün limon maskaları

İnqrediyentlər

  • 1 ç.q. limon suyu;
  • 2 x.q. zeytun yağı;
  • 2 x.q. su.

Bütün məhsulları yaxşıca qarışdırın. Üzünüzə sürtüb, 10 dəqiqə gözləyin. Maskanı ilıq su ilə təmizləyin.

Üz ağardıcı limon maskaları

Dərinizdəki ləkələri yox etmək üçün bu maskadan istifadə edin.

İnqrediyentlər

  • ½ ç.q. limon suyu;
  • 1 x.q. bal;
  • 1 ç.q. pomidor püresi.

Bütün ərzaqları qarışdırıb, yumşaq hala gətirin. Maskanı üzünüzə çəkin. 10 dəqiqə qaldıqdan sonra ilıq su ilə dərinizi yaxalayın.

Üz üçün limon maskaları foto 3

Üz üçün dəri yumşaldıcı limon maskaları

İnqrediyentlər

  • ¼ yetişmiş avokado;
  • ½ x.q. bal;
  • ½ x.q. limon suyu;
  • 1 yumuta ağının yarısı.

Sadalanan məhsulları çəngəllə əzib, yaxşıca qarışdırın. Məhlul duru olduqda avokadonun miqdarını artırın. Üzünüzü təmizləyib qurutduqdan sonra maskanı çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Yara izləri olan üz üçün limon maskaları

Üzünüzdə çox dərin olmayan yara izləri varsa, bu maska Sizin köməyinizə gələcək.

Komponentlər

  • 2 çay qaşığı təmiz bal;
  • ½ ç.q. limon suyu.

Bal və limonun suyunu krem şəklinə gələnə qədər qarışdırın. Maskanı üzünüzə çəkib, 30 dəqiqə gözləyin. Sonda ilıq su ilə yaxalayın.

Üz üçün limon maskaları foto 4

Qara nöqtələr üçün limon maskaları

Dəridəki qara nöqtələrdən şikayət edirsinizsə bu maska köməyinizə gələcək.

Tərkibi  

  • 1 kasa qatıq;
  • 1 limonun suyu.

Bir limonun suyunu yaxşıca sıxın. Daha sonra üzərinə qatıq tökün. Hazırladığınız qarışığı gözətrafı nahiyə istisna olmaqla, üzünüzə yayın. 15 dəqiqədən sonra dərinizin quruyub gərildiyini hiss edəcəksiniz. Bu zaman maskanı ilıq su ilə təmizləyin.

Dəriniz həddindən artıq qurudursa, üz üçün limon maskalarını ayda 1 dəfə istifadə etməyiniz məsləhətdir. Üzünüzü yuduqdan sonra nəmləndirici krem çəkməyi unutmayın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.2/5 - (4 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir