Xardal tozu ilə saç maskası

05 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 23951
Xardal tozu ilə saç maskası foto
4.4/5 - (5 səs)

Xardal tozunu unikal vasitə adlandırmaq olar. Bu məhsuldan kulinariya ilə yanaşı, tibbdə və kosmetologiyada istifadə edirlər. Xardal tozu ilə saç maskası tüklərin strukturunu yaxşılaşdırır, uzanmasını stimulə edir. Həmçinin saçlara sağlam parlaqlıq bəxş edir.

Xardalın saça 5 faydası

  • saç köklərinə qan axınını gücləndirir;
  • tük follikullarının intensiv qidalanmasını təmin edir;
  • qocalmış və məhv olmuş hüceyrələri qoparır;
  • saçları gücləndirir və qalınlaşdırır;
  • kəpəyi azaldır və ya tamamən yox edir.

Xardal tozu ilə ev şəraitində hazırlanılan saç maskası yağlı saçlar üçün əvəzolunmaz vasitədir. Çünki o, yağlı görünüşdən xilas olmağa kömək edir. Arzuolunan effektin əldə olunması məqsədilə maska 5 gündən bir təkrarlanmalıdır.

Normal və quru saç tipinə məxsus qadınlarda isə xardalın istifadəsi kəpəklənməyə və saçların kövrəkləşməsinə yol aça bilər. Buna görə də maska hazırlayarkən tərkibinə kefir, istənilən kosmetik yağ, qatıq və ya mayonez əlavə etməyiniz məsləhətdir.

Xardal tozu ilə saç maskası foto 5

Xardal tozu ilə saç maskasına aid ehtiyat tədbirləri

Maskanı hazırlayarkən və çəkərkən bəzi qaydaları unutmayın:

  • xardala qarşı allergik reaksiyanız ola bilər. Bu kimi hallara yol verməmək üçün öncədən sınaq aparın. Qulaq arxasının dərisinə maskadan bir qədər sürtüb, 15 dəqiqə gözləyin. Göynəmə, yanğı hissi, dərinin qaşınması, qızartı müşahidə olunmadıqda maskanı istifadə edə bilərsiniz.
  • maskanı saçda çox saxlamayın. Reseptdə göstərilən vaxt bitdikdə yuyun.
  • hazır xardal pastası almayın. Çünki onun tərkibində saçlara ziyan verən əlavə komponentlər və konservantlar mövcuddur. Pasta əvəzinə xardal tozu almağınız tövsiyə olunur.
  • tozu yalnız isti su ilə qarışdırın. Qaynar su kimyəvi efir yağlarının çıxmasına şərait yaradır, soyuq su isə heç bir effekt verməyəcəkdir.
  • xardal tozu ilə saç maskasını çirkli saçlara sürtün.
  • saçlarınızı maskadan təmizlədikdən sonra limon şirəsi sıxılmış su ilə yaxalayın.

Xardal tozu ilə saç maskası foto 2

Xardal tozu ilə saç maskası – möcüzəvi reseptlər

Yumurta, şəkər və xardaldan hazırlanılan saç maskası

Tərkibi

  • quru xardal tozu – 2 x.q.
  • çiy yumurta sarısı – 1 ədəd
  • şəkər və ya şəkər tozu – 2 ç.q.

Saçınız qurudursa qarışığa 2 x.q. bitki yağı (zeytun və ya günəbaxan) əlavə edin.

Hazırlanma qaydası

  1. tozu isti suda həll edin;
  2. üzərinə digər komponentləri töküb, yaxşıca qarışdırın;
  3. saçlarınızı səliqəli şəkildə hissələrə ayırıb, maskanı tüklərin dibinə çəkin;
  4. 15-20 dəqiqə saxladıqdan sonra yuyun.

Kefir və xardallı saç maskası

Tərkibi

  • kefir – 2 x.q.
  • xardal tozu – 1 x.q.
  • badam və ya şaftalı tumunun efir yağı – 1 ç.q.
  • duru bal – 1 ç.q.

Hazırlanması

  1. bütün məhsulları qarışdırıb, həmcins hala gətirin;
  2. çirkli saçlara sürtün və 20-25 dəqiqə gözləyin;
  3. vaxtın tamamında saçlarınızı şampunla yuyun.

Xardal tozu ilə saç maskası foto 3

Qatıq, yumurta və xardal tozu ilə saç maskası

Tərkibi

  • quru xardal tozu – 1 xörək qaşığı
  • çıy yumurta sarısı – 1 ədəd
  • qatıq və ya kefir – ½ stəkan

Hazırlanma qaydası

  1. xardal tozuna bir qədər isti su qatın;
  2. bütün komponentləri qarışdırıb, saçınıza çəkin;
  3. 20-25 dəq gözlədikdən sonra yuyun.

Maya və xardallı saç maskası

Tərkibi

  • şəkər tozu – 1 x.q.
  • kefir – 2 x.q.
  • xardal tozu – 1 ç.q.
  • duru bal – 1 ç.q.
  • quru maya – 1 x.q.

Hazırlanma qaydası

  1. mayanı isidilmiş kefirə qatın;
  2. qarışığa şəkər tozu səpib, isti yerə qoyun və həcmi artana qədər gözləyin;
  3. növbəti mərhələdə bütün komponentləri qarışdırıb, saçınızın dib hissələrinə yaxın;
  4. 1 saatdan sonra saçınızı yuyun.

Xardal tozu ilə saç maskası foto 4

Gücləndirici saç maskası

Tərkibi

  • yumurta sarısı – 1 əd.
  • quru xardal tozu – 1 x.q.
  • tünd qara çay dəmi – 2 x.q.

Hazırlanması

  1. bütün komponentləri qarışdırın;
  2. saç dərinizi nəmləndirdikdən sonra qarışıqdan istifadə edin;
  3. 30 dəqiqə bitdikdə yuyun.

Qidalandirici  saç  maskası

Tərkibi

  • xardal tozu –1 x.q.
  • bal – 1 ç.q.
  • badam yağı – 1 ç.q.
  • kefir – 100 ml
  • yumurta sarısı – 1 ədəd
  • rozmarin yağı – 4 damcı

Hazırlanması

  1. bütün komponentləri yaxşıca qarışdırın;
  2. maskanı nəm saçlara çəkin;
  3. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Xardal tozu ilə saç maskası foto 1

Aktivləşdirici saç maskası

Tərkibi

  • qatıq – 1 x.q.
  • xardal tozu – 1 x.q.
  • yulaf əzməsi – 1 x.q.
  • duru təbii bal – 1 x.q.
  • limon şirəsi – 1 ç.q.

Hazırlanma qaydası

  1. məhsulları qarışdırıb, baş dərinizə sürtün;
  2. 20-25 dəqiqə saxladıqdan sonra saçınızı təmizləyin.

Xardalli saç maskasi kimlərə qadağandır?

Psoriaz, dəmirov, şəkərli diabet, bronxial astmadan əziyyət çəkən, həmçinin baş dərisində göbələk xəstəliyi, seboreik dermatit, yara, çiban olan şəxslər xardallı saç maskalarından istifadə etməməlidir.

Xülasə

Sizi fərqli saç maskaları ilə tanış etdik. Onların köməyilə saçlarınızın əvvəlki cazibəsini qaytarın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.4/5 - (5 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir