Regenlab prp

Regenlab prp – hüceyrələrin cavanlaşmasını təmin edən unikal texnologiyadır. Bu prosedur İsveçrəli mütəxəssislər tərəfindən icad edilmişdir. Müasir kosmetologiyada ən effektiv anti-age texnologiyalardan sayılır. Onun mahiyyəti pasiyentin öz qanından alınan trombositlərlə zəngin plazma hesabına dəridə liftinq effekti yaratmaqdan ibarətdir.
Regenlab prp prosedurunun məqsədi
Regenlab prp inyeksiyaları sayəsində dəridə qan dövranı yaxşılaşır, maddələr mübadiləsi cavanlıq rejiminə keçir. Hialuron turşusunun yeni molekulları sintez olunur. Kollagen və elastin dərinin 3D-karkasının sürətli formalaşma prosesini işə salınır.
Bundan əlavə yetkin və zədələnmiş dərinin regenerasiyası stimulə olunur, dermanın yeni qatları əmələ gəlir.
Regenlab prp necə aparılır?
Pasiyentdən alınan qan Regenlab-sınaq borusuna (probirka) yığılır. İnnovasion sistem sayəsində Regenlab-sınaq şüşələrində qoyulan filtrlərlə qan təmizlənilir və fraksiyalara ayrılır.
Qanın filtrasiyası və sentrifuqalaşdırılmasından sonra yüksək konsentrasiyalı trombositlərlə zəngin autoplazma əldə edilir. Toxumaların cavanlaşması və bərpasında trombositlər xüsusi rol oynayır.
Onlar böyümə faktorlarını stimulə edir. Bu faktorlar yeni hüceyrələrin əmələ gəlməsinə cavabdehlik daşıyır.
Autoplazmanın tərkibindəki zülallar, duzlar, hormonlar, fermentlər və vitaminlər öz aktivliyini qoruyub saxlayırlar. Bu faydalı maddələr inyeksiya əsnasında dərinin bütün qatlarına dərhal təsir göstərirlər.
İnyeksiya üçün autoplazma ilə yanaşı autogeldən də istifadə olunur. O, autoplazmaya fibrin zülalının əlavə edilməsi yolu ilə alınır.
Əldə olunan preparat nazik iynə ilə dermanın dərin qatlarına yeridilir. Prosedur ağrısız olduğundan anesteziyaya gərək qalmır. İnyeksion biopreparat regenerasiya proseslərini sürətləndirir. Onun köməyilə dəri qatı dərindən nəmləndirilir, üzə lazımi həcm verilir, qırışlar aradan qaldırılır.
Regenlab prp proseduruna göstərişlər
- Üz və bədən dərisinin yaşla bağlı dəyişiklikləri (elastikliyin azalması, qırışlar və s.);
- Akne, sızanaq, komedon, və onların izləri;
- Çapıqlar və striyalar (dəri çatları);
- Lazer, fotoprosedurlar, kimyəvi pilinqlərdən sonra dərinin bərpası;
- Saç tökülməsinin müalicəsi.
Regenlab prp proseduruna əks-göstərişlər
- İnyeksiya olunacaq nahiyədə infeksion-iltihabi proseslər;
- Kəskinləşmə dövründə olan virus xəstəlikləri;
- Hamiləlik, süd vermə dövrü;
- Preparatın komponentlərinə allergik reaksiyalar.
Regenlap prp prosedurunun nəticəsi
- Dərhal baş verən nəticə. Autogelin doldurucu təsiri hesabına qırışlar və büküşlər yox olur.
- Tədricən görünən effekt. Dəri cavanlaşır və sağlam görünüş əldə edir. Onun elastikliyi, turqoru artır, xırda və orta dərinlikli qırışlar itir, çapıq və çatlar görünməz olur. Dərinin rəngi yaxşılaşır.
Yekun nəticə 30 gündən sonra bilinir. Çünki hüceyrənin yenilənmə siklini bitirib, dərinin gözlə görünən qatına çıxması üçün 1 ay tələb olunur.
Müalicə kursu neçə seansdan ibarətdir?
Müalicə kursu 3-5 prosedurdan ibarətdir. Onlar arasında 3-4 həftə interval qoyulur. Növbəti kurs 2 ildən sonra aparılır. Bir sıra hallarda isə hər 6 aydan bir dəstəkləyici prosedurlar məsləhət görülür.
Müalicə kursu başa çatdıqda nəticə adətən 1,5-2 il qalır. Bu müddət pasiyentin yaşından, həyat tərzindən və dərinin vəziyyətindən asılıdır.
Prosedurdan sonra
İnyeksiya nahiyələrinə toxunmaq, dekorativ kosmetikadan istifadə etmək qadağandır.
Prosedurdan bir neçə saat sonra adi həyat tərzinə qayıtmaq mümkündür.
Regenlab prp qiyməti
Regenlap prp Basis 1 probirka (6 ml) 170-190 AZN
Regenlap prp Extra 2 probirka (12 ml) 260-280 AZN
Regenlap prp Plus 3 probirka (18 ml) 320-360 AZN təşkil edir.
Prosedurun təbii komponentlərlə aparılması və təhlükəsizliyi onun tətbiqini xeyli genişləndirir.