Radiesse

22 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1731
Radiesse filler
5/5 - (2 səs)

Radiesse – Amerikanın “BemoForm Medemcal” şirkəti tərəfindən istehsal olunan dermal fillerdir. Onun tərkibi kalsium hidroskiapatitdir. Bu maddə təbii olub, insanın sümük toxumasının mineral komponentidir. 

Hialuron turşusundan ibarət dolğulardan (Juvederm, Restylane və s.) fərqli olaraq, Radiesse fillerin effekti daha uzunmüddətlidir (1,5 ilə qədər və daha çox). Onunla aparılan liftinq təsir mexanizminə görə 3D mezosaplarla armlaşdırmanı xatırladır. Prosedur cavan üzə məxsus V-formanı geri qaytarır.  

Radiesse necə təsir göstərir? 

Radiesse – yaşla bağlı üzdəki sallanmanı, qırışları aradan qaldıran, dərinin quruluşunu yaxşılaşdıran unikal preparatdır. İnyeksiyadan dərhal sonra Radiesse klassik filler kimi təsir edərək, dərialtı boşluqları doldurur, həmin sahələrə həcm verir. Preparat həm də neokollagenezi (orqanizmdə yeni kollagen liflərin sintezi) stimulə edir. Bunun sayəsində effekt uzunmüddətli olur.   

Radiesse nədir?

Radiesse fillerin üstünlükləri

  • Nəticənin dərhal bilinməsi. Fillerin effekti prosedur bitdikdə bəlli olur. İnyeksiyadan sonra güclü ödem olmadığından bu, yekun nəticə sayılır. 
  • Effektin uzun müddət qalması. Digər preparatlardan fərqli olaraq, Radiesse öz təsirini 12 ay və daha çox müddətdə saxlayır. Buna səbəb fillerin dəridə kollagen sintezini stimulə etməsidir. 
  • Preparatın təhlükəsizliyi. Filler zamanla orqanizmdən tam şəkildə xaric olur. Onun təhlükəsizliyi və xüsusiyyətləri kifayət qədər öyrənilmişdir. Dünya üzrə keçirilən sorğunun nəticələrinə əsasən pasiyentlər Radiesse filleri onların gözləntilərini maksimal dərəcədə təmin edən preparat kimi yüksək qiymətləndirmişlər.  
  • Prosedurun ağrısız keçməsi. Müasir üsul sayəsində Radiesse xüsusi konnektorla birbaşa prosedurdan əvvəl lidokainlə qarışdırılır. Nəticədə preparatın yeridilməsi ağrısız olur. 

Radiesse ilə liftinq

Radiesse fillerə göstərişlər

  • Üz ovalının bərpası;
  • Dəri sallanmasının korreksiyası;
  • Üz, boyun, dekolte, qol nahiyəsində dərinin tonus və keyfiyyətinin yaxşılaşdırılması. 

Hansı hallarda Radiesse fillerin istifadəsi icazəli deyil? 

  • Hamiləlik və südvermə dövrü;
  • İnyeksiya olunacaq nahiyədə iltihab və ya dəri xəstəlikləri;
  • Qanın laxtalanmasının pozulması. 

Radiesse filleri ilə prosedurun aparılma qaydası

Həkim-kosmetoloq filleri yeritməzdən əvvəl ilk növbədə dərini antiseptik məhlulla təmizləyir. Pasiyentin istəyinə əsasən xüsusi kremlə yerli anesteziya (keyitmə) edilə bilər. Sonra filler ehmalca korreksiya zonasına yeridilir. Prosedur orta hesabla 10-20 dəqiqə çəkir. İnyeksiyadan sonra xırda qırışlar aradan qalxır, burun-dodaq büküşü hamarlanır. Yanaqlar təbii həcm əldə edir.  

Radiess fillerin yeridilməsindən sonra  

  • 7 gün ərzində hamam, sauna, hovuzdan imtina edilməli;
  • 10 gün müddətində günəş vannası və solarium icazəli deyil;
  • 2 ay üz nahiyəsini masaj etmək olmaz.

Radiesse fillerin qalıcılığı

Prosedurun nəticəsi 1-1,5 il ərzində saxlanılır. İnyeksiyadan 4 ay sonra korreksiya aparıldıqda isə bu müddət 2 ilə qədər uzanır.   

Radiesse fillerin effekti

Radiesse fillerin buraxılış forması

Filler 3 formada istehsal olunur:  

  • Ekstra – 0.8 mm-lik şpris. Minimal korreksiya və kiçik sahələr üçün nəzərdə tutulur.
  • Orta həcm – 1,5 mm-lik şpris. Orta ölçülü büküşlər üçündür.
  • İri həcm – 3 mm-lik şpris. Daha çox nəzərə çarpan qırışlar, iri korreksiya sahələri, həcmin bərpası, kontur plastika üçün istifadə olunur.

Preparatın hansı növünün istifadə olunması həkim-kosmetoloq tərəfindən təyin edilir. Bu fillerin əsas üstünlüyü onun orqanizm toxumaları ilə 100% biouyğunluq təşkil etməsidir. Həmçinin preparat 1-ci tip kollagenlərin sintezini stimulə etdiyindən prosedurdan sonra məxmər dəri və mükəmməl liftinq effekti əldə olunur.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir