Qırışlara qarşı krem

Qırışlara qarşı krem yaş kateqoriyası nəzərə almaqla istehsal edilir. Məsələn 30 yaşdan sonra istifadə edilən kremin tərkibilə 50 yaşdan yuxarı qadınlara lazım olan kremin inqrediyentləri fərqlidir. Buna görə də krem seçərkən yaş faktoruna diqqət edilməlidir.
Nəyə görə qırışlara qarşı krem çəkməlidir?
Qırışlar aktiv mimik hərəkətlər, qeyri-kafi nəmləndirmə, dərinin elastikliyinin itməsi, genetik faktor, dəriyə qulluq edilməməsi və bir sıra digər səbəblərdən əmələ gəlir.
Büküşlərdən və qırışlardan tam azad olmaq üçün bir sıra kosmetoloji inyeksiyalara və ya cərrahi metodlara ehtiyac yaranır. Lakin qırışlara qarşı krem mütəmadi istifadə olunduqda yaş fonunda dərin qırışların əmələ gəlmə prosesi ləngiyir.
Qırışlara qarşı krem hansı səbəblərdən yaşa görə buraxılır?
- 30 yaşdan sonra kollagen və elastin sintezi zəifləyir. Bu isə öz növbəsində tonusun azalmasına və qırışların yaranmasına gətirib çıxarır. Həmin dövrlərdə tərkibində kollagen, ilbiz musini və ya hialuron turşusu olan kremlərə üstünlük verilməlidir. Onlar nəm balansını optimal şəkildə saxlayır, epidermisin tonusunu qoruyurlar.
- 40 yaşdan sonra peptid qulluğu tələb olunur. Kiçik ötürücü molekullar epidermisin dərin qatlarına nüfuz edərək, kremin faydalı komponentlərinin paylanmasına şərait yaradır.
- Daha irəli yaşlarda ilan zəhəri tərkibli kosmetik vasitələr effektiv sayılır. Onlar mimik və dərin qırışları hamarlayır.
Qırışlara qarşı ən effektiv krem növləri:
30+ qırışlara qarşı krem
Bu yaşda dəri hələ cavan və təravətli olsa da, standart nəmləndirmə və qidalandırma kiyayət deyildir. Qırışlar əmələ gəlməmiş onların qarşısını almaq lazımdır.
Early Wrinkle Plumping Solution
Fransanın məşhur Phytomer brendinin 30+ kremlərindəndir. Məhsulun tərkibinə yosun ekstraktı daxildir. Krem xırda qırışları hamarlayır, dərinin tonusunu artırır, kollagen sintezini stimulə edir. Yüngül struktura malikdir. Dəridən tez sorulur, yapışqanlıq əmələ gətirmir.
Early Wrinkle Plumping Solution normal, yağlı, qarışıq dəri tipləri üçündür. Bu vasitə epidermisi qidalandırır, nəmləndirir və bərpa edir. Sərbəst radikalların təsirini neytrallaşdırır. Eyni zamanda makiyajın altına baza kimi ideal vasitə sayılır.
Üstünlükləri:
- Bitki komponentləri əsasındadır;
- Yüngül teksturalıdır;
- Tez sorulur;
- Dəri rəngini yaxşılaşdırır.
Qiyməti 80-90 AZN arasında dəyişir.
Philip Martin’s Remedy
Qocalmanın ilkin əlamətlərinə qarşı bitki tərkibli kremdir. İtaliyanın peşəkar orqanik kosmetika markası Philip Martins–in erkən qırışlara qarşı effektiv məhsuludur. Tərkibindəki giləmeyvə ekstraktları dərini nəmləndirir, qidalandırır, hamarlayır. Şişkinliyi və kiçik qırışları aradan qaldırır. Məhsulun antioksidant təsiri də vardır.
Teksturası dəridə asanlıqla yayılır və tez sorulur. Krem özündən sonra yapışqanlıq hissi buraxmır. İlin soyuq fəslində həssas olmayan dəri üçün tövsiyə edilir.
Üstün cəhətləri:
- Tərkibi bitki ekstraktları ilə zəngindir;
- Makiyajın altına baza kimi uyğundur;
- Kompleks baxım effektinə malikdir;
- Qırışları yox edir.
Qiyməti 120-130 AZN arasındadır.
40+ qırışlara qarşı krem
Darphin Predermine
Fransanın “Darphine” brendinin susuzlaşmış və yetkin dəri tipi üçün qatı konsistensiyalı kremidir. Tərkibinə kakao, jojoba, karite yağları, bitki ekstraktları, hialuron turşusu və E vitamini daxildir. Temperaturun təsirindən tez əriyir və sorulur. Formulu dərini intensiv qidalandırır, nəmləndirir, yumşaldır, relyefi hamarlayır. Çəkdikdən sonra dəri parlaq görüntü alır, təravətlənir. Dərin qırışların görünməsini zəiflədir, yenilərinin qarşısını alır. Krem quru dəriyə uyğundur.
Üstünlükləri
- Qatı teksturaya malikdir;
- Asan sorulur;
- Zəngin anti-age tərkibi vardır;
- Quru dəriyə qulluq edir;
- Yeni qırışların yaranmasını ləngidir;
- Xoş ətirlidir.
Qiyməti 100-110 AZN təşkil edir.
Camellia Oil – qırışlara qarşı krem – konsentrat
Polşanın “Bilenda” brendinin yetkin dəriyə uyğun məhsuludur. Tərkibində kameliya yağı və hialuron turşusu var. Krem dərini nəmləndirir, qidalandırır, regenerasiya proseslərini işə salır. Üz ovalını bərpa edir, mimik qırışları hamarlayır. Üzə sağlam parlaqlıq verir. Yuyunmadan sonra dəridəki quruluq və diskomfort hissini aradan qaldırır. Makiyajın altına baza qismində uyğundur. Çəkdikdən sonra dəridə yapışqanlıq olmur. Bütün dəri tiplərinə uyğundur.
Üstün cəhətləri:
- Xoşagələn teksturası vardır;
- Çəkildikdə tez sorulur;
- Makiyajın qalıcılığını azaltmır;
- Kompleks baxım effekti verir;
- Üzün konturlarını bəlli edir;
- Qiyməti səmərəlidir.
Kremi 20-30 AZN-ə əldə etmək mümkündür. Yeganə çatışmazlığı kəskin qoxuya malik olmasıdır.
50+ qırışlara qarşı krem
Sothys La Creme Premium Youth
Fransanın “Sothys” brendinin mükəmməl anti-age kremidir. Aktiv komponentləri peptidlər, qırmızı yosun ekstraktı və şaftalı yarpaqlarıdır. Krem kollagen və elastin sintezini stimulə edir, dərini intensiv şəkildə nəmləndirir və qidalandırır. Üz relyefini hamarlayır, mimik qırışları və burun-dodaq büküşlərini açır.
Üstünlükləri:
- Zəngin formulu vardır;
- Dəriyə intensiv qulluq vasitəsidir;
- Cavanlaşdırıcı effektə malikdir;
- Üz ptozu (sallanması) ilə mübarizə aparır;
- Dərinin rəngini yaxşılaşdırır.
Qiyməti 180-190 AZN arasındadır.
Biotherm Blue Therapy Red Algae Uplift
Fransanın “Biotherm” brendinin qırışlara qarşı kremdir. Məhsul istənilən dəri tipinə uyğun olub, gel teksturalıdır. Liftinq effektli və tonuslandırıcı təsirlidir. Tərkibindəki qırmızı yosun ekstraktı və kofein dərini qidalandırır, hamarlayır, dartır. Üzdəki şişkinliyi yox edir. Dərin qırışlarla aktiv formada mübarizə aparır, dəriyə təbii parlaqlıq bəxş edir.
Üstünlükləri:
- İntensiv qidalandırıcı xassəlidir;
- Yüngül konsistensiyası vardır;
- Hər dəri tipinə uyğun universal tərkibə malikdir;
- Dərini dartır;
- Quruluq hissini aradan götürür.
Qiyməti 60-70 AZN-dir.
60+ qırışlara qarşı krem
Norel Dr Wilsz Anti-wrinkle Cream with growth factors
Polşanın“Norel DR Wilsz” brendinə məxsus olan qırışlara qarşı krem dərin qırışları hamarlayır. Onun tərkibinə peptidlər, plasenta, astaksantin daxildir. Məhsul kollagen sintezini stimullaşdırır, dərinin tonusunu artırır. Dermaya elastiklik verir, intensiv şəkildə nəmləndirir və qidalandırır. Piqment ləkələrini azaldır, üzün relyefini korreksiya edir. Krem hər bir dəri tipinə uyğundur.
Üstünlükləri:
- Tərkibi zəngindir;
- Qırışları açır, dərini dartır;
- Üz konturlarını və tonunu korreksiya edir;
- Şişkinliyi geridə qoyur.
Qiyməti 140-145 AZN təşkil edir.
Yeganə çatışmazlığı kremin həcminin azlığıdır. Məhsul 15 ml olduğundan qısa zaman ərzində bitir.
Xülasə
Məqalədə Sizi qırışlara qarşı ən yaxşı krem kateqoriyasına daxil olan vasitələrlə tanış etdik. Məlumatlardan yararlanacığınıza ümid edirik.