PRP terapiya

29 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 12386
PRP terapiya foto 1
4.5/5 - (32 səs)

PRP terapiya – insanın özündən alınan qanın işlənilərək, yenidən bədənə inyeksiya edilməsidir. Bu prosedur saç tökülməsinin müalicəsi və dərinin cavanlaşması məqsədi daşıyır.

PRP terapiya nədir?

PRP terapiya trombositlə zəngin plazmanın baş və ya üz dərisinə yeridilməsindən ibarətdir. Plazmanın tərkibində hüceyrələrin böyüməsini dəstəkləyən zülallar da mövcuddur. İnsanın öz təbii ehtiyatlarından istifadə olunması bu prosedurun özəlliklərindəndir.

Autoplazma inyeksiyaları dəri örtüyünün cavanlaşmasına səbəb olur: toxumalar aktiv şəkildə regenerasiya olunur, elastin və kollagen sintezi artır. Nəticədə dəri qidalanır, hamarlanır və canlanır.

PRP-terapiyanın nəticələri

  • Dəri örtüyünün vəziyyəti yaxşılaşır;
  • Onun tonusu, elastikliyi və yığılma qabiliyyəti artır;
  • Xırda mimik qırışlar, dərin büküşlər aradan qalxır;
  • Dərinin rəngi düzəlir, mikrorelyefi hamarlaşır;
  • Gözaltı kölgələr və torbacıqlar itir;
  • Postakne ləkələr ağarır, çapıqlar sorulur;
  • Piqment ləkələri neytrallaşır.

Prosedur nəticəsi 1,5-2 il ərzində qalır.

PRP terapiya foto 2

PRP terapiya necə aparılır?

İnyeksiyalar bu sahədə təhsil almış həkim-kosmetoloq tərəfindən yerinə yetirilir.

  • İlk öncə pasiyentdən qan götürülür. Alınan qanın həcmi plazmanın hansı nahiyəyə yeridilməsindən asılıdır. Məsələn, saç tökülməsində baş dərisinə inyeksiya üçün 20 ml qan tələb olunur.
  • Qan nümunəsi sentrifuqa cihazına yerləşdirilir. Burada plazma və trombositlər qanın digər komponentlərindən ayrılır. Prosedur 15 dəqiqə çəkir.
  • Plazma problemli zonalara inyeksiya edilir.

Qanın alınmasından prosedurun tamamlanmasına qədər orta hesabla 30 dəqiqə keçir.

PRP terapiya hansı sahədə istifadə olunur?

  • Saç tökülməsi: saçların uzanmasını stimulə etmək və saç tökülməsinin qarşısını almaq üçün baş dərisinə PRP inyeksiyaları edilir. Təcrübələrə əsasən PRP inyeksiyaları androgen (hormonal) keçəllikdə də effektivdir. Xüsusilə kişilərdə müşahidə olunan genetik saç tökülmələrində mükəmməl nəticələr əldə olunmuşdur. PRP saç mezoterapiyası ilə kombinasiya şəklində tətbiq oluna bilər.
  • Dərini cavanlaşdırma: yaşın artması, eləcə də xarici mühit faktorlarının təsirindən dəridə meydana çıxan problemləri yox etmək üçün inyeksiyalara ehtiyac yaranır. Onun köməyilə dəri qırışları azalır, elastiklik artır. Üz və baş dərisi ilə bərabər, boyun, dekolte zonası, əllərə də tətbiq edilir.

PRP terapiya foto

Prp terapiyanın mənfi təsirləri varmı?

Adətən pasiyentlərin əksəriyyəti prosedurdan sonra gündəlik həyatına qayıdır. Bəzi hallarda infeksiyalaşma, toxuma və sinir zədələnməsi, ağrı müşahidə edilir.

PRP terapiya qiyməti

Bu kosmetoloji xidmətin 1 seansının qiyməti 40-60 AZN arasında dəyişir.

PRP terapiya neçə seansda tamamlanır?

Müalicə proqramı fərdi xarakter daşıyır. Bu, pasiyentin xüsusiyyətlərindən asılıdır. Adətən seanslar 2 həftə intervalla yerinə yetirilir. Ümumən 3-8 seans planlaşdırılır. Nəticə ilk prosedurdan bilinir. 2-3 həftədən sonra effekt daha da artır. Sevindirici hal ondan ibarətdir ki, PRP terapiya insanın öz qanı ilə aparıldığından allergik reaksiya baş vermir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (32 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir