Microneedling nədir?

02 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 5253
Microneedling qiyməti
3.3/5 - (3 səs)

Kosmetologiyada tez-tez aparılan prosedurlardan biri microneedling sayılır. Bəs gəlin görək microneedling nədir? Bu üsul dərinin regenerasiyasına, hüceyrələrin yenilənməsinə və onların potensialının aktivləşməsinə səbəb olur. 

Microneedling nədir və hansı effektlərə malikdir? 

  • atrofik çapıqların (sızanaq və suçiçəyi izləri) aradan qaldırılması;
  • dəri teksturunun və rənginin bərabərləşməsi; 
  • yaşla bağlı dəyişiklikləri azaldır; 
  • dərinin keyfiyyətini yaxşılaşdırır. 

Microneedling nədir?

Microneedling nədir və onun aparılma qaydası 

Prosedur bir neçə mərhələdən ibarətdir? 

  • dəri təmizlənilir;
  • xüsusi tərkibdə vasitə (piqment ləkə, iltihab, çapıq və s. əleyhinə) çəkilir;
  • dəri Dermapen və ya mezorollerlə masaj edilir;
  • sonda dəri yenidən təmizlənilir. 

Prosedur zamanı xırda iynələr dərinin üst qatlarını deşərək, kiçik dəliklər əmələ gətirir. Aktiv maddələr məhz bu dəliklərdən nüfuz edir. 

Həkim-kosmetoloqların məlumatlarına əsasən, prosedur ağrılı deyil, mikrotravmalar isə qısa zaman ərzində sağalır. Bu üsul bütün növ dəri tiplərinə uyğundur.  

Microneedling proseduru

Microneedling prosedurunun üstünlükləri nədir? 

  • birdəfəlik istifadə üçün nəzərdə tutulan iynələr;
  • təhlüləsizlik və sterillik;
  • cüzi ağrı hissi;
  • faydalı maddələrin birbaşa dermaya çatması;
  • minimal bərpa dövrü; 
  • lazerlə cilalanma, dərin dermabraziya və pilinqə alternativliyi.  

Microneedling effekti

Microneedling prosedurunun göstərişləri nədir? 

  • dəri sallanması;
  • qırışlar;
  • dərinin quruluğu;
  • geniş məsamələr;
  • çapıqlar və dəri çatları (striyalar);
  • sellülit.  

Mikronidlingin əks-göstərişləri nədir?  

  • hamiləlik və ya südvermə dövrü;
  • infeksion və dəri xəstəlikləri; 
  • laxtalanmanın pozulması;
  • üzdə çoxsaylı xalların olması; 
  • iltihablaşmış sızanaqlar.  

Microneedling nədir və onun haqqında bilməli olduqlarınız

Bu prosedur ev şəraitində edilə bilməz, çünki sterillik, təcrübə və dəqiqlik tələb edir. Evdə mezorollerlə apardıqda dərinin infeksiyalaşma riski mövcud olur. Bu yolla da müəyyən fəsadlara yol açılır. 

Microneedling qiyməti? 

Prosedurun qiyməti 60-80 AZN arasında dəyişir. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.3/5 - (3 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir