Dermatoloq kosmetoloq
Dermatoloq kosmetoloq – dermatoloji xəstələri müalicə edir, dəri törəmələrinin aradan qaldırılması və terapevtik kosmetologiya ilə məşğul olur.
Kosmetoloq isə dəri, saç və dırnaq problemlərini həll edir. Kosmetologiya – insan orqanizminin estetik problemləri haqqında elm olub, onların yaranma səbəblərini və korreksiya üsullarını öyrənir. Hazırda kosmetologiya aktiv inkişaf edən sahələrdən sayılır.
Dermatoloq kosmetoloq və terapevtik kosmetologiya
Kosmetologiyanın əsas şaxəsi terapevtik kosmetologiyadır. Bura aşağıdakı üsullar daxildir:
- xaricə istifadə üçün kosmetik vasitələrin tətbiqi;
- masaj;
- inyeksiyalar (biorevitalizasiya, mezoterapiya, botulinoterapiya, kontur plastika, mezosaplar);
- fizioterapevtik (aparat) üsulları (lazer terapiyası, fototerapiya, pressoterapiya, ultrasəs, aşağıtezlikli elektrik cərəyanı və estetik problemlərin həllinə yönəldilmiş digər metodlar).
Dermatoloq kosmetoloq harada işləyir?
Bu mütəxəssis ali tibb təhsilli olduğundan klinikada fəaliyyət göstərir. Çünki estetik və dermatoloji problemləri aradan qaldıran bütün manipulyasiyalar lisenziyalı məkanda və sertifikatlı aparatlarla aparılmalıdır.
Savadlı dermatoloq kosmetoloqu necə seçməli?
Estetik problemlə bağlı qəbula yazılmazdan əvvəl mütəxəssisin təhsilinə və onun barəsindəki rəylərə diqqət yetirmək lazımdır. Belə ki, qeyri-peşəkar müalicə xoşagəlməz hallara gətirib çıxara bilər. Bu tip neqativ hallarla qarşılaşmamaq üçün sağlamlığınızı savadlı mütəxəssislərə həvalə edin.