Dermapen nədir?

03 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 5283
Dermapen nədir?
4.7/5 - (3 səs)

Aparat kosmetologiyasında Dermapen geniş istifadə olunur. Gəlin görək Dermapen nədir? Dermapen Cənubi Koreyanın “Dr.pen” kompaniyasının patentləşdirilmiş brendi olub, innovasion cavanlaşdırıcı aparatdır.  

Dermapen nədir və onun hansı təsirləri vardır? 

Aparatın təsir prinsipi dərinin həm xaricdən, həm də daxildən yenilənməsinə əsaslanır. Onun iynəli bağlığı sayəsində toxumalar təbii regenerasiya olunur.  

İynələr 0,25-2,00 mm dərinliyə daxil olur. Bu ölçü pasiyentin dəri tipindən və işlənilən seqmentdən asılı olub, həkim-kosmetoloq tərəfindən tənzimlənir.  

Aparat üz, qarın, bud, sağrı, əl və başın tüklü hissəsi üçün nəzərdə tutulmuşdur. İynələrin açdığı dəliklərlə xüsusi vitaminləşdirilmiş kokteyl epidermisə daxil olub, dərialtı hüceyrələri daxildən qidalandırır.  

Dermapen proseduru

Dermapen aparatının üstünlüyü nədir?  

  • Prosedurun yüksək effektivliyi;
  • Nəticənin uzunmüddətli olması;
  • Ağrının yaranmaması;
  • Efffektin ilk seansdan bilinməsi;  
  • Sağalma dövrünün qısa sürməsi;
  • Yan təsirlərin olmaması. 

Dermapen nədir və hansı hallarda göstərişdir?

  • Qırışlar;
  • Piqment ləkələri;
  • Çapıqlar;
  • Sellülit;
  • Dəri sallanması;
  • Üzdə geniş məsamələr;
  • Həddindən artıq yağlı dəri;
  • Sızanaqlar və onların izləri; 
  • Dəri çatları (striyalar);
  • Saç tökülməsi.

Dermapen aparatı ilə prosedur necə aparılır? 

Prosedur aşağıdakı mərhələlərdən ibarətdir:  

  • iynə uzunluğunun və dəlik açma sürətinin seçilməsi;
  • dərinin təmizlənməsi;
  • keyidici krem çəkilməsi;
  • xüsusi vitamin kokteylinin dəriyə sürtülməsi;
  • aparatın masaj xətləri üzrə işlədilməsi;  
  • prosedurdan sonra dəriyə sakitləşdirici maska çəkilməsi.  

Dermapen nədir?

Dermapen aparatının təsirləri nədir? 

  • Üz ovalı dartılır;
  • Dərinin strukturu yaxşılaşır; 
  • Qırışlar azalır;
  • Dərinin elastikliyi artır;
  • Çapıqlar hamarlanır;  
  • Piqment ləkələri ağarır;
  • Saçlar möhkəmlənir.  

Bu prosedur, yəni fraksion mezoterapiya dəri örtüklərinin kosmetik defektləri ilə mübarizə aparan effektiv üsullardan biridir. Onun məşhurluğu müştərilərin müsbət rəylərinə, eləcə də elmi cəhətdən təsdiqlənmiş təhlükəsizliyinə əsaslanır. 

Fraksion mezoterapiya insan sağlamlığına heç bir ziyan vurmadan dərinin gözəlliyini geri qaytarır.  

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.7/5 - (3 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir