Apriline filler

02 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 1937
Apriline filler növləri
5/5 - (2 səs)

Apriline filler — İsveçrənin “Suisselle” laboratoriyasında unikal A.P.R.I. texnologiyası ilə istehsal olunan kosmetoloji vasitədir. APRILINE® cizgisinə yeni nəsil hialuron fillerlər və biorevitalizantlar daxildir. Onların köməyilə müxtəlif növ qırışlar hamarlanır, dəri örtükləri cavanlaşır. 

Apriline filler və A.P.R.I.texnologiyası

Apriline məhsullarının unikallığı yüksək təhlükəsizlik və təmizliklə bağlıdır. Bu isə hialuron turşusunun innovasion üsulla, yəni A.P.R.I. texnologiyası ilə stabilizasiyası hesabına əldə olunur. Nəticədə filler toxumalarda bərabər yayılır, qırışlar təbii formada dolur.  

Apriline filler nədir?

Apriline filler və onun təsir prinsipi  

Gel derma daxilinə yeridildikdə qırışlar hamarlanır. Yeni kollagen və elastin sintezi ilə əlaqədar dəri örtüyünün təbii cavanlaşma prosesi işə düşür. A.P.R.I. texnologiyası sayəsində hialuron turşusunun fermentativ parçalanmasının qarşısı alınır. Bu, prosedurun nəticəsinin uzunmüddətli olmasını təmin edir.  

Apriline brendinin məhsulları monofazalı gel olub, kontur plastika və biorevitalizasiyada geniş istifadə edilir.  

Apriline cizgisinin növləri

Bu brendə bir-birindən hialuron turşusunun konsentrasiyası və tətbiq sahəsi ilə fərqlənən 3 preparat daxildir.

Apriline normal filler

500 000 mPa sıxlıqlı və 23 mq/ml konsentrasiyalı hialuron turşusundan ibarət kosmetoloji vasitədir. Preparat səthi yeridilmə üçün nəzərdə tutulmuşdur. Gel dəri örtüklərinin turqor və elastikliyini yaxşılaşdırır. Gözətrafı zonada, alın nahiyəsi və burun-dodaq üçbucağında mimik qırışları aradan qaldırır. Dodaqların kontur və həcmini korreksiya edir. Nəticə 6-10 ay qalır. 

Apriline filler təsiri

Apriline forte filler

Sıx konsistensiyalı (1000000 mPa) və 23 mq/ml hialuron turşusundan hazırlanır. Filler dərinin orta və dərin qatlarına yeridilir. Nəticədə dərin qırışlar və dəri büküşləri dolur, üz ovalı yaxşılaşır, dodaqlar böyüyür, yanaq və çənə hissənin həcmi bərpa olunur. Mütəxəssislər preparatın liftinq effektini Surgiderm 30xpPrincess fillerin təsirinə bənzədirlər. Həkim-kosmetoloqların və pasiyentlərin rəylərinə əsasən, Apriline forte ilə prosedurun nəticəsi 1 il müddətində saxlanılır.  

Apriline hydro

18 mq/ml konsentrasiyalı hialuron turşusundan ibarət biorevitalizantdır. Onun köməyilə üz, boyun, dekolte zonası və əllərin dərisi cavanlaşır. Preparat qırışları yox edir, dərinin rəng və elastikliyini yaxşılaşdırır. Eləcə də dəri örtüklərinin erkən qocalmasının qarşısını alır. Biorevitalizant dərinin səthi qatlarına yeridilir, onun effekti 6-9 ay qalır.  

Apriline filler

Apriline fillerin üstünlüyü

  • təhlükəsizlik (hialuron gelin tərkibinə əlavə komponentlər qatılmır, bu səbəbdən preparat allergik reaksiyalar törətmir);
  • yüksək plastiklik (gelin optimal özlülüyü onun dermada bərabər paylanmasını təmin edir və yan təsirlərin yaranma ehtimalını minimuma endirir);  
  • uzunmüddətli nəticə.

Bəzi pasiyentlərdə inyeksiya yerində yüngül formalı ödem və şişkinlik formalaşa bilər. Bu, orqanizmin normal reaksiyası olub, müalicə tələb etmir. Əlamətlər 3-5 gün ərzində öz-özünə keçib gedir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir