Princess filler
Princess filler – istənilən yaş kateqoriyasına və dəri tipinə uyğun gələn, orta sıxlıqlı inyeksion fillerdir. Preparat Avstriya istehsalçısı olan Croma kompaniyası tərəfindən hazırlanılır. Üz və dodaqların kontur plastikasında istifadə olunur.
Fillerin həcmi 1 ml-dir. Tərkibində stabilləşdirilmiş 23 mq/ml konsentrasiyalı hialuron turşusu vardır. Onun S.M.A.R.T. sintezində xammal məqsədilə qeyri-heyvani mənşəli hialuron turşusu istifadə olunur.
Princess filler nə üçündür?
- Orta dərinlikli qırışların korreksiyası:
- ağızətrafı və qaşarası qırışlar
- «qaz ayağı»
- burun-dodaq büküşləri
- alnın köndələn qırışları
- yanaq qırışları
- burun-göz yaşı şırımı
- mimik qırışlar
- Dodaqların kontur və həcminin korreksiyası (dodaq dolğusu məqsədilə);
- Müxtəlif etiologiyalı atrofik və hipotrofik çapıqların aradan qaldırılması;
- Boyun və əl dərisinin cavanlaşdırılması.
Princess filler haqqında
Təkfazalı hialuron turşusu preparatları qrupuna daxildir. İstehsal ərəfəsində çoxmərhələli filtrləmə və keyfiyyət kontrolundan keçir. Filtrləmə prosesində qalıq zülallar, endotoksinlər və oksigen tamamən kənarlaşdırılır.
Qablaşmada 2 ədəd iynə olur. İnyeksiya subdermal (dərialtı) və dermanın orta qatlarına yeridilir. Prosedurun effekti 8-12 ay saxlanılır.
Baş verə biləcək əlavə təsirlər
İnyeksiyadan 7 gün sonra üzdə qızartı, bir qədər şişkinlik, kiçik qansızmalar yarana bilər. Prosedur sonrası ilk günlərdə üz dərisinə əllə toxunduqda ağrı hissiyatı yaranır. Bu səbəbdən həkim kosmetoloqlar kosmetik vasitələrdən, üz masajından, yüksək və aşağı temperaturun təsirindən çəkinməyi tövsiyə edirlər.
Princess fillerin kompleks tətbiqi
Kompleks şəkildə cavanlaşmaq üçün Princess Rich ilə biorevitalizasiya kursundan sonra Princess filler ilə kontur plastikası dəri relyefini tamamən hamarlaşdırmağa imkan verir. Bu kifayət etmədikdə Princess Volume preparatı hesabına həcmi artırmaq mümkündür.
Uğursuz prosedurdan sonra filleri necə çıxartmaq olar?
Filler tam şəkildə biodeqradasiya edir, yəni təbii yolla sorulur. Buna adətən 4-8 ay tələb olunur. Gel uğursuz yeridildikdə əzələdaxilinə hialurinadaza vurmaqla onun sorulmasını sürətləndirmək olar.
Prosedurdan sonra nələrə riayət edilməlidir?
İnyeksiyadan sonra 1 həftə ərzində aşağıdakılar qadağandır:
- gecə saatlarında çoxlu su içmək;
- günəş altında qalmaq;
- fitnes zal, solyari, sauna və basseynə getmək;
- dəriyə mexaniki təsir göstərmək;
- dekorativ kosmetikadan istifadə etmək.
Princess filler qiyməti
Gelin qiyməti 120 AZN-dir. Qiymətə 1ml-lik preparat daxildir. Kosmetoloqdan, dərmanın dozasından, qırışların dərinliyindən, seçdiyiniz gözəllik və ya tibb mərkəzindən asılı olaraq qiymət dəyişə bilər.