Üz dartma maskaları

10 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 7257
Üz dartma maskaları foto
5/5 - (1 səs)

Əksər qadınlar dəriyə düzgün qulluq etməyi bacarmırlar. Halbuki ev şəraitində üz maskaları hazırlamaqla dərinin yaşlanmasını ləngitmək, arzuolunmaq ləkələrdən xilas olmaq mümkündür. Həmçinin üz dartma maskaları müntəzəm tətbiq edildikdə mükəmməl nəticələr verir.

Evdə hazırlanan üz dartma maskaları

Resept №1

Yumurta ağını yaxşıca çalıb, üzərinə 1 xör. qaş. xiyar ləti əlavə edin. 3-5 dəqiqə saxladıqdan sonra 1 çay qaş. zeytun yağı ilə yenidən qarışdırın. Duru maskanı üzünüzə fırça ilə çəkib, quruyana qədər saxlayın. Bu maska quru və qarışıq dəri tipinə uyğundur. Onu həftədə 2 dəfə təkrarlayın.

Resept №2

Üz ovalının konturları itməyə başladıqda, yəni üzdə sallanma hiss etdiyinizdə müalicəvi palçıq və gildən istifadə edin. Komponentləri isti su ilə xamaya bənzər konsistensiya alınana qədər qarışdırın. Maskanı üzünüzdə 30 dəqiqə saxlayıb, sonda ilıq su ilə yuyun. Həftədə 2 dəfə tətbiq etməklə 3 ayın tamamında təsirini görəcəksiniz.

Üz dartma maskaları foto 3

Qırışlara qarşı üz dartma maskaları

Dərinin elastiklik və tonusu qaytarmaqda təzə şüyüd köməyə gəlir. Bu məqsədlə şüyüdü blenderdən keçirib, sıyıq halına salın. Alınan məhsuldan 1 ç.q. götürüb, 1 x.q. yulaf unu və 1 ç.q. bitki yağı ilə qarışdırın. Maskanı dəriyə çəkin və 20 dəqiqə saxlayın. Yuduqdan sonra dərinizə nəmləndirici krem sürtün.

Üz dartma üçün gil və qarğıdalı unundan maska

2 xör.qaş. gillə 1 xör.qaş. qarğıdalı ununu və 1 yumurta ağını qarışdırın. Həmin qaba 2 damcı rozmarin yağı da əlavə edin. Qarışığı üzünüzə çəkib quruyana qədər gözləyin. Vaxt tamam olduqda dərinizi ilıq su ilə yuyun və kremlə nəmləndirin.

Bodyaqa ilə üz dartma maskaları

1 x.q. bodyaqanı 1 ç.q. hidrogen peroksiddə (perekis) həll edin. 5 dəqiqə gözlədikdən sonra üzünüzə çəkin. Bu maskadan həftədə 1 dəfə istifadə edin. Hər dəfə qarışığın üzdə saxlama müddətini 5 dəqiqə artırmaqla, dartılma prosesini sürətləndirəcəksiniz.

Maskanı dəriyə gecə yatmazdan əvvəl çəkmək məqsədəuyğundur. Çünki qan axını sürətətləndiyindən üzünüzdə qızartı yaranacaq. 3 saatdan sonra bu əlamət keçib gedəcək.

Üz dartma maskaları foto 2

Gözətrafı dərinin elastikliyini arıtran üz dartma maskaları

Müalicəvi bitkilərin ekstraktları (çobanyastığı, göyçiçək, kalendula, aloe) göz ətrafındakı qırışları açmağa yardımçı olur. Üzü yumaq üçün suda durulaşdırılmış ekstraktlardan istifadə olunur.

40 yaşdan sonra dərinin elastikliyi yüksəltmək məqsədilə nəm sarğılar tətbiq edilir. Pambığı bitki ekstraktında isladıb, göz ətrafında 15 dəqiqə saxlamaq tövsiyə olunur.

Həmçinin kartof suyu ilə də gözətrafı dərini dartmaq olar. Bu məhsul üzdə ləkələri, şişkinliyi xeyli azaldır. 1 ədəd kartofu sürtkəcdən keçirib, tənziflə sıxın. Pambığı kartof suyuna batırıb, aşağı göz qapaqlarınıza qoyun. 15 dəqiqədən sonra üzünüzü soyuq su ilə təmizləyin.

Dərinin elastik olması üçün dartma maskaları ilə yanaşı, üzü efir yağları (məsələn, küncüt yağı) ilə masaj etmək lazımdır.

Buğda və gillə üz dartma maskaları

1 çay qaş. buğda cücərtisini 1 xör.qaş. üzüm şirəsi və 2 xör.qaş. gillə qarışdırın. Üz və boyun nahiyənizə bərabər miqdarda yaxıb, 20 dəqiqə gözləyin. Bu maska həm də övladını əmizdirən qadınlarda döşlərin əvvəlki elastikliyini geri qaytarmağa kömək edir.

Üz dartma maskaları foto 1

Bal, yulaf, yumurta ağından maska

1 yumurta ağını 1 ç.q. bal və 1 x.q. xırda yulafla qarışdırın. Üzünüzə çəkib, quruyana qədər saxlayın. Bu maska üz dərisini sakitləşdirir və sağlam şəkildə parıldadır. Həssas və allergiyalı dəriyə malik qadınlara tövsiyə edilmir.

Düyüdən hazırlanılan üz dartma maskaları

2 xör.qaş. düyü, 1/2 xör.qaş. yulaf və 2 xör.qaş. qozu üyüdün. Alınmış tozu isti suda kreməbənzər konsistensiya alınana qədər qarışdırın. Üzərinə 1 xör.qaş. əzilmiş banan əlavə edin.

Maskanı dərinizə çəkməzdən əvvəl üzünüzü buxara verin. Qarışığı üzünüzdə 30 dəqiqə saxlayın. Bu maskanı hər gün tətbiq etmək mümkündür.

Xülasə

Sadalanan inqrediyentlərdən hər hansı birinə qarşı allergiyanız varsa, həmin resepti digərləri ilə əvəz edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir