Ev şəraitində üz maskaları
Əlinizin altında, soyuducu və ya buz dolabında olan ərzaqlardan istifadə etməklə, ev şəraitində üz maskaları hazırlaya bilərsiniz. Onların köməyilə dərinizə canlılıq və parlaqlıq bəxş edəcəksiniz. Gün ərzində özünüzə azacıq zaman ayırsanız nəticəyə heyran qalacaqsınız.
Ev şəraitində üz maskaları – resept №1
Qəribə səslənsə də əslində tək məhsuldan effektiv maska hazırlamaq mümkündür.
Dəri tipi: quru
Təsiri: üzün dərisini nəmləndirir, tonuslandırır.
1 ədəd bananı əzib, üzünüzə çəkin. 10-20 dəqiqə gözləyin. Vaxt tamam olduqda ilıq su ilə yuyun. Ancaq dəsmalı üzünüzə tam sürtməyin, sadəcə toxundurub uzaqlaşdırmaqla dərinizi qurudun.
Ev şəraitində üz maskaları – resept №2
İnqrediyentlər
- 1 yetişmiş banan
- 2 x.q. bal
- 2 x.q. qatıq
Bananı püre halına gətirib, bal və qatıqla qarışdırın. Üzünüzə çəkin, 10 dəqiqədən sonra ilıq su ilə təmizləyin.
Üz üçün maskalar – resept №3
Dəri tipi: parıldayan yağlı
Təsiri: dərini qidalandırır, rəngini tənzimləyir.
Tərkibi
- 1 stəkan su
- 1 xör.qaş. alma sirkəsi
Suya alma sirkəsi qatın. Qarışdırdıqdan sonra üzünüzə sürtün. Maska təmiz dəriyə tətbiq edilir.
Ev şəraitində üz maskaları – №4
Südün qidalandırıcı təsiri üzün dərisinə də şamil olunur.
Dəri tipi: bütün dəri tipləri
Təsiri: üzü canlandırır, dərini təzələyir.
İnqrediyentlər
- ¼ stəkan quru süd
- su
Quru südə duru xəmir konsistensiyası əldə olunana qədər su əlavə edib qarışdırın. Daha sonra üzünüzə çəkib quruyana kimi gözləyin. Maskanı ilıq su ilə yuyun.
Ev şəraitində üz maskaları – resept №5
Qatıq hər evdə tapılan məhsuldur. Bu səbəbdən qatıqdan üz maskaları hazırlamaq böyük zəhmət tələb etmir.
Dəri tipi: yağlı, qarışıq.
Təsiri: dərini təmizləyir və yumşaldır.
Kiçik kasaya 1 xör.qaş. qatıq tökün. Nazik təbəqə şəklində üzünüzə çəkin, 20 dəqiqə gözləyin. Sonda soyuq su ilə yuyun.
Ev şəraitində üz maskaları – №6
Dəri tipi: yağlı və qarışıq
Təsiri: Dərini təmizləyir, yağlılığı götürür.
Tərkibi
- 1 xör.qaş. qatıq
- 1 ədəd portağalın şirəsi
Qatığa təzə sıxlımış portağal şirəsi əlavə edin. Maskanı 5 dəqiqə boyunca üzünüzdə saxlayın. Daha sonra yuyun.
Ev şəraitində üz maskaları – resept №7
Dəri tipi: quru, yağlı, qarışıq
Təsiri: dərini nəmləndirir, relyefi hamarlaşdırır.
İnqrediyentlər
- ¼ stəkan zeytun və ya badam yağı
- 1 ədəd limon
Zeytun və ya badam yağının üzərinə limon sıxın. Qarışdırıb, üzünüzə çəkin. 10 dəqiqədən sonra silin. Yağlı dəri üçün yağ əvəzinə, su və limonu qarışdırıb, dərinizə sürtün.
Ev şəraitində üz maskaları – resept №8
Dəri tipi: quru, qarışıq
Təsiri: dərini qidalandırır və nəmləndirir.
İnqrediyentlər
- 1 ədəd avokadonun içi
- 1 ədəd yumurtanın ağı
- 1 x.q. limon suyu
Avokadonun içini çıxarıb, püre halına gətirin. Yumurta və limonla qarışdırıb, nazik qat şəklində üzünüzə çəkin. 30 dəqiqədən sonra soyuq su ilə yuyun.
Ev şəraitində üz maskaları – resept №9
Dəri tipi: quru və qarışıq
Təsiri: dəri səthini balanslaşdırır, nəmləndirir.
İnqrediyentlər
- ½ banan
- 2 x.q. bal
- ½ x.q. zəncəfil tozu
Bananı əzib, üzərinə digər məhsulları tökün. Qarışığı nazik layla üzünüzə çəkin. 30 dəqiqədən sonra soyuq su ilə dərinizi təmizləyin.
Ev şəraitində üz maskaları – resept №10
Dəri tipi: istənilən
Təsiri: üz dərisini nəmləndirir, qidalandırır, rahatladır, relyefi hamarlaşdırır.
Tərkibi
- ½ xiyar
- 1 ç.q. bal
Komponentləri qarışdırıb, nazik qat şəklində üzünüzə çəkin. 20 dəqiqə gözləyin və sonra dərinizi soyuq su ilə yuyun.
Xülasə
Maska reseptlərində qeyd olunan məhsullardan birinə qarşı allergiyanız varsa, o maskadan imtina edib, digərini hazırlayın.
❤️
Üzumu cavanlaşdırmaq isteyirem