Təravətləndirici üz maskaları

23 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 2210
Təravətləndirici üz maskaları foto
5/5 - (1 səs)

Dərinin yorğun görünüşünü, piqment ləkələrini ev şəraitində üz maskaları ilə kənarlaşdıra bilərsiniz. Dəriyə canlılıq, gümrahlıq, parlaqlıq bəxş edən təravətləndirici üz maskaları reseptlərini Sizə təqdim edirik.

Təravətləndirici üz maskaları barədə

  • evdə hazırlanan maska və ya kremlərin tərkibində qatqı maddəsi olmadığından hazırlanan kimi istifadə edilməlidir. Soyuducuda saxlamaq məsləhət görülmür;
  • maskaları gözətrafı nahiyəyə çəkmək olmaz;
  • məhsullar təzə və təmiz olmalıdır;
  • maskanı ilk dəfə tətbiq edirsinizsə, dərinin həssaslığını yoxlamaq üçün onu biləyinizin içinə azca sürtün. 5-10 dəqiqə gözləyin. Əgər göynəmə, qızartı, yanma, qaşınma olmazsa rahatlıqla üzünüzə çəkin.

Yağlı dəri üçün təravətləndirici üz maskaları

Aspirin maskası dərinin yağlılığını tənzimləyir, akne və onların izlərini kənarlaşdırır. Bal isə antiseptik, antioksidant və iltihabəleyhinə təsirlərə malikdir.

Maskanın tərkibi

  • 4 ədəd aspirin
  • 1 x.q. bal

Aspirinləri əzərək, içinə balı əlavə edin və qarışdırın. 20 dəqiqə gözləyib, soyuq su ilə yuduqdan sonra nəmləndirici krem çəkin.

Diqqət: dəriniz çox həssasdırsa qızartı yarana bilər. Belə olduğu halda aspirin maskasını yenidən tətbiq etməyin.

Təravətləndirici üz maskaları foto 1

Yaşlı dəri üçün təravətləndirici üz maskaları

Bal, süd, banan qarışığı qırışları azaldır, qıcıqlanmış dərini sakitləşdirir, dəri hüceyrələrini yeniləyir və təbii parlaqlıq verir. Bundan əlavə dərinin pH səviyyəsini balanslaşdıraraq hamar bir görünüş bəxş edir. Dəri məsamələrinin böyüklüyündən şikayət edənlər bu maska ilə məsamələri sıxlaşdıra bilərlər.

İnqrediyentlər

  • 1 ədəd orta ölçüdə banan
  • 1 x.q. süd
  • ½ x.q. bal

Bananı əzib, bal və südlə qarışdırın. Üzünüzə sürtdükdən sonra 15 dəqiqə müddətində qurumasını gözləyin. Sonda ilıq su ilə təmizləyin. Dərinizi nəmləndirmək, məsamələri təmizləmək və təravətləndirmək üçün hər həftə istifadə edə bilərsiniz.

Dəriyə tonus verən təravətləndirici üz maskaları

Kimyəvi vasitələr uzun müddət istifadə olunduqda üz dərisini zədələyir. Müəyyən yaşdan sonra hazır maskaların mənfi təsirləri faydasından çox olur. Buna görə də maskaları evdə təbii şəkildə hazırlayıb, dərinizi təravətləndirməyiniz məsləhətdir.

Maskanın tərkibi 

  • 1 şüşə qazsız mineral su
  • 1 x.q. limon suyu (şirəsi)

Limon suyunu mineral su ilə qarışdırıb, buz üçün xüsusi qablara tökün. Dondurucuya qoyun. Hər səhər dərinizi bu buzlarla silin.

Təravətləndirici üz maskaları foto 2

Quru dəri üçün təravətləndirici üz maskaları

İnqrediyentlər

  • 1 yumurta sarısı
  • 2 ç.q. zeytun yağı
  • 2 x.q. süd

Yumurta sarısına zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Sonra üzərinə süd tökün. Bu maskanı istifadə etməzdən əvvəl dərinizi təmizləyin. Barmaqlarınızla aşağıdan yuxarıya doğru üzünüzə çəkin. 15 dəqiqə gözləyib yaxalayın. Qarışığı öncə ilıq, sonra soyuq su ilə yuyun. 15 gündən bir maskanı təkrarlayın.

Bərpaedici və təravətləndirici üz maskaları

Bu maska dəri strukturunu bərpa edir, parıldadır, sağlamlaşdırır. Üz rəngini eyni tonda edir.

Tərkibi

  • 1 ədəd limon
  • 3 x.q. bal
  • 15 qram qliserin

Limonun suyunu sıxın, həmin qaba bal əlavə edib qarışdırın. Ardınca qliserini qatın. Maskanı dəriyə sürtdükdən sonra 15 dəqiqə gözləyib, ilıq su ilə yuyun. Həssas dəriyə sahib olanlar isə qarışığı üzdə 5-6 dəqiqədən artıq saxlamamalıdır. Maska həftədə 2 dəfə tətbiq olunur.

Təravətləndirici üz maskaları foto 3

Ballı təravətləndirici üz maskaları

Bu maska istənilən dəri tipinə, xüsusən də quru dəriyə uyğundur.

İnqrediyentlər   

  • 1 x.q. ayran
  • 1 x.q. bal
  • 1 x.q. yumurta sarısı

Bütün komponentləri yaxşıca qarışdırıb üzünüzə çəkin. Gözətrafı nahiyəyə toxunmayın. Maskanı 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Xülasə

Təravətləndirici üz maskaları üçün istifadə olunan məhsullardan hər hansına fərdi allergiyanız varsa, həmin reseptdən imtina edin. Həmçinin çox həssas dərili şəxslərə limonlu maskalar məsləhət görülmür.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir