Quru dəri üçün üz maskaları

12 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 9897
Quru dəri üçün üz maskaları foto
3.7/5 - (12 səs)

Quru dəri adətən qırışlara və qocalmaya meylli olur. Dəriyə qulluq, erkən yaşlanmanın qarşısını almaq, nəm balansını bərpa etmək məqsədilə mütəmadi şəkildə quru dəri üçün üz maskaları tətbiq edilməlidir.

Tez-tez quruyan dəri üçün effektiv üz maskaları

  • 1 ədəd kök;
  • 1/2 ədəd yetişmiş avokado;
  • 1 c.q. bal;
  • 1 ç.q. zeytun yağı;
  • 1 ədəd yumurta sarısı.

Kökü yumşalana qədər bişirin. Sonra onu avokado ilə birgə yaxşıca əzib, üzərinə bal, zeytun yağı və yumurta sarısı əlavə edin. Məhsulları həmcins kütlə alınana qədər qarışdırın. Təmizlənmiş üz dərisinə sürtün. 15 dəqiqədən sonra yuyun.

Quru dəri üçün üz maskaları foto 3

Quru dəri üçün bananlı üz maskaları

  • 1/2 ədəd yetişmiş banan;
  • 1/2 stəkan yulaf;
  • 1 x.q. bal.

Bütün inqrediyentləri qarışdırın. Həmin qaba azacıq ilıq su əlavə edib, krem qatılığına gətirin. Qarışığı üzdə 10-15 dəqiqə saxladıqdan sonra su ilə təmizləyin.

Qurumuş dəriyə qarşı ballı üz maskaları

  • 2 ç.q. bal;
  • 2 ç.q. zeytun yağı;
  • 1 ədəd yumurtanın ağı.

Komponentləri bir kasada qatı konsistensiyalı maska əldə edənə qədər qarışdırın. Təmiz üz dərisinə sürtün. 15 dəqiqədən sonra yuyun.

Quru dəri üçün avokadolu üz maskaları

  • 1/2 ədəd yetişmiş avokado;
  • 1/4 stəkan bal.

Avokadonu əzdikdən sonra balla qarışdırın. Maskanı üzünüzdə 10 dəqiqə müddətində saxlayın.

Quru dəri üçün xiyarlı üz maskaları

  • 1 ədəd xiyar;
  • 2 x.q. aloe şirəsi və ya ləti.

Xiyarı soyub, blenderdə xırdalayın. Üzərinə aloe şirəsi əlavə edib, qatılaşana qədər blenderdə qarışdırın. Üzünüzə çəkib, 30 dəqiqədən sonra soyuq su ilə təmizləyin.

Quru dəri üçün üz maskaları foto 2

Quru dəri üçün qatıqlı maska

  • 1 x.q. bal;
  • 2 ədəd yetişmiş banan;
  • 1/2 stəkan qatıq.

Bütün inqrediyentləri blenderdə yaxşıca əzin. Qarışığı üzünüzə maskanı sürtüb, 20 dəqiqə gözləyin. Ümumiyyətlə, qatıqdan üz maskaları dərini nəmləndirir və təravətləndirir.

Quru dəriyə görə badamlı üz maskaları

  • 3-4 ədəd badam;
  • 1/2 stəkan süd.

Badamları yumşalana qədər süddə saxlayın. Sonra qabıqlarını soyub əzin. Badam tozunu südə qatıb qarışdırın. Qatı maskanı üzünüzə çəkib, 10 dəqiqə gözləyin.

Quru dəri tipi üçün kokos yağından üz maskaları

  • 2 x.q. aloe şirəsi (geli, ləti);
  • 1/2 ədəd yetişmiş avokado;
  • 1 ç.q. bal;
  • 2 ç.q. kokos yağı.

Avokadonu əzib, bal, kokos yağı və aloe şirəsi ilə qarışdırın. Maskanı üzünüzdə 10 dəqiqə saxladıqdan sonra yuyun.

Quru dəri üçün üz maskaları foto 1

Quru dərilər üçün çiyələkli üz maskaları

  • 1 x.q. kərə yağı;
  • 1 ədəd çiyələk;
  • 1 ədəd xiyar dilimi.

Kərə yağı, çiyələk və xiyarı bir kasaya qoyub, qarışdırın. Həmin kütləni üzünüzə çəkin. 15 dəqiqə keçdikdə isidilmiş nəm dəsmalla maskanı təmizləyin.

Quru dəri üçün südlü maskalar

  • 1 ç.q. süd tozu (quru süd);
  • 3 ç.q. bal;
  • 1 ç.q. aloe şirəsi (geli, ləti);
  • 4-5 damcı badam yağı.

Bütün inqrediyentləri qarışdırıb, üz dərisinə yaxın. 15 dəqiqə başa çatdıqda yuyun.

Quru dəri üçün kakaolu üz maskaları

  • 2 ç.q. türk qəhvəsi;
  • 2 ç.q. kakao;
  • 3 x.q. süd;
  • 1 x.q. bal.

Məhsulları yaxşıca qarışdırıb, üzünüzə çəkin. 30 dəqiqə gözləyib yuyun.

Quru dəri üçün ballı, unlu maska

  • 2 x.q. un;
  • 1 ç.q. sarıkök;
  • 1 ç.q. bal;
  • 3 x.q. süd.

Bütün komponentləri qarışdırıb, nazik qat şəklində üzünüzə yaxın. Maska quruduqda dərinizi ilıq su ilə yuyun. Sarıköklə üz maskalarının nəmləndirmə ilə yanaşı, həm də cavanlaşdırıcı təsirləri mövcuddur.

Xülasə

Quru dəriyə qulluq maskaları həftədə 2-3 dəfə istifadə edilir. Sadalanan maskaları hazırladıqda inqrediyentlərin təzə olmasına diqqət yetirin. Maska reseptində olmayan məhsulu özünüzdən qarışığa əlavə etməyin. Hər dəfə yeni maska hazırlayıb tətbiq edin, köhnəni əsla soyuducuda saxlamayın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.7/5 - (12 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir