Qara nöqtələr üçün üz maskaları

18 Dekabr 2019 Kateqoriya: Üz maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 18864
Qara nöqtələr üçün üz maskaları foto
3.7/5 - (52 səs)

Qara nöqtələr, yəni komedonlar üz nahiyəsində əsasən burun, çənə və alın hissədə əmələ gəlir. Qara nöqtələr üçün üz maskaları dərini effektiv şəkildə təmizləyir.

Qara nöqtələri təmizləməyin ilk addımı – buxar vannası

Buxar vannası dəri məsamələrini açmağa kömək edir. Qara nöqtələr üçün maska tətbiq etməzdən əvvəl 10 dəqiqəlik buxar vannası zəruridir. Bu məqsədlə 1 litr qaynar suya 1 xör.qaş. qurudulmuş çobanyastığı, lavanda, adaçayı, yaşıl çay atıb, 5 dəqiqə dəmləyin. Ardınca həmin qaba doğru əyilin və başınıza qabı örtəcək şəkildə dəsmal sərib gözlərinizi bağlayın. 10 dəqiqə bitdikdən sonra dəsmalla üzünüzü qurulayın.

Qara nöqtələr üçün möcüzəvi üz maskaları – resept №1

İnqrediyentlər

  • 1 xör.qaş. soda və ya duz
  • ½ ədəd limon şirəsi (suyu)

Soda və ya duzu limon suyuna qatıb, qarışdırın. Qara nöqtələrin olduğu problemli nahiyələrə sürtüb, barmaqlarınızla ovun. 15-20 dəqiqə gözləyin. Sonda üzünüzü soyuq su ilə yaxalayın. Çünki soyuq su dərini gərir, məsamələrin qapanmasına kömək edir.

Qara nöqtələr üçün üz maskaları foto 1

Qara nöqtələrə qarşı üz maskaları – resept №2

Tərkibi

  • ½ ədəd limonun şirəsi (suyu)
  • 2 çay qaş. bal

Limon suyuna bal əlavə edib qarışdırın. Problemli nahiyəyə tətbiq edin. Digər üsul: yarım ədəd limonun üzərinə bal tökərək, onunla qara nöqtələri ovun. 15-20 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun.

Qara nöqtələr üçün üz maskaları – resept №3

İnqrediyentlər

  • 1 xör. qaş. jelatin tozu
  • 1 xör.qaş. süd

Jelatin tozuna süd əlavə edib, pasta qatılığına gələnə qədər qarışdırın. Lazımi konsistensiyasiya almaq üçün komponentlərdən birini artıra bilərsiniz. Qarışığı mikrodalğalı sobada 10 saniyə saxlayın. İsindikdən sonra üzünüzə nazik təbəqə ilə çəkin. Quruyana qədər gözləyib, dəriyə zərər vermədən zərif hərəkətlərlə maskanı soyun. Ardınca tonik çəkib, soyuq su ilə yuyun.

Qara nöqtələr üçün üz maskaları foto 2

Qara nöqtələr üçün üz maskaları – resept №4

Qara nöqtə şəkilli sızanaqlar üzün bütün hissələrinə yayılıbsa və dəri çox həssasdırsa, bu maskadan istifadə mükəmməl effekt verir.

Tərkibi

  • 1 xör. qaş. yulaf əzməsi və ya unu
  • 1 xör.qaş. limon suyu (şirəsi)
  • 2 çay qaş. zeytun yağı
  • 1 xör.qaş. kənd qatığı

İnqredientləri yaxşıca qarışdırın. Maskanı təmizlənmiş üz dərisinə pambıq və ya barmaqla yayıb, 20-25 dəqiqə gözləyin. Sonda üzünüzü soyuq su ilə yuyun.

Qara nöqtələr üçün üz maskaları – resept №5

Tərkib komponentləri

  • 1 xörək qaşığı toz halına gətirilmiş yaşıl çay
  • 1 xörək qaşığı limon suyu (şirəsi)
  • 1 çay qaşığının ucunda duz

Yaşıl çayı əzib toz halına salın. 1 xörək qaşığı tozu digər inqrediyentlərlə qarışdırın. Pastayabənzər konsistensiya əldə etdikdən sonra təmizlənmiş üz dərisinə tətbiq edin. 15-20 dəqiqə saxlayıb, soyuq su ilə yuyun.

Qara nöqtələr üçün üz maskaları foto 3

Qara nöqtələr üçün üz maskaları – resept №6

İnqrediyentlər

  • 1 stəkan qaynadılmış su
  • 10-15 sap təzə nanə
  • sarıkök

Qaynar suya nanə atıb, soyuyana qədər dəmlənməsini gözləyin. Bu sudan 1 xörək qaşığı götürüb, pasta konsitensiyasına gələnə qədər sarıköklə qarışdırın. Təmizlənmiş dəriyə ovaraq sürtün. 20-25 dəqiqə bitdikdə əvvəlcə ilıq, sonra isə soyuq su ilə üzünüzü yuyun. Qalan nanəli suyu pambıqla tonik qismində üzünüzə çəkin.

Xülasə

Ev şəraitində üz maskalarını tətbiq etmək həm asan, həm də qənaətlidir. Sadalanan maskaları tətbiq etməzdən öncə allergiya sınağı aparın. Yəni qarışıqdan azacıq götürüb, qulağınızın ardına çəkin və gözləyin. Qızarma, göynəmə, qaşınma müşahidə olunmadıqda rahatlıqla istifadə edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.7/5 - (52 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir