Sızanaq ləkələrini necə təmizləmək olar?

27 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2633
Sızanaq ləkələrini necə təmizləmək olar
5/5 - (6 səs)

Sızanaq izləri xarici görünüşü pozmaqla, insana ciddi narahatlıq törədir. Bəs sızanaq ləkələrini necə təmizləmək olar? Bunun üçün kosmetologiyada xüsusi prosedurlardan, gel və maskalardan istifadə edilir. Gəlin onlarla tanış olaq.

Sızanaq ləkələrini necə təmizləmək olar – Mikrodermabraziya  

Mikrodermabraziya – dərinin buynuz qatının cilalanmasıdır. Piqmentasiyanın tam itməsi üçün 2-3 seans lazım gəlir, dəri isə 1 aya bərpa olunur. Bu müddət ərzində birbaşa günəş şüalarının təsirindən qorunmaq lazımdır.

Sızanaq ləkələrini necə təmizləmək olar – Mezoterapiya

Mezoterapiya – vitamin, zülal, nuklein və amin turşularından ibarət kokteylin iynələrlə dəridaxilinə yeridilməsinə əsaslanır. Həmçinin vitaminli kokteyl dəriyə çəkilərək, lazer aparatı ilə epidermisin dərin qatlarına çatdırılır.

Sızanaq ləkələrini Fototermoliz ilə necə təmizləmək olar?

Prosedur epidermisin üst qatının yandırılmasından ibarətdir. İstiliyin təsirindən hüceyrələr regenerasiya edir. Fototermoliz nəinki ləkələri, həm də xırda qırışları və çapıqları aradan qaldırır.

Sızanaq ləkələrini necə təmizləmək olar – Üzün lazerlə cilalanması

Bu prosedur uzunmüddətli hazırlıq tələb edir: 1 ay qabaq ultrabənövşəyi şüalardan qorunmaq lazımdır. Tam müalicə kursu 3-10 seansdan ibarətdir.

Sızanaq ləkələrini Dermabraziya ilə necə təmizləmək mümkündür?

Dermabraziya – dərinin buynuz qatının mexaniki soyulmasıdır. Onun səthi, orta və dərin növləri vardır. Səthi dermabraziya dərinin bütün qatlarını bazal membrana qədər təmizləyir. Orta formada bazal səviyyəyə, dərin dermabraziyada isə epidermisin məməciyəbənzər qatına qədər çatılır.

Sızanaq ləkələrini necə təmizləməli

Sızanaq ləkələrini necə təmizləmək olar – Kimyəvi pilinq

Prosedur üzvi turşularla aparılır. Onlar yanıq törədərək, dərinin üst qatını qoparır.

Sızanaq ləkələrini ev şəraitində necə təmizləmək olar?

Alma sirkəsi

Bu məhsul qırmızı ləkələrə qarşı çox effektivdir. Onu 1-3 nisbətində su ilə qarışdırıb, gündə 1 dəfə səhər saatlarında üzünüzə çəkin. Əgər köhnə ləkələri aparmaq istəyirsinizsə, o zaman tənzifi həmin məhlulda isladıb, üzünüzdə 5 dəqiqə saxlayın. Bu proseduru günaşırı edə bilərsiniz.

Sızanaq ləkələrini maska ilə necə təmizləmək olar

“Badyaqa” maskası  

“Badyaqa” (süngər) antiseptik və sorucu təsirlərə malikdir. Onun təsirindən sızanaq ləkələri yox olur. Maska üçün süngər tozu, 3%-li perekis, 5%-li bor turşusu götürülür. İnqrediyentləri qarışdırıb, üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Aspirin və bal maskası  

2 tablet aspirinin üzərinə bir neçə damcı su qatıb, toz halına salın. Sonra həmin qaba 1 çay qaşığı bal tökün. Qarışığı dərinizə çəkib, 10-15 dəqiqədən sonra təmizləyin.

Bal və darçın maskası

1 çay qaşığı balla ½ çay qaşığı darçın tozunu qarışdırın. Dərinin problemli nahiyələrinə çəkib, 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Maskanı günaşırı təkrarlayın.

Ağ gil maskası

1 xorək qaşığı ağ gilin üzərinə 3-4 damcı efir yağı və su əlavə edib, xama konsistensiyası alınana qədər qarışdırın. Efir yağı qismində rozmarin, çayağacı, lavanda istifadə edə bilərsiniz. Bu yağlar iltihabəleyhinə və ağardıcı təsirlərə malikdir. Maskanı ləkə olan hissələrdə 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Nəticənin arzu etdiyiniz kimi alınması üçün ləkələrə qarşı hər hansı bir vasitəni sınamazdan əvvəl mütləq həkim-kosmetoloqla məsləhətləşin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (6 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir