Neauvia

29 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1410
Neauvia filler
4.9/5 - (32 səs)

Neauvia – dünyada ilk orqanik (üzvi) fillerdir. Bu preparatın tərkibindəki hialuron turşusu Bacillis Subtilis (saman çöpü bakteriyası) ştammlarından alınır. Digər fillerlərdə isə hialuron turşusunun mənbəyi streptokokk bakteriyalarının laborator ştammlarıdır. Bacillis Subtilis – insan üçün patogen olmayan probiotik çöpdür.  

Həmçinin Neauvia Organic preparatlarında qeyri-toksiki, hipoallergen polimer – PEG vardır. Bu maddə bədəndə hialuron turşusunu parçalayan fermentlərin təsirini zəiflədir. Filler toxumalarda yerini dəyişməyib, ilkin formasını saxlayır.  

Neauvia Organic kimlərə uyğundur?  

Preparat üçün yaş məhdudiyyəti yoxdur. Onu 18 yaşdan istifadə etmək olar. Əsas təyinatı – kontur plastika, yəni yanaq, burun-dodaq büküşləri nahiyəsində itirilmiş həcmin geri qaytarılmasıdır. Eləcə də Neauvia burun və dodağın yüngül formalı asimmetriyasını aradan qaldırır.  

Filler biorevitalizasiya üçün də uyğundur. Bu zaman söhbət həcmin artırılmasından deyil, dərinin dərindən nəmləndirilməsindən gedir.  

Neauvia növləri

Neauvia Organic fillerin növləri

Neauvia Intense LV — tərkibində hialuron turşusu yüksək konsentrasiyadadır. Fillerin bu növü burun-dodaq büküşlərini itirir, yanaq və dodaqlara əlavə həcm verir.  

Neauvia Intense — hialuron turşusunun maksimal konsentrasiyasından ibarətdir. Preparat yüksək sıxlığa malik olduğundan üzün modelləşdirilməsində, dərin qırışları doldurulmasında və bədənin ayrı-ayrı hissələrinin (məsələn, intim zona) kontur plastikasında istifadə olunur.Toxumalarda 18 aya kimi saxlanılır. 

Neauvia Stimulate — hialuron turşusu və kalsium-hidroksiapatit əsasında hazırlanılan kombinəolunmuş preparatdır. Yumşaq toxumaların həcmini bərpa edir, dərinin quruluşunu yaxşılaşdırır, neokollagenezi stimulə edir. Əsas tətbiq sahəsi – dərin qırışların doldurulması, çənə və almacıq nahiyəsinin konturinqidir.  

Neauvia Hydro Deluxe — biorevitalizasiya üçün effektiv vasitədir. Tərkibinə həmçinin kalsium-hidroksiapatit və amin turşular daxildir. Preparat dərini dartır, çapıqlarla mübarizə aparırı, toxumalarda kollagen sintezini stimulə edir.  

Neauvia nədir?

Neauvia Organic hansı nahiyələrdə istifadə olunur?

Bu preparatla biorevitalizasiya əsas kosmetoloji problem dərinin quru, üz rənginin solğunluğundan ibarət olduqda aparılır. Kontur plastika isə əsasən üzün orta hissəsində – yanaq və burun-dodaq büküşlərində aparılır. Filler burun sərhədlərini yaxşılaşdırır, çənə və almacıq nahiyəsinin kənarlarını daha qabarıq edir. Neauvia həm də çapıqlar, sızanaq ləkələri, çatlarla mübarizədə effektivdir.  

Preparat aşağıdakı hissələrdə istifadə olunur:

  • üzün orta hissəsi (həcmin bərpası, büküşlərin doldurulması);
  • boyun və dekolte (liftinq);
  • qarın (dəri relyefinin yaxşılaşdırılması, çatların yox edilməsi); 
  • sağrı (sellüliti azaldır, dərinin quruluşunu normaya salır);
  • diz və qollar (dərinin vəziyyətini korreksiya edir). 

Neauvia üstünlüyü

Neauvia Organic fillerin üstünlükləri

  • Hialuron turşusunun unikal təmizliyi;
  • Endotoksinlərin olmaması;
  • İnnovasion xammal sayəsində yüksək təhlükəsizlik;
  • Toxumalardakı yüksək bio-inteqrasiya sayəsində təbii korreksiya effekti; 
  • Mimikanı itirilmək riskinin yoxluğu;  
  • Nəticənin uzunmüddətli olması;  
  • İlin istənilən fəslində, hətta isti yay aylarında da istifadəsi;  
  • Həkim və pasiyentlərin tələblərinə cavab verən geniş assortiment.  

Neauvia Organic preparatının nəticəsi

  • Dodaq, yanaq, göz, dekolte, qol, qarın və bud nahiyələrinin konturunun yüksək dəqiqliklə bərpası; 
  • Dərinin dərindən nəmləndirilməsi və doldurulması; 
  • Dəri çatlarının (striya) aradan qalxması;
  • Çapıqların hamarlaşması.  

Fillerin növünün düzgün seçilməsi və nəticənin qalıcı olması üçün peşəkar həkim-kosmetoloqa müraciət edin. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.9/5 - (32 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir