Mezoterapiya üz üçün

26 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1246
Mezoterapiya üz üçün prosedur
4.5/5 - (2 səs)

Mezoterapiya üz üçün nəzərdə tutulan kosmetoloji prosedurdur. Onun təsirindən dərinin tonusu artır, qocalmanın ilkin əlamətləri və yaşla bağlı dəyişikliklər aradan qalxır. 

Mezoterapiya üz üçün hansı hallarda aparılır? 

  • xırda qırışlar;
  • dəridə quruluq;
  • problemli üz dərisi;
  • piqment ləkələri;
  • solğun dəri;
  • dərinin yaşlanmasının profilaktikası.  

Mezoterapiya üz üçün qiyməti

Mezoterapiya üz üçün hansı təsirlərə malikdir?  

  • İnyeksiya dəqiq dozada yeridilir və yalnız konkret hissəyə təsir göstərir. Bunun sayəsində lazımı maddəni seçmək mümkün olur. Məsələn, qırış əleyhinə elastin və kollagen sintezini sürətləndirən preparat, piy molekullarını parçalamaq üçün isə lipoliz prosesini aktivləşdirən maddələr yeridilir.  
  • Yerli qan dövranı yaxşılaşır. Prosedur zamanı həkim-kosmetoloq dəri reseptorlarını iynə ilə stimulə edir. Nəticədə qanın mikrosirkulyasiyası yaxşılaşır.  
  • Hüceyrələrin təbii regenerasiyası gedir. Preparatın təsirindən zədələnmiş nahiyələrdə sağalma prosesləri başlayır.  
  • Genişlənmiş məsamələr daralır, sızanaqların sayı azalır;  
  • Piqment ləkələri ağarır, üzün rəngi bərabərləşir;  
  • Quru dəri nəmlənir, yağlı isə əksinə artıq yağlılıqdan təmizlənir.  

Üz üçün mezoterapiyanın effekti pasiyentin yaşından və fiziki vəziyyətdən asılıdır. Adətən nəticə 2-3 seansdan sonra nəzərə çarpır.   

Mezoterapiya üz üçün təsiri

Üz üçün mezoterapiya necə aparılır?

Prosedur bioloji aktiv maddələrin nazik iynələrlə dəriyə yeridilməsinə əsaslanır. Preparat dermanın dərin qatlarına nüfuz edir. 1 seans orta hesabla 15-20 dəqiqə çəkir. Dəriyə çəkilən anestetik krem sayəsində ağrı demək olar ki, hiss edilmir. Mezoterapiyadan sonra üzdə qızartı müşahidə oluna bilər. Bu hal bir neçə saatdan sonra öz-özünə keçib gedir.  

Mezoterapiya üz üçün necə aparılır? 

1) Hazırlıq (problemli sayəyə baxış keçirilir);   

2) Mezokokteylin seçilməsi. Həkim-kosmetoloq problemi nəzərə almaqla uyğun preparat seçir. Əksər hallarda kokteylin tərkibinə aşağıdakılar daxil olur:

  • hialuron turşusu – üz dərisini qidalandırır və nəmləndirir;   
  • heyvan mənşəli preparatlar (kollagen, elastin) – dəriyə elastiklik verir;  
  • bitki ekstraktları – müalicəvi təsir göstərir, dəridə qıcıqlanma, iltihab və sızanaqları aradan qaldırır; 
  • vitaminlər (А, В, С, E, P и другие) – dərinin rəngini və görünüşünü yaxşılaşdırır;  
  • minerallar (sink, fosfor, kükürd və s. elementlərin kimyəvi duzları) – geniş spektrli problemləri həll edir;  
  • üzvi turşular (qlikol və piroüzüm) – pilinq edir, hüceyrələrin sürətli regenerasiyasına səbəb olur;  
  • dərmanlar – fərdi göstərişlər əsasında təyin olunur.

3) İnyeksiya mərhələsi (dərinin təmizlənməsi, dezinfeksiya, yerli anesteziya, kokteylin yeridilməsi).

4) Bərpa dövrü.

Üz üçün mezoterapiya seanslarının sayı

Mezoterapiya – təhlükəsiz və effektiv prosedur olub, seanslarla aparılır. Prosedurların sayı dərinin vəziyyətindən və pasiyentin yaşından asılıdır. Pasiyentə orta hesabla 4-7 seans tələb olunur. Belə ki, üzün dartılması üçün 6-8 lazım gəlir, xırda qırışlara qarşı isə 3 seans kifayətdir.  

Mezoterapiya üz üçün

Üz üçün mezoterapiya qiyməti 

Prosedurun qiyməti 50-100 AZN arasında dəyişir. Bu, dərman yeridiləcək nahiyənin ölçüsündən, problemin dərinliyindən, eləcə də həkim-kosmetoloqdan asılıdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.5/5 - (2 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir