Juvederm Volite

30 Avqust 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 778
Juvederm Volite nədir?
5/5 - (1 səs)

Juvederm Volite — Kanadanın “Allergan” şirkətinin istehsal etdiyi yeni preparatdır. Bu filler dərinin keyfiyyətini yaxşılaşdırmaq – nəmləndirmək, qırışları hamarlamaq üçün nəzərdə tutulmuşdur. Effekt cəmi 1 prosedura əldə olunur və 6-9 ay müddətində saxlanılır.  

Preparat biorevitalizasiya və kontur plastikada istifadə olunur.  

Juvederm Volite – tərkibi 

Juvederm Volite gel formasında olub, unikal texnologiya VYCROSS əsasında işlənilən hialuron turşusundan ibarətdir. Bu üsulla həm preparatın terapevtik təsiri artır, həm də onun effekti uzunmüddətli olur.

Preparatın tərkibinə hialuron turşusu ilə yanaşı xüsusi formalı lidokain də daxildir. Onun sayəsində prosedur zamanı pasiyent ağrı hiss etmir və lidokainin bu formasına allergiya yaranmır. 

Juvederm Volite filler

Juvederm Volite – üstünlükləri 

Digər fillerlərdən fərqli olaraq, bu gel aşağıdakı üstünlüklərə malikdir:  

  • Nəticə uzunmüddətlidir. Prosedurdan sonra filler orqanizmdə təbii prosesləri stimulə edir, bunun sayəsində uzunmüddətli təsir əldə olunur;
  • Digər vasitələrlə birgə istifadəsi icazəlidir. Juvederm Volite botoksla, üzə həcm verən korrektorlar və ya pilinq vasitələri ilə kombinə oluna bilər. Bu preparatı sapla liftinqdən 1,5 ay sonra dəriyə yeritmək mümkündür.
  • İstifadəsi sadə və rahatdır. Prosedur orta hesabla 35-40 dəqiqə çəkir. Tərkibindəki anestetik sayəsində inyeksiya ağrısız olur. Qablaşmada preparatın yeridilməsi üçün ən optimal iynə mövcuddur.
  • Çoxyönlü istifadə olunur. Filler üz, dekolte, boyun və əl dərisinin vəziyyətini yaxşılaşdırır.  
  • Universaldır. Bərpaedici gel müxtəlif yaş qrupuna daxil olan insanlara uyğundur.  
  • Nəticə tez bəlli olur. Pasiyentlər və həkim-kosmetoloqlar inyeksiyadan bir neçə gün sonra dermanın tonusunun xeyli yaxşılaşdığını qeyd edirlər.  

Juvederm Volite nəticəsi

Juvederm Volite – yeridilmə qaydası

Həkim-kosmetoloq ilk növbədə dərini dezinfeksiya edir. Ardınca preparat nazik iynə ilə dəri altına yeridilir. Prosedurdan sonra 3-5 gün ərzində nəticə gözlə görünür. Fillerin effekti 6-9 aya kimi qalır. İnyeksiyadan sonra bir müddət isti hamam, sauna və solariumdan imtina edilməlidir.  

Juvederm Volite – istifadəsinə göstərişlər

  • Dəri örtüklərinin quruluğu;  
  • Dərinin yaşla bağlı dəyişiklikləri;
  • Sızanaqların törətdiyi qüsurlar;
  • Hiperpiqmentasiya;
  • Üz, boyun və dekolte zonasında dəri tonusunun azalması.

Hamiləlik və südvermə dövründə gelin istifadəsi qadağandır. 

Juvederm Volite ilə prosedurun nəticəsi

Bu gel ilə biorevitalizasiya və fillinq nəticəsində kollagen liflərin sintezi stimulə olunur. Bunun hesabına dərinin elastikliyi yaxşılaşır, qırışlar aradan qalxır. 

  • Dəri örtüklərinin su balansı bərpa olunur; 
  • Dərinin təbii rəngi geri qayıdır;
  • Üz, boyun və dekolte zonası hamarlaşır;  
  • Dərialtı qatın tonusu artır.  

Juvederm Volite üstünlüyü

Juvederm Volite – buraxılış forması 

Qablaşmaya 1 ml-lik 2 şpris və içlik vərəqəsi daxildir. 

Xülasə

Təcrübələrə əsasən pasiyentlərin 96%-i fillerin effektindən razıdır. Nəticənin arzu etdiyiniz kimi alınması üçün təcrübəli həkim-kosmetoloqa müraciət edin. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir