Jawline filler

12 Yanvar 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 5539
Jawline filler foto
4.7/5 - (8 səs)

Jawline filler – çənənin formasının korreksiyası məqsədilə aparılan estetik prosedurdur. Çənə estetikası burun dolğusu, yanaq dolğusu qədər önəmlidir.

Jawline filler nədir?

Sadə şəkildə desək, üzün “V” forma alması üçün çənəyə dolğu maddələrinin inyeksiya edilməsi ilə tətbiq olunan estetik müalicədir.

Jawline filler necə aparılır?

Dolğu aşağıdakı texnika ilə yerinə yetirilir:

  • Prosedurun aparılması üçün anesteziya mütləq şərt deyil. Pasiyentin istəyinə əsasən dəriyə keyləşdirici krem sürtülür və ya yerli anesteziya edilir.
  • Sonra kanyula adlanan iynələrlə çənənin uyğun bölgələrinə dolğu maddəsi yeridilir.

Jawline filler foto 1

Jawline filler kimlərə uyğundur?

Üz cizgilərini vurğulayan ideal müalicə üsuludur. Daha gənc və gözəl görünmək istəyən, estetik əməliyyatdan qorxan qadınlar üçün ən optimal metoddur.

Jawline fillerlə hansı estetik problemlər həll olunur?

  • Çənə xəttinin sallanması;
  • Çənənin uc hisəsində dərin qəmzə (batıq) və asimmetriya;
  • Çənənin geridə olması;
  • Çənə xəttinin az nəzərə çarpması.

Jawline fillerin özəlliyi cərrahi əməliyyatla müqayisədə bu prosedurdan sonra sağalma dövrünün daha az sürməsindən ibarətdir.

Jawline filler ilə hansı nəticələr əldə edilir?

Çənə nahiyəsinə yeridilən dolğu üzə müvafiq forma və simmetrik görünüş bəxş edir. Filler üzün ümumi görünüşünün mütənasibliyini və estetik cəhətdən daha cazibədar olmasını təmin edilir.

Jawline filler foto 2

Prosedur nə qədər davam edir?

Anesteziyaedici krem çəkdikdən sonra dərinin keyləşməsi üçün 30 dəqiqə gözlənilir. Dolğu proseduru isə orta hesabla 15 dəqiqə çəkir. Prosedurdan sonra pasiyent normal həyat tərzinə qayıdır.

Çənə dolğusunda hansı maddədən istifadə olunur?

Adətən hialuron turşusuna üstünlük verilir. Digər hallarda camış kollageni, pasiyentin öz bədənindən çıxarılan piy, o cümlədən biopolimer və ya kalsium hidroksilapatit filler qismində yeridilir.

Jawline fillerə əks-göstərişlər

  • Hamiləlik və südvermə dövrü;
  • Qanaxmaya meyllik;
  • Kəskin infeksion xəstəliklər;
  • Epilepsiya;
  • Birləşdirici toxumanın sistem xəstəlikləri;
  • Dolğu maddəsinə allergiya.

Jawline fillerin effekti neçə müddət qalır?

Prosedur cəmi 1 seansdan ibarətdir. Əldə olunan nəticə orta hesabla 1.5-2 il ərzində saxlanılır. Bu müddət dolğu maddəsindən asılı olaraq dəyişə bilir. Keyfiyyətli maddə dolğunun qalıcılığını artırır.

Jawline filler qiyməti

Prosedurun qiyməti dolğu maddəsindən asılı olaraq, 600-750 AZN arasında dəyişir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.7/5 - (8 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir