Saç üçün bal maskası

18 Dekabr 2019 Kateqoriya: Saç maskaları Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2654
saç üçün bal maskası foto
5/5 - (1 səs)

Bal qidalandırıcı və nəmləndirici maddələrlə zəngindir. Saç tökülməsi, kəpəklənmə kimi problemləri azaltmaq, saçınıza parlaqlıq vermək və ümumiyyətlə baxımlı, gözəl görünüşə sahib olmaq istəyirsinizsə, saç üçün bal maskası hazırlayın.

Saç üçün effektiv bal maskası  

Təbii maskalar saçınızın sağlamlığını qorumağa yardımçı olur. Bu maska saçlarınızı sürətlə uzadır, onlara canlılıq verir.

İnqrediyentlər

  • 2 xörək qaşığı bal
  • 1/2 stəkan süd

Məhsulları yaxşıca qarışdırıb, saçınıza çəkin. 15 dəqiqədən sonra bol su ilə yaxalayın.

Ballı aloe vera maskası

Saç dərisini və kökləri nəmləndirir. Vitamin və mineral baxımından zəngin olan bu reseptlə saçlarınız daha güclü, canlı, parlaq olacaq.

İnqrediyentlər

  • 1 ədəd aloe vera yarpağı
  • 1 xör.qaş. bal

Aloe yarpağının gelini (lətini, şirəsini) çıxarıb, balla yaxşıca qarışdırın. Saçınıza çəkib 1-2 saat saxlayın. Sonda ilıq su ilə şampunlayaraq təmizləyin.

saç üçün bal maskası foto 1

Ballı kokos maskası

Bu resept üz üçün maskalar sırasında olsa da, saçlara mükəmməl təsir göstərir. Həmçinin qollarda və ayaqlarda dəri sallanmasının qarşısını almaq üçün istifadə edilə bilər.

   Tərkibi

  • 1 xör.qaş. bal
  • 2 xör. qaş. kokos yağı

Komponentləri yaxşıca qarışdırın. Saçınıza sürtüb, 1-2 saat gözləyin. Vaxt tamam olduqda bol miqdarda isti su ilə yuyun.

Bu maskadan sonra saçları şampunlamağa ehtiyac yoxdur. Təbii məhsullardan hazırlandığından saçda qalmasının zərəri yoxdur.

Ballı qatıq maskası

Saç tökülməsinə qarşı maskalar arasında ən effektiv sayılan bu resept tez bir zamanda tük follikullarını möhkəmləndirir.

İnqrediyentlər

  • 1 xör.qaş. qatıq
  • 2 xör.qaş. bal

Qatıqla balı bir-birinə yaxşıca qarışdırıb saçınıza sürtün. Zərif hərəkətlərlə massaj edərək, saç tellərinə yeridin. 1 saat saxladıqdan sonra isti su ilə yaxalayın.

saç üçün bal maskası foto 2

Ballı yulaf maskası

Bu maska kəpəyi, saç dərisindəki həssaslığı və iltihabı azaldır.

Tərkibi

  • 1/2 stəkan yulaf unu
  • 2 xörək qaşığı bal
  • 10 damcı badam yağı

Məhsulları yaxşıca qarışdırıb, saçınıza sürtün. 1 saat saxladıqdan sonra yuyun.

Çiyələk əsasında saç üçün bal maskası

Çiyələyin antioksidant təsiri zəif saçları bərpa edir, tərkibindəki minerallar isə tükün kökünü möhkəmləndirir.

Tərkibi

  • 3 çiyələk
  • 1/2 ədəd limonun suyu (şirəsi)
  • 2 xörək qaşığı bal

Çiyələkləri əzib, limon suyu və balla qarışdırın. Saçınıza sürtüb, başınızı əvvəlcədən isitdiyiniz dəsmalla bağlayın. 1 saat gözlədikdən sonra yuyun.

saç üçün bal maskası foto 3

Saç üçün avokado və bal maskası

Saçlarınızı möhkəmləndirib, qırılmasını əngəlləyəcəkdir. Tərkibindəki bol su və yağ sayəsində avokado qidalandırıcı, eləcə də nəmləndirici təsir göstərir. Təbii maskalarda istifadə olunan ideal məhsuldur.

Çox quru, qırılmış saçları olan, həmçinin yüksək temperaturlu vasitələrə (ütü feni, normal fen və ya şipçi) üstünlük verən xanımlar üçün mükəmməl bərpa maskasıdır.

İnqrediyentlər

  • 1 ədəd avokado
  • 3 xörək qaşığı bal

Avokadonu əzib balla qarışdırın. Maskanı saçınıza sürtüb, dəsmalla bağlayın. 1 saatdan sonra saçınızı yuyun.

Banan əsasında saç üçün bal maskası

Tərkibindəki sink sayəsində banan saçları gurlaşdırır, möhkəmləndirir, canlandırır, tökülməni dayandırır.

Tərkibi

  • 1 ədəd banan
  • 2 xörək qaşığı bal

Bananı əzib, üzərinə bal əlavə edin. Qarışığı saçınıza çəkib, isti dəsmalla örtün. 1 saat gözləyib, sonra yuyun.

Qeyd: bananın əzilməsini asanlaşdırmaq üçün məhsula 2-3 damcı istənilən bitki yağı qata bilərsiniz.

Xülasə

Sadaladığımız maskalardan müntəzəm istifadə etdikdə hətta gözəllik salonlarındakı xidmətlərdən yaxşı nəticə əldə edəcəksiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
5/5 - (1 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir