Revolax filler
Revolax filler – Cənubi Koreyanın “Across” şirkəti tərəfindən istehsal olunan kosmetoloji vasitədir. Onun əsasını yeni sxem üzrə işlənilən hialuron turşusu təşkil edir. Filler dermada bərabər paylanaraq, bütün dərialtı boşluqları tutur. Prosedurdan sonra dəri hamarlanır, qırışlar itir, üz sağlam və parlaq görünüş alır.
Revolax filler və onun növləri
Preparat dərinin yaşla bağlı deformasiyalarını yox edir, üz rəngini yaxşılaşdırır. Bu effekt qeyri-heyvan mənşəli hialuron turşusunun insan hüceyrələrindəki kollagen və elastinlə qarşılıqlı təsiri sayəsində əldə edilir. Nəticədə kollagen-elastin lifləri aktivləşir, onların yaşlanma ilə əlaqədar itirilmiş miqdarı bərpa olunur.
Fillerin bəzi növlərində həm də lidokain vardır. Onun hesabına prosedur az ağrılı olur.
Revolax
20 mq/ml konsentrasiyalı hialuron turşusundan ibarət dermal fillerdir. Dərinin orta qatlarına və subdermal yeridilir. Onun köməyilə orta dərinlikli qırışlar hamarlaşır, burun-dodaq büküşləri korreksiya olunur. Nəticə 1 ilə qədər qalır.
Revolax Fine filler
20 mq/ml konsentrasiyalı hialuron turşusundan hazırlanır. Orta sıxlığa və yüksək plastikliyə malikdir. “Qaz ayağı” qırışları yox edir, gözətrafı zonanın relyefini aradan qaldırır, qaşarası büküşləri hamarlayır. Preparat boyun nahiyəsinə də yeridilə bilər.
Revolax Deep filler
Tərkibinə yüksək sıxlıqlı hialuron turşusu (24 mq/ml) və 0,3%-li lidokain daxildir. Dəri relyefini düzləndirir, dərialtı boşluqları dolduraraq, itirilmiş həcmi bərpa edir.
Revolax Deep adətən dodaq və yanaqların böyüdülməsi, çənə, eləcə də burun-dodaq büküşlərinin korreksiyası məqsədilə istifadə olunur.
Revolax SUB-Q filler
Revolax cizgisinin hialuron turşusunun yüksək sıxlığı (24 ml/mq) ilə seçilən növbəti preparatıdır. Onunla yanağa həcm verilir, çənə xətti korreksiya olunur.
Revolax Touch filler
Fine fillerlə tam oxşardır, yeganə fərq ondan ibarətdir ki, Touch preparatının tərkibində lidokain yoxdur. Bu filler epidermisin üst qatlarına yeridilir.
Revolax filler istifadəsinə göstərişlər
- qırışlar;
- çapıqlar;
- postakne;
- dəri örtüklərinin yaşla bağlı deformasiyaları;
- nazik dodaqlar;
- gözətrafı nahiyənin problemləri;
- yanaq nahiyəsində həcmin itirilməsi;
- qaşarası büküşlər.
Revolax fillerin üstünlükləri
- gelin optimal konsentrasiyası və özlülüyü sayəsində prosedurun ağrısız keçməsi;
- inyeksiyadan sonra ödemin yaranma ehtimalının minimum olması;
- preparat steril şprisdə buraxılır və hipoallergendir. Bu xüsusiyyətlər onun tam təhlükəsizliyini təmin edir;
- 3D modelli hialuronat dermada daha uzun müddət qalır və bioloji parçalanmaya uğramır.
Revolax filler üzə necə yeridilir?
Prosedur hazırlıq, əsas və bərpa dövrlərinə bölünür.
Hazırlıq mərhələsi
Prosedura 1 neçə həftə qalmış başlayır. Bu müddət ərzində qanın göstəricilərinə təsir edən dərman preparatlarının qəbulu dayandırılmalıdır. Fiziki yüklənmələrdən, aqressiv kosmetoloji prosedurlardan, solariumdan imtina edilməlidir.
Əsas mərhələ
Problemdən asılı olaraq, filler periorbital, perioral, yanaq, çənə və ya boyun nahiyəsinə vurulur. Yeridilmə texnikası fillerin sıxlığından və təsir ediləcək hissədən asılıdır. Filler xətti, yelpikvari, mikropappula, torlu, tunel formasında yeridilə bilər.
Xırda qırış və biorevitalizasiya proseduru təxminən 30 dəqiqə davam edir. Daha qlobal problemlərin həllinə isə 2 saata qədər vaxt sərf olunur.
Sağalma mərhələsi
Prosedurdan sonra yüngül qızartı ola bilər. 1-2 həftədən sonra əlamətlər keçib gedir. Bu dövrdə:
- sauna, solarium, hovuz və idman zalına getmək olmaz;
- ilk günlərdə üzü axar su ilə yumaq və dekorativ kosmetikadan istifadə etmək qadağandır;
- 1-ci gün üzə əllə toxunmaq icazəli deyil.
Revolax fillerin effektinin arzu etdiyiniz kimi olması üçün adi kosmetoloq deyil, peşəkar həkim-kosmetoloqun qəbuluna yazılın.