Plazmalifting nədir?
Qadınların maraq dairəsində olan prosedurlardan biri plazmaliftingdir. Plazmalifting nədir və onun hansı təsirləri vardır?
Plazmalifting – dərini cavanlaşdıran kosmetoloji prosedurdur. Onun prinsipi pasiyentin şəxsi plazmasının mikroinyeksiyalarla dəri daxilinə yeridilməsindən ibarətdir. Plazma əvvəlcədən trombositlərlə zənginləşdirilir, həmçinin onun tərkibində hormonlar, zülal və vitaminlər olur. Bu maddələr hüceyrələrin bərpasını və yenilənməsini sürətləndirir.
Plazmalifting nədir və onun əsas özəlliyi
Plazmalifting prosedurunun başlıca xüsusiyyəti ondan ibarətdir ki, bu üsul dərinin cavanlığını orqanizmin daxili ehtiyatlarını aktivləşdirməklə qaytarır. Plazmalifting immun, mübadilə və bərpa sistemlərinə təsir göstərməklə, problemli dərini cavan, qüsursuz forma ilə əvəzləyir.
Digər vacib məqam: prosedur pasiyentin öz biomaterialları ilə aparıldığından allergik reaksiyalara rast gəlinmir.
Plazmalifting nədir və onun nəticələri
- Dərinin rəngi yaxşılaşır;
- Mimik qırışlar və piqment ləkələri itir;
- Dəri nəmlənir və qidalanır;
- Dərinin turqoru artır, üz ovalı dartılır;
- Sızanaq və kuperoz (damar torları) aradan qalxır;
- Piy vəzilərinin aktivliyi normallaşır;
- Çapıqlar və sızanaq izləri hamarlanır.
Plazmaliftingin mənfi tərəfləri nədir?
- Ağrılıdır. Dəri yerli keyidilsə də pasiyent iynənin batırılmasını hiss edir;
- Prosedurdan sonra göyərmə və yaxud qızartı olur. Belə ki, hər bir inyeksion üsul dərinin tamlığını müvəqqəti olaraq pozur. Ona görə də plazmaliftinqdən sonra yüngül formada hematoma və qızartılar normal hal sayılır. Bu əlamətlər zamanla öz-özünə keçib gedir, əlavə müdaxiləyə ehtiyac yaranmır.
- Bərpa dövrü bir qədər uzun çəkir. Prosedurdan sonra dərinin reabilitasiyasına, yəni göyərmə və qızartıların çəkilməsinə 5-7 gün sərf olunur. Bu səbəbdən əlamətdar tədbir öncəsi plazmalifting məsləhət deyil.
Plazmalifting nədir və necə aparılır?
İstənilən kosmetoloji prosedur dərinin təmizlənməsindən başlanır. Ardınca ağrı hissini azaltmaq üçün dəriyə xüsusi krem çəkilir. Bir müddətdən sonra onun artığı salfetlə silinir.
Pasiyentin venasından qan götürülüb, sentrifuqaya yerləşdirilir. Burada qan plazmaya və eritrositar kütləyə ayrılır. Gözləmə müddəti təxminən 10 dəqiqədir.
Plazma hazır olduqda xüsusi mezoterapevtik iynələrlə dəridaxilinə yeridilir. Proses təbii olub, hüceyrələri aktivləşdirir – dəridə cavanlaşma müşahidə edilir.
Gözlə görünən nəticə dərinin keyfiyyətindən, sağlamlıq vəziyyətindən və pasiyentin yaşından asılıdır. Yekun nəticə prosedurdan 2 həftə sonra bəlli olur.
Plazmalifting nədir və ona necə hazırlaşmalı?
Prosedurdan 1 həftə əvvəl pilinq və skrab istifadəsi qadağandır. Eləcə də plazmaliftinqə tox qarına gəlmək olmaz. Sonuncu qida qəbulu ilə plazmalifting arasında ən azı 5 saat fasilə olmalıdır.
Plazmalifting nədir və ondan sonra dəriyə necə qulluq edilir?
- Prosedurdan sonra dekorativ kosmetikadan istifadə etməyin. Çünki əlavə manipulyasiyalar zərərli bakteriyaların dəriyə nüfuzuna və iltihabi proseslərə yol aça bilər;
- Üzünüzə əllə toxunmayın, iynə yerlərini qaşımayın;
- 2 həftə ərzində isti hamam, sauna və hovuzdan imtina edin;
- Dərinizi birbaşa günəş şüalarından qoruyun. Bunun üçün SPF kremdən istifadə edin.
Plazmalifting qiyməti
Plazmaliftingin qiyməti 50-100 AZN arasındadır. Bu, problemli nahiyənin ölçüsündən və vəziyyətindən, eləcə də həkim-kosmetoloqdan asılıdır.