Hifu smas lifting

18 Dekabr 2019 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 4470
Hifu smas lifting foto
4/5 - (7 səs)

Hifu smas lifting – müasir dövrdə aparatla üz cavanlaşdırma və dartma texnikaları arasında geniş tətbiq olunan metoddur. Prosedurun mahiyyəti dərinin alt qatlarına müəyyən dərəcə və sıxlıqlı temperaturla təsir edərək, məhdud gərilmə effekti almaqdan ibarətdir.

Hifu smas lifting bədənin və üzün hansı nahiyələrində aparılır?

Hifu texnologiyasının üz və  bədən sahələri üçün nəzərdə tutulan başlıqları vardır. Onlar dəri qalınlığına görə seçilir. Dodaq, qaşüstü, göz ətrafında 1.5 mm-lik, yanaqlar, çənə, dekolte, əlin üstü, döş, qarın, qolda 3 mm-lik, bud, baldır, sağrı nahiyəsində isə 4.5 mm-lik başlıqlardan istifadə edilir.

Hifu smas lifting necə aparılır?

Prosedurdan əvvəl üzdəki krem və makiyaj silinir. Dəriyə sürüşdürücü, soyuducu təsiri olan gel çəkilir. Seçilən başlıq dəri üzərində gəzdirilir. Liftinqin aparılma müddəti nahiyədən asılı olaraq, 20-30 dəqiqə davam edir.

Yüngül qızartını aradan qaldırmaq məqsədilə sonda dəriyə nəmləndirici maska və ya krem çəkilir. Qadın seansdan sonra gündəlik həyatına qayıdır. Həmin gün günəşin altında qalmaq, üzü üstə yatmaq, dərini dəsmalla qurulamaq, hamam və sauna kimi yerlərə getmək olmaz. Yalnız 1 gün sonra makiyajdan istifadə edilə bilər.

Hifu smas lifting foto 2

Hifu smas lifting hansı problemlərdə tətbiq olunur?

  • Üzdə asimmetriya;
  • Dəri çatları (striyalar);
  • Sellülit;
  • Gözətrafı qırışlar;
  • Buxaq;
  • Sürətlə arıqlamadan sonra sinə, qol və qarın dərisinin sallanması.

Prosedurun effekti neçə seansa bilinir?

45 yaşa qədər şəxslərə 1 seans, 45 yaşdan yuxarı qadınlara isə 3 prosedur tələb olunur. Effekt 24 saatdan sonra görünməyə başlayır. Yekun nəticə 2 aydan sonra bilinir.

Prosedur ağrılıdır?

Çənə, üst dodaq, diş implantı, həssas diş kökü, kanal müalicəsi aparılmış diş köklərinə və sümüklərə yaxın nahiyələrdə prosedur zamanı yüngül sızıltı hiss olunur.

Hifu smas lifting foto 1

Hifu smas kimlərdə daha effektivdir?

Problemli və yağlı dərisi olmayan, həmçinin siqaret çəkməyən qadınlarda nəticələr digərlərinə nisbətən daha mükəmməl olur. Bu prosedur PRP terapiya, mezoterapiya kimi metodlarla kombinəolunmuş şəkildə tətbiq edilə bilər.

Prosedurun nəticəsi necə müddət qalır?

Yaşlanma əlamətləri, siqaret, qeyri-düzgün qidalanma və yuxu rejimi fonunda prosedurun qalıcılığı azala bilər. Lakin orta hesabla seansdan sonra effekt 1-1.5 il ərzində saxlanılır.

Hifu smas lifting qiyməti  

Prosedurun qiyməti nahiyədən asılı olaraq 50-250 AZN arasında dəyişir.

Xülasə

Hifu smas ilə dartma effekti yaransa da, nəzərdə saxlayın ki, bu, cərrahi əməliyyatla alınan nəticə kimi olmayacaqdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4/5 - (7 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir