Hifu smas lifting nədir?

01 Sentyabr 2020 Kateqoriya: Kosmetoloji prosedurlar Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 5077
Hifu smas lifting proseduru
2.7/5 - (15 səs)

Hifu smas lifting — üz dərisi və yumşaq toxumaların yeni, effektiv, təhlükəsiz cavanlaşma üsuludur. Prosedur 60 dəqiqəyə zamanı geri qaytarır!  

Hifu smas lifting nədir?

Bu üsul plastik əməliyyat etmədən üz dərisini dartmağa imkan verir. O, müxtəlif başlıqlı ultrasəs aparatı ilə yerinə yetirilir. Hifu smas yeganə prosedurdur ki, təsiri dəriyə deyil, ondan altda yerləşən əzələ-aponevroz qatına (SMAS kimi tanınan) yönəlir. 

Ultrasəslə lifting adətən bir seansdan ibarətdir. Onun analoqu yoxdur. Qeyd olunan üsulla lifting digər aparat və inyeksion prosedurlarla kombinə oluna bilər.  

Hifu smas lifting – plastik əməliyyat istəməyən xanımlar üçün ən optimal qərardır.  

Hifu smas liftingin göstərişləri nədir? 

  • Üz və boyun dərisinin sallanması; 
  • Üz ovalının və çənə konturunun dəqiqliyinin itirilməsi;  
  • Burun-dodaq büküşlərinin dərinləşməsi, ağız bucağının sallanması;  
  • Qaşların enməsi;
  • Dərinin qocalması;
  • Buxağın yaranması;
  • Boyun və dekolte zonasının tonusunun itməsi;
  • Qol, budun daxili səthi, diz və qarın nahiyələrinin dərisinin korlanması. 

 Hifu smas liftingin əks-göstərişləri nədir?  

  • Hamiləlik və laktasiya;
  • Qandurulaşdırıcı preparatların qəbulu;
  • Son 1 ay ərzində cərrahi əməliyyatın keçirilməsi;  
  • Ağır formalı sızanaq;   
  • Prosedurun aparılacağı hissədə açıq yara və iltihabi xəstəlik;  
  • Kelloid çapıqlara meyillik.

Hifu smas liftingin üstünlükləri nədir?  

  • Xüsusi hazırlıq və anesteziya tələb etmir;  
  • Prosedur bir dəfəyə aparılır, effekti 1-3 ay müddətində artır;  
  • Nəticənin qalıcılığı 1-1,5 ildir;  
  • Reabilitasiya dövrü demək olar ki, yoxdur.  

Hifu smas lifting

Hifu smas lifting nədir və onun aparılma qaydası 

Prosedurdan əvvəl üz makiyajdan təmizlənir, dəri işarələnir. Ultrasəs başlığın asan sürüşməsi üçün dəriyə xüsusi gel sürtülür. Həkim-kosmetoloq başlığı əvvəlcədən çəkilmiş xətlərə uyğun hissələrə qoyur.

Prosedur minimum 2 ultrasəs təsir səviyyəsində aparılır. Yumşaq toxumaların müvafiq qatlarında termokoaqulyasiya nöqtələrindən təşkil olunan paralel xətlər əmələ gəlir. Bu yolla yaranan tor üz liftinqi üçün karkas rolunu oynayır.  

Prosedur üzdə aparıldıqda 30-60 dəqiqə çəkir. Bu müddət ərzində pasiyentdə intensiv istilik və iynəbatırma hissi yaranır. Liftinqdən dərhal sonra dərinin dartıldığı hiss olunur. Ultrasəs başlığın təsir etdiyi hissələrdə 2-3 gün yüngül formalı şişkinlik müşahidə oluna bilər. 

Prosedurdan sonra lifting 2 faktor hesabına əldə edilir: 

  • SMAS qatının həcminin azalması və onun nöqtəvi koaqulyasiya nəticəsində yuxarıya doğru yerdəyişməsi;
  • Kollagen liflərin uzunluğunun azalması.

2-3 həftə yumşaq toxumalar ağrılı olur. Bu, intensiv fiziki yüklənmədən sonrakı hissi xatırladır.  

Lifting 2-4 ay müddətində güclənir. Nəticə əksər hallarda 1,5 il qalır. Üzdə 1 seans edilir, bədəndə isə adətən 1 ayda 3 prosedur aparılır.  

Hifu smas lifting qiyməti

Hifu smas lifting sonrası məsləhətlər  

  • 14 gün ərzində hamam və saunadan imtina edin;  
  • 1 həftə ərzində pilinqdən uzaq durun;  
  • 1 ay ərzində günəşdən SPF kremlə qorunun; 
  • Prosedurdan sonra üzə dekorativ kosmetika çəkmək icazəlidir.  

Hifu smas lifting qiyməti  

Qiymət nahiyədən asılı olaraq 50-250 AZN arasındadır. Nəticənin mükəmməl və uzunmüddətli olması üçün təcrübəli həkim-kosmetoloqa müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
2.7/5 - (15 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir