Neyrodermit nədir?

26 Dekabr 2019 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 5594
Neyrodermit nədir? foto
3.5/5 - (4 səs)

Neyrodermit – neyrogen-allergik mənşəli xroniki gedişli dəri xəstəliyidir. Dermatit qrupuna aiddir.

Neyrodermit nədir – səbəbləri

Xəstəliyin inkişafı bir çox amillərdən asılıdır. Onlara aşağıdakılar aiddir:

  • İrsi meyllik;
  • Xroniki stress;
  • Qeyri-düzgün qidalanma;
  • Peşə zərərləri;
  • Sənaye zəhərləri;
  • Ağır infeksion xəstəliklər;
  • Mədə-bağırsaq patologiyaları;
  • Uzunmüddətli fiziki gərginlik, yüklənmə;
  • Zəhərlənmə nəticəsində orqanizmin ümumi intoksikasiyası;
  • Bitki tozcuqları, heyvan tükləri, məişətdə işlədilən kimyəvi maddələr.

Neyrodermit nədir? foto 1

Neyrodermit nədir – əlamətləri

Dəridə papula şəklində qırmızı səpki, üz, dirsək, dizlər və sağrı nahiyəsində qabıqlanma müşahidə edilir. Ocaqşəkilli dəri qalınlaşması, parlaq səpkilər, güclənmiş piqmentasiya izlənir. Xəstələrdə xüsusilə gecə saatlarında şiddətli qaşınma olur. Hətta qaşınmaqdan yorulub, üzülürlər. Qış aylarında xəstəlik kəskinləşir, yay fəslində isə remissiya, yəni sakitləşmə dövrünə keçir.

Neyrodermit nədir  – diaqnostika

Diaqnozun qoyulması üçün əvvəlcə fiziki baxış keçirilir. Sonra isə qanın ümumi analizi, immunoqramma, allergik sınaqlar aparılır.

Neyrodermit nədir? foto 2

Neyrodermitin müalicəsi nədir?

Xəstəyə balanslaşdırılmış qidalanma, normal yuxu rejimi, yüngül fiziki hərəkətlər tövsiyə olunur. Müalicə stasionar şəraitdə aparılmalı, qidalanma dietik olmalıdır. Xəstəliyin ağır gedişatında hormonoterapiya və fizioterapiyaya ehtiyac yaranır. Medikamentoz müalicədə aşağıdakı preparatlardan istifadə olunur:

  • Hidrokortizon mazı
  • Betiks C
  • Betazon
  • Diazolin
  • Karbaktin
  • Mikrosorb-P
  • Ketotifen
  • Trimistin
  • Enterosgel
  • Aktivləşdirilmiş kömür və s.

Qeyd: bu preparatlar nümunə məqsədilə qeyd edilib, dərman seçimi və dozalanma fərdidir. Müalicə sxemi yalnız dəri həkimi tərəfindən tərtib edilməlidir.

Neyrodermitin profilaktikası nədir?

Xəstəliyin qarşısını almaq üçün gigiyena və dəriyə qulluq qaydalarına fikir verməli, düzgün qidalanma və yuxu rejiminə riayət edilməlidir. Təbii materiallardan hazırlanan geyimlərə üstünlük verilməlidir.

Xülasə

Neyrodermit əsasən emosional, əsəbi, hər şeydən iyrənən qadınlarda müşahidə olunur. Sinir sisteminizi sakit saxlayın ki, sağlamlığınızı qoruya biləsiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.5/5 - (4 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir