Anti akne

12 Yanvar 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 2441
Anti akne foto
4.1/5 - (10 səs)

Sızanaq, yəni akne əsasən yağlı dəriyə malik insanlarda rast gəlinən problemdir. Qadınlar müxtəlif kosmetik vasitələrlə sızanağı yox etməyə çalışırlar. Anti akne kremlər və ya losyonlardan istifadə edərək, sızanaqlardan birdəfəlik qurtulmaq mümkündür.

Anti akne – ən yaxşı losyon və kremlər

Anti akne kremlər gündə 2 dəfə: səhər və axşam saatlarında çəkilir. Onun qısa müddət ərzində istifadəsi sızanaqları təmizləyir və dərini hamarlaşdırır.

Anti akne kremi – Luis Bien

Sızanaq probleminə səbəb ola biləcək mikroorqanizmlərin çoxalmasının qarşısını alır və onları dəridən tamamən uzaqlaşdırır. Tərkibində A, B, B3, E, F vitaminləri ilə zəngindir. Bu krem istənilən yaş qrupuna uyğundur. Heç bir mənfi təsiri yoxdur.

Mikrobəleyhinə xüsusiyyəti sayəsində dəridə yeni aknelərin əmələ gəlməsinin qarşısını alır. Luis bien dərini qurutmadan təmizləyir, qidalandırır. Antiseptik xüsusiyyəti hesabına həm də üzü canlandırır.

Anti akne foto 1

Murad Rapid Relief Acne Spot Treatment

Mükəmməl formula istifadə edildiyi andan sağalma vəd edir. O, ən yaxşı anti akne vasitələr arasında qabaqcıl sıralarda dayanır.

Kiehl’s Breakout Control Targeted Acne Spot Treatment

Kükürd və B3 vitamini ilə dəriyə qulluq edən bu məhsul asanlıqla üzə hopur. Mütəmadi istifadə olunduqda sızanaqları geridə qoyur.

Origins Super Spot Remover™ Blemish Treatment Gel

Effektiv anti akne geldir. Təsiri tez bir zamanda görünür.

Neutrogena On-the-Spot® Acne Treatment

Dərinin dərin qatlarına nüfuz edən yüngül teksturalı vasitədir. O, sızanağa səbəb olan bakteriyaları məhv edir, yeni aknelərin yaranmasına yol vermir.

Anti akne foto 3

Clinique Acne Solutions Emergency Gel-Lotion

Müalicəyə çətin tabe olan sızanaqların düşmənidir. Gel losyon konsistensiyalıdır. Gündüz saatlarında tətbiq edərkən günəşdən qoruyucu krem sürtməyi unutmayın.

Peter Thomas Roth Acne Spot and Area Treatment

Ekstra güclü tərkibi sayəsində dəridəki ölü hüceyrələri və artıq yağı kənarlaşdırır. 3D effekt yaradır.

Philosophy Clear Days Ahead™ Fast-Acting Salicylic Acid Acne Spot Treatment

Sızanaqları yumşaldır, daxili möhtəviyyatlarını boşaldır. Akneni effektiv formada müalicə edir.

Anti akne foto 2

Anti akne tövsiyələr

  • sızanaqlara çirkli əllə toxunmayın və əsla sıxmayın;
  • üzünüzün təmizliyinə fikir verin;
  • dəri tipinizə uyğun makiyaj vasitələrini alın;
  • başqalarının kosmetik fırça və süngərindən (qubka) istifadə etməyin;
  • sızanağa meylliyiniz varsa, şokoladdan uzaq durun;
  • stress vəziyyətlərindən özünüzü qoruyun.

Xülasə

Yuxarıda sadalanan kosmetik müalicəvi vasitələrdən başqa sızanaqlar üçün üz maskaları hazırlaya bilərsiniz. Bu üsullar fayda vermədikdə, o zaman dəri həkiminə müraciət edin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
4.1/5 - (10 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir