Hər bir qadın ev şəraitində dəriyə qulluq məqsədilə üz maskaları hazırlaya bilər. Onlar tam təbii olub, dərini təravətləndirir və cavanlaşdırır. Demək olar ki, hər bir qadının sevimli maska reseptləri vardır. Bundan əlavə təbii komponentlər əsasında hazırlanmış vasitələri parfümeriya mağazalarından, bəzən apteklerdən də əldə etmək mümkündür.
Üz dərisinə qulluq maskaları necə seçilir?
Ev şəraitində üz maskaları təbii vasitələrdən hazırlansa da onlarla ehtiyatla davranmaq lazımdır. Çünki bir sıra məhsullar allergik reaksiya törədə bilər. İstifadədən sonra qızartı, səpki, tənəffüslə bağlı problemlər yaranarsa, həmin tərkibdə üz üçün maskalardan uzaq durmaq lazımdır. Sadalanan əlamətlərlə qarşılaşdıqda mütləq həkimə müraciət olunmalıdır. Həmçinin maskanı açıq yara üzərinə çəkmək olmaz. Maska seçərkən qadınların əsaslandığı göstəricilər aşağıdakılardır:
Arzuolunan effekt;
Yaş;
Dəri tipi.
Üz maskaları ev şəraitində hazırlandıqda təzə, keyfiyyətli, son istifadə tarixi keçməmiş məhsullara üstünlük verilməlidir. Meyvə və tərəvəzlərdə çürük və həşəratlar olmamalıdır. Otları özünüz topladıqda, həmin bitkilərin tərkibindəki faydalı elementlərin ən yüksək olduğu mövsümləri və ya ayları öncədən araşdırmağınız tövsiyə edilir.
Ümumiyyətlə, üzə tətbiq edilən maskalar xüsusiyyətlərinə görə aşağıdakı tiplərə bölünür:
Evdə hazırladığınız maskadan maksimal effekt almaq üçün hazırlanma qaydaları ilə yanaşı istifadə təlimatına da əməl etməlisiniz. İlk öncə prosedura kifayət qədər vaxt ayırmalısınız. Çünki tələsik, başqa işlərə qaça-qaça özünüzə qulluqdan nəticə almayacaqsınız.
Meyvə, sitrus şirələri, yəni potensial allergenlər əsasındakı maskaları az miqdarda hazırlayıb, üzünüzün ən həssas nahiyəsinə çəkin. Mənfi reaksiya baş vermədikdə, geri qalanını düzəldib dəriyə yaxa bilərsiniz.
Üz maskaları üçün inqrediyentləri birdəfəlik istifadəyə uyğun nisbətdə qarışdırın. Çox miqdarda hazırlayıb soyuducuda və ya digər yerdə saxlamaq məsləhət deyil.
Maskanı təmiz dəriyə çəkin. Dəriniz çox yağlıdırsa yüngül skrabdan sonra maskanı üzünüzə sürtə bilərsiniz. Ancaq belə hallarda tərkibində qıcıqlandırıcı maddələr, məsələn, sitrus meyvələrin şirələri olan maskadan istifadə etməyin. Quru dəriyə skrab çəkmək arzuolunmazdır.
Üz maskaları nə ilə çəkilir?
Maskanı üzünüzə təmiz əllərlə, kvadrat şəklində qatlanmış tənziflə və ya pambıqla sürtə bilərsiniz. Qarışığı yalnız üzünüzə deyil, boyun və dekolte nahiyəsinə də çəkin. Qaynamış ilıq su ilə maskanı yuyun. Sonra isə dərini salfetlə qurudun.
Dəri tipinə görə üz maskaları
Hər yaşda üz dərisində nəm balansını saxlamaq vacibdir. Maskanı həftədə 1 dəfə tətbiq etməklə müsbət nəticə ala bilərsiniz. Proses bitdikdən sonra üz öncədən dondurulmuş təmiz su ilə təmizlənməlidir.
Bütün dəri tipləri üçün. 1 ədəd yumurta ağını çalıb, üzərinə 1 xör.qaş. təmiz bal və 1 xör.qaş. yulaf əlavə edin. Balı öncədən bir az qızdırın ki, durulaşsın. Maskanı üzə çəkib 20 dəqiqə saxlayın. Sonra yuyun.
Normal dəri üçün nəmləndirici maskanı periodik istifadə etmək məsləhətdir. Çəhrayı qreyfrutun lətini 1 yumurta sarısı ilə qarışdırın. 15 dəqiqə müddətində üzünüzdə qaldıqdan sonra təmizləyin.
Quru dəri üçünnəmləndirici maska. 2 xör.qaş. kəsmik və 1/3 stəkan südü qarışdırın. Südü əvvəlcədən isidin. İstəyə görə 1 xör.qaş. bal da qatmaq olar. Kremşəkilli qarışığı üzünüzə çəkib, 15 dəqiqə saxlayın.
Quru dəri üçün xırdalanmış kökü 1 yumurta sarısı ilə qarışdırıb, üzdə 30 dəqiqə saxlayın.
Yağlı dəri üçün. Əriyi blenderdən keçirb, üzərinə 1 xör.qaş. süd əlavə edin. Üzünüzə və boynunuza çəkin. 10 dəqiqədən sonra yuyun.
Ev şəraitində cavanlaşdırıcı üz maskaları
Xiyar maskaları dərini nəmləndirir, təravətləndirir, cavanlaşdırır. Eləcə də şişkinliyi aradan qaldırır. Bunun üçün xırdalanmış xiyarı yağsız yoqurt ilə bərabər nisbətdə qarışdırın. Maskanı üzdə 30 dəqiqə saxlayın. Yuduqdan sonra dərinizə qidalandırıcı krem çəkin.
Maskaların tərkib hissələri və hazırlanma qaydaları fərqli olduğundan istədiyiniz effekti əldə etmək üçün mütəxəssislə məsləhətləşməyiniz gərəkdir.